Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-176/2022 29.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəsul oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəsul oğlu, Cavabdeh3 və Cavabdeh4 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, əmisi oğlu Toğrul vasitəsilə mərhum X16 ilə tanış olduqdan sonra münasibətləri yaranmışdır. 12.10.2020-ci il tarixində X16 ona müraciət edərək iş qurmaq məqsədilə 8000 manat pula ehtiyacı olduğunu bildirmişdir. Onların arasında razılaşma baş tutduqdan sonra birlikdə Bakı şəhəri 9 saylı Notariat Ofisinə gedərək 8000 manat pulu R.Rəsulova vermiş və 12.10.2020-cu il tarixli, 3M-1035 nömrəli kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Rəsul Rüstəmov 8000 manat pulu 18.04.2020-ci il tarixində ona qaytarmalı idi. Lakin 29.01.2021 -ci il tarixində X16 asfiksiya, boğazın əzilməsi səbəbindən vəfat etmiş və ona olan borcu qaytarılmamışdır. X8 ölümündən sonra hüquqi varisləri kimi 2001-ci il tarixində nikaha daxil olduğu həyat yoldaşı Cavabdeh1, övladları Cavabdeh2 Rəsul oğlu və digər 2 yetkinlik yaşına çatmayan ovladı Kənan, Məleykə və valideynləri Cavabdeh3, Cavabdeh4 olmuşlar. O, cavabdehlərə X8 ölümündən sonra hüquqi varisləri olduqlarından mərhumun ona olan 8000 manat borcunun qaytarılması barədə yazılı qaydada müraciət etmişdir. Buna baxmayaraq cavabdeh şəxslər borcun qaytarılmasına görə heç bir tədbir görməmişlər. X2 daşınmaz və daşınar əmlakı olması barədə aidiyyəti orqanlara müraciət edilmiş, Gədəbəy rayonu, Çayrəsullu kəndi ərazisində 5 nəfər ailə üzvü ilə birlikdə Gədəbəy rayon AİK-nin 24.11.2001-ci il tarixli qərarı ilə verilmiş olan 0.25 ha həyətyanı torpaq sahəsinin və 2011-ci il buraxılışlı, “Chevrolet Aveo” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomaşının olması müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan əmlaklar üzərində cavabdehlərin vərəsəlik hüququ vardır. Ona görə də cavabdehlərlə borcu ödənilməsinə dair razılıq əldə olunmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili X5 məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, mərhum X16 onun əri olmuşdur. Mərhumla 1999-cu il tarixdə ailə qurmuşlar, nikahlarını 2020-ci il tarixdə rəsmiləşdirmişlər. X16 29.01.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda vəfat etmişdir. Mərhumun kredit borcu olmuşdur. Lakin, kreditin ödənilib-ödənilməməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə iddia qaldırıldıqdan sonra bu barədə bilmişdir. X1 heç bir əmlak miras qalmamışdır. Mərhumun adına avtomobil olmuş, lakin avtomobil 2011ci il tarixdə başqa şəxsə satılmışdır. X7 heç bir miras qalmamış, onun adına heç bir vərəsəlik işi açılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 Rəsul oğluna, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, bu barədə məhkləməyə məlumat verməmişlər. Məhkəmə 185.5-ci maddəsinə əsasən, onların məhkəmə iclasına gəlməməsini üzürsüz saymış və iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə işdirak edən şəxsləri dinləyib, sübutları məhkəmə iclasında tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Həmzəli kəndində qeydiyyatdadır. İşdə olan 12 oktyabr 2020-ci il tarixli, 3M-1035 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı və X16 arasında borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən, kreditor borcluya 8000 manat məbləğində borc veriməyi, borclu isə həmin borcu 18.04 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İşdə olan AZ-İİ № ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 29.01.2021-ci il tarixdə Bakı şəhərində “Asfiksiya. Boğazın əzilməsi” səbəbində ölmüşdür. İşdə olan xəbərdarlıq və ona cavab məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X9 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən, Rəsul Rüstəmovun ona olan borcunun qaytarılmasını tələb etmiş, Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunda isə əri Rəsul Rüstəmovun İddiaçı olan borcuna görə məsuliyyət daşımadıqları bildirilmişdir. İşdə olan ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil X4 ünvanlanmış məktubdan görünür ki, “X16” adlı şəxsin adına Gədəbəy rayon, Çayrəsullu kəndi ərazisində 5 nəfər ilə birlikdə Gədəbəy rayon AİK-nın 24.11.2001-ci il tarixli qərarı ilə verilmiş olan 0.25 ha həyətyanı torpaq sahəsi vardır. Lakin, arxiv materiallarında X8 şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün həmin şəxsin olması dəqiq deyil. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən vəkil X4 ünvanlanmış məktubdan görünür ki, kompyuter bazasına əsasən, X8 adına “Chevrolet Aveo” markalı **-BX-*** qeydiyyat nişanlı avtomaşın qeydiyyatdadır. Kompyuterdən çıxarışın surətinə əsasən, həmin nəqliyyat vasitəsi sonuncu dəfə 07.07.2020-ci il tarixdə 28.06.2029-cu il tarixədək etibarnamə ilə X6 istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Aytən Poladovaya ünvanlanmış məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində 31.01.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində R.Rüstəmovun adına vərəsəlik işi açılmamışdır. İşdə olan Azəarbaycan Respublikası DİN-nin BPQMİ-nin Maps şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh3 Gədəbəy rayonu, Çayrəsullu kəndində, Cavabdeh4 Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə X19 Zakir arasında 12 oktyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmaqla kredit müqaviləsi bağlanmış, iddiaçı X10 8000 manat məbləğində borc verməyi, X16 isə borcu 18 aprel 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borclu 29.01.2021-ci il tarixdə Bakı şəhərində “Asfiksiya, Boğazın əzilməsi” səbəbində ölmüşdür. X16 öldüyündən İddiaçı borcu qaytarılmamışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəsul oğlunun, Cavabdeh3 və Cavabdeh4 X2 hüquqi varislərinin olduğunu iddia edərək həmin məbləğin ödənilməsini onlardan tələb edir. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia üzrə mübahisəni həll edərkən, iddia tələbinin qanuni əsası kimi MMnin 1306.1-ci və 1306.2-ci maddəsinin dizpozitiv şərtlərinin mövcudluğu qənaətinə gəlinməsi üçün ilk növbədə iddiaçının X1 qalmış borcunu cavabdehlərdən tələb etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, bunun üçün cavabdehlərin mərhum Rəsul Rüstəmovun vərəsələri olub-olmamaları, ondan qalmış miras kütləsinin dairəsinin müəyyənləşdirilməsi, eləcə də mirasın cavabdehlər tərəfindən qəbul edilib-edilməməsi halları aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan hüquq normalarına əsasən, hazırkı iş üzrə cavabdehlər mərhum Rəsul Rüstəmovun birinci növbə vərəsələri sırasına daxildir. Məhkəmədə müəyyən edildi ki, miras qoyandan miras aktivi olaraq, “Chevrolet Aveo” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil və Gədəbəy rayonu, Çayrəsullu kəndində yerləşən ümumi mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsindəki payı, eləcə də miras passivi olaraq iddiaçıya olan 8000 manat borcdan ibarət miras qalmışdır. Məhkəmə mirasın cavabdehlər tərəfindən qəbul edilib-edilməməsinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, qeyd olunan Rəsul Rüstəmovdan miras qalmiş miras aktivi olaraq Chevrolet Aveo” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil və Gədəbəy rayonu Çayrəsullu kəndində yerləşən ümumi mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsindəki payı cavabdehlər tərəfindən qəbul edilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmədi. Üzərinə sübut etmə yükü düşən iddiaçı bu halları təsdiq etmək üçün məhkəməyə sübutlar təqdim etmədi. Əksinə, təqdim edilmiş sübutlarla müəyyən olundu ki, Rəsul Rüstəmovdan miras qalmış əmlakların qəbul edilməsi üçün cavabdehlər tərəfindən notarial orqanına müraciət olunmamış, “Chevrolet Aveo” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobil Rəsul Rüstəmovun ölümündən əvvəl digər şəxsin istifadəsinə verilmiş, avtomobilin və torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki olaraq qəbul edilməsi heç bir sübutla müəyyən olunmur. Cavabdeh1 ərinin borcu olduğundan məlumatı olmamış, yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən Rəsul Rüstəmovdan qalmış mirasın qəbul edilməsi üçün müddət də tamamlanmışdır Belə ki, MM-nin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Rəsul Rüstəmov 29.01.2021-ci il tarixdə ölmüş, mirasın açılmasından iddia qaldırılan günədək, yəni 10.12.2021-ci il tarixədək 6 aydan çox müddət keçmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mərhum Rəsul Rüstəmova verdiyi borc məbləğini ondan qalmış mirası qəbul etməyən və bunun üçün qanunla müəyyən edilmiş müddəti buraxmış cavabdehlərdən tələb etməkdə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərə qarşı iddia qaldırmağa subyektiv hüququ olmadığından, eləcə də iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəsul oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-176/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-176/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver