Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-244/2025 28.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı 14 saylı X4 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı 14 saylı X4 Mərkəzi məhkəmədə iddia qaldıraraq, cavabdeh Gədəbəy rayonu Plankənd kənd sakini Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna dəymiş 200,48 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 saylı X4 Mərkəzinin Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısının sabiq meşə gözətçisi Cavabdeh xidməti ərazisində Mərkəzin direktorunun 28 dekabr 2023-cü il tarixli 149/k saylı əmrinin icrası ilə əlaqədar Mərkəzin əməkdaşları tərəfindən 17 yanvar 2024-cü il tarixdə yoxlama apararkən dolayıda köküstə yaş halda vələs cinsindən diametri 12 sm olan 1 (bir) ədəd, 2 sm olan 9 (doqquz) ədəd, 28 sm olan 1 (bir) ədəd, 32 sm olan 1 (bir) ədəd, 40 sm olan 1 (bir) ədəd, fıstıq cinsindən diametri 20 sm olan 1 (bir) ədəd, 24 sm olan 1 (bir) ədəd, 32 sm olan 1 (bir) ədəd, 40 sm olan 2 (iki) ədəd, göyrüş cinsindən diametri 36 sm olan 1 (bir) ədəd və armud cinsindən diametri 28 sm olan 1 (bir) ədəd, cəmi 14 (on dörd) ədəd 4,73 m3 həcmində 200,48 manat nırx ziyan dəyərində ağacların kəsilərək kütlələrinin aparılması müəyyən edilmişdir və buna görədə ərazidə akt və həcm nırx qiymətləndirmə cədvəli tərtib olunmuşdur. Bütün baş vermiş qanunsuzluqlar dolayıya cavabdeh maddi məsul şəxs meşə gözətçisi kimi Cavabdeh işə məsuliyyətsiz, səhlənkar yanaşma səbəbindən baş vermişdir. Beləliklə Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmədiyinə görə mühafizə etdiyi meşə dolayısında meşə qanunvericiliyinin pozulmasına görə ümumilikdə dövlət meşə fonduna 200,48 manat məbləğində ziyan vurulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı 14 saylı X4 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan; - 14 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli aktın surətindən görünür ki, Mərkəzin direktorunun 28 dekabr 2023-cü il tarixli 149/k saylı əmrinin icrası ilə əlaqədar Mərkəzin əməkdaşları tərəfindən Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısında 17 yanvar 2024-cü il tarixdə yoxlama apararkən dolayıda köküstə yaş halda vələs cinsindən diametri 12 sm olan 1 (bir) ədəd, 2 sm olan 9 (doqquz) ədəd, 28 sm olan 1 (bir) ədəd, 32 sm olan 1 (bir) ədəd, 40 sm olan 1 (bir) ədəd, fıstıq cinsindən diametri 20 sm olan 1 (bir) ədəd, 24 sm olan 1 (bir) ədəd, 32 sm olan 1 (bir) ədəd, 40 sm olan 2 (iki) ədəd, göyrüş cinsindən diametri 36 sm olan 1 (bir) ədəd və armud cinsindən diametri 28 sm olan 1 (bir) ədəd, cəmi 14 (on dörd) ədəd 4,73 m3 həcmində 200,48 manat nırx ziyan dəyərində ağacların kəsilərək kütlələrinin aparılması müəyyən edilmişdir. Akt Cavabdeh iştirakı ilə tərtib edilmiş və sonuncu tərəfindən imzalanmışdır. - meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlin təsdiq edilmiş surətlərindən görünür ki, yuxarıda qeyd edilən ağacların kəsilməsi kütlələrinin aparılması nəticəsində meşə fonduna vurulmuş ziyan 200,48 manat məbləğində müəyyən edilmişdir. - 14 saylı X4 Mərkəzinin (Şəmkir X4 Mərkəzi) 22 iyul 2021-ci il tarixli, 066/k nömrəli əmrinin və əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən 3 ay sınaq müddətinə mərkəzin Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. - 14 saylı X4 Mərkəzinin 28 dekabr 2023-cü il tarixli, 149/k nömrəli əmrin təsdiq edilmiş surətindən və əmək müqaviləsi bildirişindən görünür ki, 14 saylı X4 Mərkəzinin Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısında gözətçi vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-c- maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - 14 saylı X4 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış bildirişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh dövlət meşə fonduna dəymiş 200,48 manat məbləğində ziyanın 14 saylı X4 Mərkəzinin hesabına ödənilməsi, əks tədirdə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
8. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh 22 iyul 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 14 saylı X4 Mərkəzinin Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləmişdir. 14 saylı X4 Mərkəzinin direktorunun 28 dekabr 2023-cü il tarixli 149/k saylı əmrinin icrası ilə əlaqədar Mərkəzin əməkdaşları tərəfindən Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısında 17 yanvar 2024-cü il tarixdə yoxlama apararkən adları və sayı aktda qeyd edilən cəmi 14 (on dörd) ədəd 4,73 m3 həcmində 200,48 manat nırx ziyan dəyərində ağacların kəsilərək kütlələrinin aparılması müəyyən edilmişdir. Bu barədə Cavabdeh iştirakı ilə aktlar tərtib edilmişdir.
9. Meşə gözətçisinin vəzifə borclarına aid təlimata əsasən, meşə gözətçisi ona tapşırılmış (həvalə olunmuş) dolayda meşələrin, tarixi və təbiət abidələrinin, kardonların (meşəçi evlərinin), tikili və qurğuların, mərz nişanlarının, kvartal dirəklərinin və s. qorunub mühafizə olunmasını yerinə yetirir; Meşədən istifadəyə dair hüquqi sənədləri yoxlayır (Dolayda meşə məhsullarının buraxılış orderini, ot çalınması, ov edilməsini, meşə fondu torpaqlarının istifadəyə və icarəyə verilməsini və digər normativ qaydaların yerinə yetirilməsini) və nəzarət edir, bu sahədə baş verə biləcək qanun pozuntularının qarşısını alır; Dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim edir; Meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlayır, meşədə yanğın təhlükəsizliyi qaydalarına nəzarət edir, yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görür, yanğın haqqında meşəbəyiyə, mərkəzə və digər aidiyyəti qurumlara xəbər verir; Meşə dolayında ziyanverici və xəstəliklər, təbii fəlakət nəticəsində yıxılmış yaxud kök üstə qurumuş ağaclar (kollar) və meşə fonduna ziyan verə biləcək digər hadisələr nəzərə çarpdıqda, bilavasitə rəhbərliyə xəbər verir.
10. Məhkəmə qeyd edir ki, Cavabdeh ağacların kəsilməsinin aşkar edildiyi zaman 14 saylı X4 Mərkəzinin Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləmişdir. Belə olan halda, Cavabdeh Qalakənd meşəbəyliyinin 8 saylı meşə dolayısında ağacların kəsilməsinə görə maddi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh nəzarətindən olan meşə fondu sahəsinə zərər vurulmasını müəyyən etməklə bununla bağlı rəhbərliyə hər hansı məlumat verməmiş və ziyan vurulmasının qarşısının alınması üçün heç bir tədbir görməmişdir.
11. Göründüyü kimi, Cavabdeh meşə gözətçisi olaraq təlimatla müəyyən edilmiş meşə gözətçisinə aid vəzifə borclarını layiqincə yerinə yetirməmiş və onun təqsirli hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində işə götürənə meşə gözətçisi işlədiyi müddətdə 14 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla müəyyən edilmiş ağacların kəsilməsi nəticəsində ümumilikdə 200,48 manat maddi ziyan vurmuşdur. Eləcə də, Cavabdeh qeyd edilən hallara görə, meşə gözətçisi vəzifəsində azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 14 saylı X4 Mərkəzi vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
13. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
14. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
15. Azərbaycan Respublikası Konstitusiyasının; - 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. - 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
16. Azərbaycan Respublikası Meşə Məcəlləsinin; - 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. - 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. - 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
17. Məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fondu sahəsinə 833,09 manat məbləğində zərər vurulması təsdiqini tapdığından iddiaçı vurulmuş zərərin əvəzinin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
19. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericilyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər.
20. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 200,48 manat məbləğində maddi ziyan tutulub 14 saylı X4 Mərkəzinin hesabına ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. “X6 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
23. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
24. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1.000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
V. Nəticə:
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat 48 (qırx səkkiz) qəpik məbləğində maddi ziyan tutulub 14 saylı X4 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov