Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-245/2025 12.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçı Şəmkir X5 Mərkəzinin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə iddiaçı 14 saylı X5 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı 14 saylı X5 Mərkəzi Cavabdeh qarşı əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə dövlət meşə fonduna vurduğu 240.90 manat miqdarında maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı 14 saylı X5 Mərkəzinin nümayəndəsi X4 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 14 saylı X5 Mərkəzinin Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısnın meşə gözətçisi işləmiş Cavabdeh xidməti ərazisində Mərkəzin əməkdaşları tərəfindən 24 noyabr 2023-cü il tarixdə yoxlama aparılmış, dolayda köküstə yaş halda ağcaqayın cinsindən diametri 16 sm 4 (dörd) ədəd, 20 sm 1 (bir) ədəd, 40 sm 1 (bir) ədəd, fıstıq cinsindən diametri 44 sm 1 (bir) ədəd, 52 sm 1 (bir) ədəd, palıd cinsindən diametri 24 sm 1 bir) ədəd, cəmi 12 (on iki) ədəd 11,57 m3 həcmində 240,90 manat dəyərində ağacların kəsilərək, kütlələrinin aparılması müəyyən edilmiş, bununla əlaqədar akt və qiymətləndirmə cədvəli tərtib olunmuşdur.Bu zərərlə əlaqədar cavabdeh maddi məsul şəxs kimi məsuliyyət daşımışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş izahat verərək bildirmişdir ki, 14 saylı X1 qarşı olan iddia tələbi əsasızdir. Ağac qırıntıları onun xidməti ərazisində olmamışdrı. Bundan başqa, ağac qırntıları həmin ərazidə dövlət əhəmiyyətli yolun çəkilişi ilə əlaqdar olmuş və o, bu barədə mərkəzə məlumat vermişdir. Mərkəzin əməkdaşları qərəzli olaraq, onlara pul verməkdən imtina etdiklərinə görə bu aktı tərtib etmişlər. Bu faktla əlaqədar o, şikayətlər də etmişdir. O, hec yerdə işləmir. Dəymiş ziyanı ödəyə bilməyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş 14 saylı X5 Mərkəzinin mühəndisi X3 ifadə verərək, bildirmişdir ki, 14 saylı X5 Mərkəzinin Saratovka meşəbəyliyinin 4 saylı meşə dolayısnın meşə gözətçisi Cavabdeh xidməti ərazisində yoxlama apararkən dolayıda köküstə yaş halda ağcaqayın cinsindən diametri 16 sm 4 (dörd) ədəd, 20 sm 1 (bir) ədəd, 40 sm 1 (bir) ədəd, fıstıq cinsindən diametri 44 sm 1 (bir) ədəd, 52 sm 1 (bir) ədəd, palıd cinsindən diametri 24 sm (1 bir) ədəd, cəmi 12 (on iki) ədəd 11,57 m3 kəsilərək kütlələrinin aparılması müəyyən edilmişdir. Bu qırıntılar yolun çəkilişi ilə əlaqədar olmamış və məhz cavabdehə həvalə edilmiş dolayda aşkar edilmişdir. Cavabdehdən pul tələb etməmişlər. Cavabdehin qırıntılarla əlaqədar Mərkəzə şifahi məlumat verib-verməməsini bilmir, lakin cavabdeh bu barədə yazılı məlumat verməli idi. Lakin yazılı məlumat olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 və X7 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan 24 noybar 2023-cü il tarixli Aktdan görünür ki, araşdırma zamanı qanunsuz olaraq köküstə yaş halda ağcaqayın cinsindən diametri 16 sm 4 (dörd) ədəd, 20 sm 1 (bir) ədəd, 40 sm 1 (bir) ədəd, fıstıq cinsindən diametri 44 sm 1 (bir) ədəd, 52 sm 1 (bir) ədəd, palıd cinsindən diametri 24 sm 1 bir) ədəd, cəmi 12 (on iki) ədəd 11,57 m3 həcmində ağacların kəsilməsi aşkar edilmişdir İşdə olan Hesablama Cədvələrindən görünür ki, ziyanın miqdarı 240.90 manatdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin şahidlərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. - 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. - 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsaəsn mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh meşə gözətçisi işlədiyi müddətdə öz vəzifələrinin yerinə yetirilməsində səhlənkarlıq etmiş, nəticədə iddiaçıya 240.90 manat miqdarında ziyan vurulmuşdur. Cavabdeh ziyanla əlaqədar maddi məsuliyyət daşıdığı üçün dəymiş ziyanı ödəməlidir. Ona görə də iddia tələbi təmin edilməli,Cavabdeh 240.90 manat alınaraq, 14 saylı X5 Mərkəzinin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 240.90 manat alınaraq, 14 saylı X5 Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-245/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-245/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver