Məhkəmə qərarları › İş №2(042)-22/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-22/2021

01.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-22/2021 01.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən çəkilmiş dərmir parçaların götürülməsi və torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Çanaqçı kəndində yerləşən və Gədəbəy rayon AİK-nın 23.12.1997-ci il tarixli 15 N-li qərarı ilə verilmiş JN-047A KOD 50522028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinə əsasında mülkiyyətində olan 0,28 ha həyətyanı torpaq sahəsində inşa etdirmiş olduğu fərdi yaşayış evinin arxasına (ətrafına) Cavabdeh tərəfindən çəkilmiş dəmir parçalarının (konstruksiyaların) götürülməsi və həmin torpaq sahəsinə keçmək üçün edilmiş maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı onun oğludur. İddiaçının Gədəbəy rayonunun Çanaqçı kəndində fərdi yaşayış evi və Gədəbəy rayon AİK-nın 23.12.1997-ci il tarixli 15 nömrəli qərarı əsasında və JN-047A KOD 50522028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,28 ha həyətyanı torpaq sahəsi vardır. Onların evi ilə cavabdehin evi demək olar ki, bir həyətdə yerləşməklə gediş-gəliş yolları birdir. Eyni zamanda torpaq sahələri həmsərhəddir. Lakin buna baxmayaraq Cavabdeh onun evinin arxasına keçmək üçün qoymuş olduğu keçidi dəmir parşaları ilə bağlamış, onların həmin hissədən heçməyi demək olar ki, mümkün olmamışdır. Yağış suları yağan zaman mövsümü olaraq onlar evlərinin arxasına tökülmüş torpaq və digər zibilləri götürülməsi eləcədə su noyunu təmizləmək üçün istifadə edirlər. Bununla yanaşı onun evinin arxasında 2 metr enində torpaq sahəsi var. Cavabdeh onun doğma əmisi oğludur. Buna baxmayaraq o Cavabdeh nizam-intizama dəvət etməyə çalışsa da bu mümkün olmamışdır. Onlar bu mübahisənin dinc yolla həll edilməsi üçün Nərimankənd Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədri Ədalət İsmayılov həmin sahəyə baxış keçirmiş və cavabdehə könüllü olaraq həmin dəmir parçalarının onun evinə bağlı olan hissəsinin götürülməsini təklif etmişdir. Lakin cavabdeh buna razılıq verməmişdir. Bu barədə bələdiyyə tərəfindən onun ünvanına 22.05.2020-ci il tarixdə 10 saylı məktub göndərərək məktubunda qeyd etmişdir ki, Cavabdeh onun təklifini eşitməmiş və həmin dəmir parçalarının götürməsindən imtina etmişdir. aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Həmin sahənin və dəmir parçalarının foto şəkillərini iddia ərizəsinə əlavə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmədə işdə iştirak edən şəxslərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Gədəbəy rayonu, Ağamalı kəndində 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin torpaq sahəsinin üzərində inşa edilmiş ona məxsus fərdi yaşayış evinin arxasına (ətrafına) cavabdeh tərəfindən çəkilmiş dəmir parçalarının (konstruksiyaların) götürülməsini və həmin torpaq sahəsinə keçmək üçün edilmiş maneələrin aradan qaldırılması xahiş etmişdir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinə əsasən, mütəxəssislər İlqar Məmmədov və X9 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Həmçinin ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.09.2020-ci il tarixli, 11/M-135 nömrəli mütəxəssis rəyinə əsasən, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmişdir ki: İşdə olan Gədəbəy rayon İHB-nın Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli, 122 saylı arayışdan görünür ki, X6 hal-hazırda Çanaqçı kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Gədəbəy rayonu Nərimankənd bələdiyyəsi tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 10 saylı məktubdan görünür ki, Çanaqçı kənd sakini Cavabdeh tərəfindən sizin evin arxa tərəfindən sizə məxsus olan torpaq sahəsi qanunsuz zəbt edilərək dəmir hasara alınması qeyd edilmişdir. Həmin əraziyə baxış keçirilərkən onun tələbinin haqlı olduğunu aşkar edilmiş və qonşusu Çanaqçı kənd sakini Cavabdeh ilə müəyyən profilaktik söhbət aparılmış , ancaq buna baxmayaraq dəmir hasarı sökməyəcəyini bildirmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülmüşdür. İşdə olan JN-047A KOD 50522028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Gədəbəy rayonu, Ağamalı kəndində 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 24.09.2020-ci il tarixli, 11/M-135 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssislər İlqar Məmmədov və X9 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 10/634 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.09.2020-ci il tarixli, 11/M-135 nömrəli mütəxəssis rəyinə əsasən, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən 06.04.2021-ci il tarixli, 2(042)-22/2021 saylı qərardadla X1rşısında qoyulmuş suallara əsasən rəy verilməsinə baxmayaraq həmin ekspertiza mərkəzinin barəsindəki məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmadığı məlum olmuşdur. Belə olan halda məhkəmə həmin rəyi nəzərə almır. Məhkəmə qeyd edir ki, işdə olan mütəxəssis və ekspert rəyləri ilə mübahisəli dəmir parçalarının iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi və iddiaçıya cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı iddia tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia tələbinin qanuni əsasını AR Konstitusiyasının 29-cu maddəsi, AR Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, mübahisəli dəmir parçaları ona məxsus torpaq sahəsində yerləşməsi və cavabdeh tərəfindən onun torpaq sahəsinə maneələrin yaradılması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, mübahisəli dəmir parçaları ona məxsus torpaq sahəsində yerləşməli və cavabdeh tərəfindən onun torpaq sahəsinə maneələrin yaradılmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis və ekspert cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə 79.80 manat, ekspert rəyinin görə isə çəkilən xərc 100 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı oğlunun Cavabdeh qarşı “cavabdeh tərəfindən çəkilmiş dərmir parçaların götürülməsi və torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı oğluna aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 79.80 manat məbləğində pul vəsaiti İddiaçı oğlundan tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ41NABZ********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar