Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-228/2023 13.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair bölgüsü tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 220 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki X6 cavabdehlə 2010-cu ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə 1 qız övladları – xx.xx.2012-ci il təvəllüdlü X15 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(041)-350/2015 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayda 75 manat məbləğində, daha sonra Gədəbəy rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsi ilə 100 manat məbləğində aliment təyin edilmişdir. X6 yenidən ailə qurmuş və hazırda Türkiyə Respublikasında yaşayır. Aylanı uşaqlıqdan o saxlayır. X8 11 yaşı var. Gədəbəy Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri artmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, qətnaməsinə əsasən, 15.03. 2012-ci il doğum tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 aprel 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat məbləğində alimentin məndən tutularaq X11 verilməsi qət edilmişdir. Həmin iş üzrə iddiaçı X14 olmuşdur. Hazırki iş üzrə iddianı İddiaçı qaldırmışdır. İddiaçı X6nın anasıdır. Ayla Məmmədova hal-hazırda ana himayəsindən məhrum olmuş, o, nənəsi İddiaçı himayəsində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. X14 isə başqa şəxslə ailə qurmuş və Türkiyə Respublikasında yaşayır. İddiaçı alimentin miqdarının arıtılması barədə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, o, uşağın valideyni sayılmır və cavabdehdən aliment almaq hüququ yoxdur. Həmçinin, bildirir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, qətnaməsi ilə aliment təyin edilən vaxtdan indiyədək cavabdehin maddi vəziyyətimdə yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Cavabdeh hazırda heç bir yerdə işləmirə İşsizliyi barədə arayış məhkəməyə təqdim edilmişdir. Eləcə də cavabdeh xəstəlikdən əziyyət çəkir, bu barədə xəstəlik sənədi məhkəməyə təqdim edilmişdir. Bundan başqa, cavabdeh ikinci dəfə ailə həyatı qurmuş, həmin ailədən üç övladı vardır. Həmin ailənin saxlanması yükü də cavabdehin üzərimə düşür ki. Odur ki, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy rayonu İHB-nin Söyüdlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 63 nömrəli arayışdan görünür ki, X1 qeydiyyatdadır. İşdə olan X7 surətlərindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası qrafasında X16, anası qrafasında X18 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-350/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 15 mart 2012-ci il doğum tarixli Aylanın yetkinlik yaşına çatanadək saxlanıb tərbiyə edilməsi üçün Cavabdeh X9 xeyrinə tutulan 75 manat alimentin miqdarı artırılmış və 03 aprel 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-in X2 çıxarılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Məşğulluq haqqında arayışdan görünür ki, Hacıyev X17 rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır. İşdə olan AZ-İV № 781154 seriyalı X7 surətindən görünür ki, X21 xx.xx.2016-cı ildə anadan olmuş, atası qrafasında X16, anası qrafasında X13 qeyd edilmişdir İşdə olan epikriz-çıxarışdan görünür ki, Cavabdeh mütəmadi ambulator müayinə və müalicə olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 76.1. və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Plenum iclasının qərarının 6-cı bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, X4 Ruslan Tahir oğlu ilə ailə qurmuş, onların birgə ailə münasibətlərindən xx.xx.2012-ci il doğum tarixli X15 adında doğulmuşdur. Onlar aralarında olan narazılığa görə ayrılmışlar. X14 uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, sonradan aliment miqdarının artırılması ilə Gədəbəy Rayon Məhkəməsində iddia qaldırmış, sonuncu dəfə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsi ilə alimentin miqdarı arıtılaraq 100 manat müəyyən edilmişdir. X15 faktiki olaraq hazırda nənəsi İddiaçı himayəsindədir, uşağın anası X14 isə Türkiyə Respublikasındandır. Hazırda uşağın nənəsi İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-454/2017 saylı qətnaməsi ilə müəyəyn edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il doğum tarixli X12 faktiki olaraq saxlasa da, uşağın valideyni hesab edilmədiyindən cavabdehdən aliment almaq üçün, eləcə də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının arıtırılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4). Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (maddə 75.5). Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, uşağın saxlanılması üçün aliment almaq hüququ, həmçinin qanuni əsaslar olduqda müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tələb etmək hüququ uşağı saxlayan valideynə məxsusdur. Yəni, İddiaçı nəvəsi Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh məhkəmə qətnaməsi ilə X9 xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini öz adından tələb etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində, alimentin miqdarının dəyişdirilməsi bir sıra hallarla şərtləndirilmişdir. Belə ki, müəyyən olunmuş alimentin miqdarı o halda dəyişdirilə (azaldıla və ya artırıla) bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Lakin aliment tutulması müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması halı müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-228/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-228/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver