Məhkəmə qərarları › İş №2(042)-243/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-243/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-243/2025 12.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçı Şəmkir X3 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı 14 saylı X3 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı 14 saylı X3 Mərkəzi Cavabdeh qarşı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə dövlət meşə fonduna vurduğu 393.32 manat miqdarında maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı 14 saylı X3 Mərkəzinin nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 14 saylı X3 Mərkəzinin Qalakənd meşəbəyliyinin 6 saylı meşə dolayısnın sabiq meşə gözətçisi Cavabdeh xidməti ərazisində mərkəzin direktorunun 28 dekabr 2023-cü il tarixli 150/k saylı əmrinin icrası ilə əlaqədar Mərkəzin əməkdaşları tərəfindən 16 yanvar 2024-cü il tarixdə yoxlama apararkən dolayıda köküstə yaş halda vələs cinsindən diametri 28 sm 2 (iki) ədəd, 32 sm 1 (bir) ədəd, 36 sm 1 (bir) ədəd, 40 sm 2 iki) ədəd, fıstıq cinsindən diametri 24 sm 1 (bir) ədəd, 28 sm 1 (bir) ədəd, 40 sm 1 (bir) ədəd, 48 sm 1 (bir) ədəd, palıd cinsindən diametri 28 sm 1 (bir) ədəd, cəmi 12 (on iki) ədəd 8,79 m3 həcmində 393,32 manat nırx ziyan dəyərində ağacların kəsilərək kütlələrinin aparılması müəyyən edilmişdir. Buna görə də akt və həcm qiymətləndirmə cədvəli tərtib olunmuşdur. Ağac qızıntıları maddi məsul şəxs kimi meşə gözətçisi işləmiş cavabdehin işə məsuliyyətsiz, səhlənkar yanaşma səbəbindən baş vermişdir. Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmədiyinə görə dövlət meşə fonduna 393,32 manat məbləğində ziyan vurulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 16 yanvar 2024-cü il tarixli Aktdan görünür ki, araşdırma zamanı qanunsuz olaraq köküstə yaş halda vələs cinsindən diametri 28 sm 2 (iki) ədəd, 32 sm 1 (bir) ədəd, 36 sm 1 (bir) ədəd, 40 sm 2 iki) ədəd, fıstıq cinsindən diametri 24 sm 1 (bir) ədəd, 28 sm 1 (bir) ədəd, 40 sm 1 (bir) ədəd, 48 sm 1 (bir) ədəd, palıd cinsindən diametri 28 sm 1 (bir) ədəd, cəmi 12 (on iki) ədəd 8,79 m3 həcmində ağacların kəsilməsi aşkar edilmişdir. İşdə olan Hesablama Cədvələrindən görünür ki, ziyanın miqdarı 393.32 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. - 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. - 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsaəsn mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh meşə gözətçisi işlədiyi müddətdə öz vəzifələrinin yerinə yetirilməsində səhlənkarlıq etmiş, nəticədə iddiaçıya 393.32 manat miqdarında ziyan vurulmuşdur. Cavabdeh ziyanla əlaqədar maddi məsuliyyət daşıdığı üçün dəymiş ziyanı ödəməlidir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 393.32 manat alınaraq, 14 saylı X3 Mərkəzinin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 393.32 manat alınaraq, 14 saylı X3 Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar