Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-195/2021 03.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “Finca Azervaijan” MM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəm iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT Cavabdeh **********0311 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1584 manat əsas, faiz borcu üzrə 49.10 manat cəmi 1633.10 manat, **********0471 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1842.80 manat əsas, faiz borcu üzrə 57.18 manat, cəmi 1899.98 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0311 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1 -ci bəndinə əsasən, kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1584 AZN (min beş yüz səksən dörd manat) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin, eyni tarixli, **********0308 saylı güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1842.80 AZN (min səkkiz yüz qırx iki manat, səksən qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0311 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.36 AZN, dörd il müddətində isə hər ay 33.69 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********0308 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1.59 AZN, dörd il müddətində isə hər ay 39.19 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə teleqram göndərərək iştirakı olmadan iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini etiraf etmiş, izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən məbləğdə pulu iddiaçıdan götürmüş və onu müqavilə nəzərdə tutulmuş qaydada ödəmişdir. Lakin səfərbərliklə əlaqədar müharibəyə getmiş və kreditini vaxtında ödəyə bilməmişdir. Hazırda krediti ödəmək imkanı yoxdur. Qərar qəbul edilərkən müharibədə yaralanmasının, orden və medallarla təltif edilməsinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan “Finca Azerbaijan” MM QBKT-nin ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə 5 il müddətinə illik 1 faiz ödəmək şərti ilə 1842 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2020-cı il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh iddiaçıya 682.25 manat əsas, 1.39 manat faiz olmaqla, cəmi, 683.64 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, **********0311 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1584.00 AZN əsas, faiz borcu üzrə 49.10 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1633.10 (min altı yüz otuz üç manat, on qəpik) AZN təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, **********0471 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1842.80 AZN əsas, faiz borcu üzrə 57.18 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1899.98 (min səkkiz yüz doxsan doqquz manat, doxsan səkkiz qəpik) AZN təşkil edir. Аzərbаycаn Rеspublikası МPM-inin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı вə оnlаrdаn istifаdə еtməlidir. Həmin Мəcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Мəcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi təmin еdilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra eilməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arаsındа bаğlаnmış krеdit müqаviləsi üzrə Cavabdeh öhdəliklərini lazımınca yеrinə yеtirməmiş, onun iddiaçı qarşısında əsas və faiz borclarından ibarət, cəmi, 3532.08 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 3532.08 manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq, “Finca Azerbaijan” MM QBKT-ə verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq вə Аzərbаycаn Rеspubliкаsı MPMnin 216-227; 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh müştərək qaydada 3532.08 manat borc və 30 manat dövlət rüsumunun əvəzi, cəmi, 3562.08 manat alınaraq, “Finca Azerbaijan” MM QBKT-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-195/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-195/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver