Məhkəmə qərarları › İş №2(042)-22/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-22/2023

28.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-22/2023 28.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4 və X3 qarşı avtomobil yolunun açılması və yola edilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər X7 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yolunun cavabdehlər X7 və X6 tərəfindən açılması və yola edilən maneələrin aradan götürülməsinə dair qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonunun Arıqran kəndində yaşayır. Ona Gədəbəy rayonunun Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.06 ha pay torpaq sahəsi verilmişdir. O həmin torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik olan, sabiq "Fizuli" adına kolxozun balansında olan 0.20 ha torpaq sahəsində özünə yaşayış evi üçün nəzərdə tutulan bir otaqlı yaşayış yeri tikmişdir. Maddi imkanı aşağıdır, heç bir yerdə işləmir. Onun yaşayış sahəsinə gedən avtomaşın yolunu cavabdehlər qanunsuz olaraq tutmuş və ona evinə geib-gələməyə imkan vermirlər. Bu barədə yerli dövlət qurumlarına müraciətlər etsə də, heç bir müsbət nəticəsi olmamış və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də mübahisə ilə bağlı məhkəmədə iddia qaldırmış və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X4 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələlərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy RİHB- Arıqıran Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252nömrəli arayışdan görünür ki, İddiaçı hazırda Arıqıran kəndində yaşayır. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN 393 KOD 50506018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Gədəbəy rayonu, Arıqıran kəndində 0.06 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu Arıqıran kəndinin Kompleks yerquruluşu xəritəsinə əsasən İddiaçı istifadəsində olan Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yolun 137.94 kv.m hissəsi X5 və X7 tərəfindən tutulmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına 311 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə avotomobil yolu nəzərdə tutulmuşdur və həmin yolun 137.94 kv.m hissəsi cavabdehlər X5 və X7 tərəfindən tutulmuşdur. Ona görə də iddia tələbi qismən təmin edilməli, İddiaçı evinə nəzərdə tutulmuş avtomobil yolunun 137.94 kv.m hissəsi cavabdehlər X5 və X7 tərəfindən açılması və həmin yola cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan, Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə gedən avotomobil yolunun 137.94 kv.m hissəsi X5 və X7 tərəfindən açılsın və həmin yola cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılsın. Ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat xərcin əvəzi cavabdehlər X1 və X2 müştərək alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar