Məhkəmə qərarları › İş №2(042)-229/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-229/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-229/2023 27.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Gülay və xx.xx.2012-ci təvəllüdlü Fərid adlı uşaqlarının saxlanılması üçün tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşağa 250 manat olmaqla cəmi 500 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Məhkəməsinin 29 oktyabr 2019-ci il tarixli, 2(042)-912/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü Gülay və xx.xx.2012-ci təvəllüdlü Fərid adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 110 manat aliment tutulması qət edilmişdir. Hazırda həmin vəsaitlə uşaqlarının maddi ehtiyaclarını ödəyə bilmir. Uşaqları məktəblidirlər. Uşaqların geyimlərini, qidalarını ödəməkdə çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdeh isə Gədəbəy rayonu Parakənd kənd tam orta məktəbində müəllim işləyir. Cavabdeh uşaqları ilə maraqlanmır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, Gədəbəy rayonu Parakənd kənd tam orta məktəbindən müəllim işləyir. Ayda 588 manat məbləğində əmək haqqı alır. Başqa yerdən gəliri yoxdur. Adına kredit vardır. Ona görə də, uşaqların saxlanılması üçün ayda cəmi 260 manat məbləğində aliment ödəyə bilər. Cavabdeh Bakı şəhərində mağazada işləyir. Eləcə də, cavabdeh uşaqları təhsildən yayındırır və onların qayğısına qalmır. O, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Parakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, 140 saylı arayışdan görünür ki, İddiaçı 04 saylı təsərrüfatbaşına kitabın 74-cü səhifəsində Cavabdeh təsərrüfatında qeydiyyatdadır və xx.xx.1989-cu il tarixdə anadan olduğu qeyd edilmişdir. Qeyd edilən ailə üzvləri vardır; özü İddiaçı, qızı X6 və oğlu X7. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuş, ataları qrafasında Cavabdeh, anaları qrafasında X4 qeyd edilmişdir. İşdə olan Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Gədəbəy rayon Təhsil Sektoru Parakənd kənd tam orta məktəbi tərəfindən verilmiş 23 fevral 2023cü il tarixli, 2 saylı arayışa əsasən, Cavabdeh 2022-2023-cü tədris ilində Parakənd kənd tam orta məktəbində coğrafiya müəllimi işləyir. Sabir əmək haqqı 368.49 manat alır. İşdə olan Gədəbəy rayon İHB-nın Parakənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, 102 saylı arayışdan görünür ki, Cavabdeh adına 2021- 2025-ci illərə dair 04 saylı təsərrüfatbaşına kitabın 74-cü səhifəsində 0.07 ha biçənək, 0.10 ha əkin sahəsi qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(042)- 912/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-856/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 12 aprel 2010-cu il tarixdə anadan olmuş X1 və 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 80 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün cəmi 220 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator Anar Tahirov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-856/2015 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 80 manat, cəmi hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(042)-912/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(041)-856/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş, 12 aprel 2010-cu il tarixdə anadan olmuş X1 və 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 80 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 110 manat olmaqla, iki uşaq üçün cəmi 220 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşaq üçün müəyyən edilmiş 110 manat alimentin artırılaraq 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(042)-912/2019 saylı qətnaməsi ilə 12 aprel 2010-cu il tarixdə anadan olmuş X1 və 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 110 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar