Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-184/2022 11.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus “MERCEDES BENZ” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi ziyana görə 4480 manat və ödənilmiş 68.8 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, ona məxsus olan MERSEDENS BENZ markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə qohumu X2 avtomaşında sərnişin olmaqla 15.03.2019-cu il tarixdə Qasımalılar kəndindən Şəmkir şəhərinə tərəf gedərkən yol sürüşkən olduğundan döngəli yolda avtomaşının əyləcini basması nəticəsində avtomaşın qarşı hərəkət zolağında ona qarşı hərəkətdə olan İZUSU markalı ** JF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə toqquşmuşdur. Toqquşmadan sonra onunla eyni istiqamətdə hərəkətdə olan VAZ 21063 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sol tərəfindən vurmuşdur. Hadisə zamin avtomaşınında olan sərnişin Şəbinə Yusifova sağ əlindən xəsarət almışdır. Baş vermiş hadisə üzrə Şəmkir rayon X3 bölməsinin müstəntiqi X1 tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etdiyi 15.05.2019-cu il tarixli şəxsin barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarında Cavabdeh və onun barəsində cinayət işinə xitam verilmiş, hər ikisinin əməllərində AR İXM-nin 327.2-ci maddəsinin tərkibinin olmasına əsasən barələrində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətləri Şəmkir rayon PŞnin DYPB-nə göndərilməsi qərara alınmışdır. Ona məxsus olan Mersedes Benz markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomaşına cavabdehin təqsirindən 4480 manat məbləğində maddi ziyan dəymişdir. O, pulunun alınması üçün sığorta şirkətinə müraciət etmiş, lakin sığorta şirkəti ona səymiş ziyanı ödəməmişdir. Bundan sonra dəfələrlə cavabdehdən avtomaşınına vurulmuş maddi ziyanın qaydada ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh ona dəymiş ziyanı müxtəlif bəhanələrlə ödəməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, ona göndərilmiş bildirişlər cavabdehin ərazidə olmaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Ziyan Aktından görünür ki, MERSEDENS BENZ markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomobilə 4480 manat maddi ziyan dəymişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh və İddiaçı barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 327.2 və Cavabdeh barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında material ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan MERSEDENS BENZ markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomaşını qarşı hərəkət zolağında ona qarşı hərəkətdə olan İZUSU markalı ** JF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə toqquşmuşdur. Toqquşmadan sonra onunla eyni istiqamətdə hərəkətdə olan VAZ 21063 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sol tərəfindən vurmuşdur. Baş vermiş hadisə üzrə Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılmış tərəflər barəsində cinayət işinə xitam verilmiş, hər ikisinin əməllərində AR İXM-də nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilmişdir. İddiaçıya məxsus olan Mersedes Benz markalı, ** EK *** dövlət qeydiyyat nişanlı minik avtomaşına 4480 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə həmin iş üzrə tərəflərin hər ikisinin əməllərində inzibati xəta tərkibi olmasını nəzərə alır və belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyanın yarısı öz əməlləri, digər yarısı isə cavabdehin təqsirli əməlləri nəticəsində vurulmuşdur. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 2240 manat alınaraq, İddiaçı verilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu təmin edilmiş hissəyə münasib miqdarda, yəni, 42.4 manat miqdarında cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2240 manat və ödənilmiş 42.4 manat dövlət rüsumunun əvəzi, cəmi, 2282.4 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-184/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-184/2022
11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver