Məhkəmə qərarları › İş №2(042)-192/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-192/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-192/2024 05.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı X5 və Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 məhkəmədə iddia qaldıraraq, Cavabdeh Fəxrədin oğlundan xx.xx.2015ci il doğum tarixli X1 tərbiyyə edilməsi üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq cavabdehin aylıq (hər cür) qazancından sabit pul məbləğində bir uşağa görə 220 manat olmaqla aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X14 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Fəxrədin oğlu ilə 2014-cü il tarixdə faktiki olaraq evlənib bir ailədə 2017-ci ilin sonlarına kimi birlikdə yaşamışlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il doğum tarixli X15 adında bir övladları olmuşdur. Azyaşlı oğlu Amin onun himayəsində yaşayır. Cavabdeh Fəxrədin oğlundan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında 110 manat olmaqla aliment kəsilmişdir. Kəsilmiş 110 manat miqdarında aliment oğlunun maddi təminatlarını ödəmir. Cavabdeh Fəxrədin oğlu fərdi əməklə məşğul olur və aylıq gəliri qənatbəxşdir. Uşağının saxlanılıb tərbiyyə edilməsi üçün Cavabdeh Fəxrədin oğlunun hər cür aylıq qazancından bir uşağa görə 220 manat sabit pul məbləğində aliment kəsilməsini istəyir. İddiaçı X14 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, hazırda uşağın saxlanılması üçün 110 manat aliment alır. Həmin məbləğlə uşağı saxlamaqda çətinlik çəkir. Uşağın 9 yaşı var, 3-cü sinifdə oxuyur. O, Bakı şəhərində mağazada işləyir, aylıq 350 manat əmək haqqı alır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, iddia tələbi ilə razı deyil. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-də fəhlə işləyir. Aylıq maaşı 350 manat təşkil edir. Başqa şəxslə ailə qurmuşdur. Həmin ailədən iki uşağı var. Maddi imkanı aşağıdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə X5 iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 192 saylı arayışdan görünür ki, Cavabdeh Zərdab rayonu, Böyük Dəkkə kəndində yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası X4, anası X2, həyat yoldaşı X11, qızı X16, qızı X12. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 xx.xx.2021ci il tarixdə, X12 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, ataları qrafasında Cavabdeh, anaları qrafasında X11 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X13 nikahlarını xx.xx.2021-ci il tarixdə Ağcabədi regional “ASANX xidmət mərkəzi qeydiyyat şöbəsində bağlamışlar. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Fəxrəddin oğlu 39 №-li Yol İstismarı” MMC-də fəhlə işləməklə ona aylıq 416 manat əmək haqqı hesablanır. Həmin əmək haqqından 30.24 manat gəlir vergisi, 12.48 manat DSMF, 8.32 manat Həmkarlar, 4.16 manat Silahlı Qüvvələrə Yardım fondu, 8.32 manat Tibbi sığorta, 2.08 manat işsizlik və 110 manat aliment üçün tutulur, ələ çatası əmək haqqı 240 manat təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə vərəqdən görünür ki, X3 birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı var. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-762/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1081/2016 saylı qətnaməsi ilə 18 avqust 2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X5 xeyrinə tutulan 100 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 110 manat məbləğində müəyyən edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cül tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, X14 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı X14 ilə Cavabdeh ilə 2014-cü ildə rəsmi ailə qurub evlənmişlər. Birgə nikahlarından onların bir uşaqları – xx.xx.2015-ci təvəllüdlü X15 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-762/2018 saylı qətnaməsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1081/2016 saylı qətnaməsi ilə 18 avqust 2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X5 xeyrinə tutulan 100 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 110 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 110 manat alimentin artırılaraq 170 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edildiyindən cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 55 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-762/2018 saylı qətnaməsi ilə 18 avqust 2015-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X5 xeyrinə tutulan 110 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 170 manat aliment Cavabdeh alınaraq iddiaçı X14ya verilsin. Ödənilmiş 55 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq iddiaçı X14ya verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar