Məhkəmə qərarları › İş №2(042)-219/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-219/2023

18.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-219/2023 18.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı1, onun vəkili X5 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı servitut qaydasında yolun açılması və qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələblərinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında istifadə edilməklə gediş-gəliş yolunun açılmasına və həmin yolun üzərində cavabdeh tərəfindən faktiki vərəsəlik qaydasında qəbul edilmiş, (X3 adına qeydə alınmış) qanunsuz inşa eduilmiş tikilinin cavabdehin özünün hesabına sökülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Cavabdeh də həmin küçədə 18 saylı evdə yaşayır. Həmin ev ona vərəsəlik qaydasında əri X1. Cavabdeh və onun ailə üzvləri ilə uzun müddıtdir ki, evinə gedən yolun açılması ilə əlaqədar mübahisə yaranmışdır. Bundan daha əvvəl cavabdehin oğlu Ramiz Süleymanova qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. X6 Məhkəməsində həmin işə baxılarkən X2 miras qalmış əmlakın Ramiz Süleymanov deyil, Cavabdeh tərəfindən qəbul edilməsi nəzərə alınmış, həmin iş üzrə Ramiz Süleymanovun cavabdeh kimi cəlb edilməsinin mümkün olmaması əsas gətirilərək, şikayətləri həmin hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti digər hissədə yəni, gediş-gəliş yolunun servitut qaydasında Gədəbəy Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinədn verilməsi hissəsində təmin edilmiş, Gədəbəy Bələdiyyəsinin mülkiyyətində olan 65 kvm torpaq sahəsindən servitut qaydasında yol verilməsi qət edilmişdir. Cavabdeh 2016-cı ildə qanunsuz olaraq onun evinə gedən avtomobil yolunun bir tərəfində çardaq, digər tərəfində isə hovuz tikmişdir. Hazırda evinə yol yoxdur. Yol açılmalıdır. Yolun açılması üçün isə həmin tikililər sökülməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçıların bundan daha əvvəl olmuş iddia ərizəslərinə məhkəmələrdə baxılmış, onlara bələdiyyə mülkiyyətində olan torpaqdan yol verilmişdir. İddiaçılar müəyyən xərclər çəkməklə həmin yolu inşa edə bilərlər. O, aralarında yaranmış mübahisə və kəskin münasibətlərə görə öz həyətindən iddiaçılara yol verməyəkdir. Yol onun həyətindən, qapısından keçir, yol açılarsa, maşınların hərəkəti narahatlıq və təhlükə yaradacaqdır. Ona görə də iddia tələblərinin təmin edillməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki evə iddiaçıların ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan X7 və Ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 saylı qərarı ilə Gədəbəy şəhərində yerləşən 499,58 kvm torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məcəllənin 255.6-ci maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tопlаmаq hüququ vеrmir və sübutlаrın tопlаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıların yaşayış sahəsinə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında yol verilmişdir və iddiaçılar zəruri xərclər çəkməklə yolu inşa edə bilərlər. İddiaçılar cavabdehin sahibliyində olan torpaq sahəsindən servitut qaydasında yol verilməsi üçün əsas ola biləcək halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə də iddia tələbləri təmin edilməməldirlər. Məhkəmənin bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, cavabdehin sahibliyində olan torpaq sahəsindən iddiaçılara yol verilməsi heç bir halda, cavabdehin sahibliyində olan tikililərin sökülməsi, ona maddi zərərin vurulması və əmlak hüquqlarının hədsiz pozulması ilə nəticələnməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar