Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-246/2023 28.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı Şəmkir Regional X5nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, iddiaçı Şəmkir Regional X5nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Şəmkir Regional X5 Cavabdeh qarşı dövlət meşə fonduna vurduğu 109.86 manat maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Şəmkir Regional X5nin nümayəndəsi X4 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Şəmkir Regional X5nin əməkdaşları Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayısının meşə gözətçisi X2 xx.xx.2022-ci il tarixli, yazılı məlumatı yerində araşdırarkən Gədəbəy rayonu, Poladlı kəndində yaşayan Cavabdeh heç bir icra sənədi olmadan qanunsuz olaraq köküstə yaş halda fıstıq cinsindən cəmi 3 ədəd, ümumi həcmi 4.54 metr kub olan yaş ağacları kəsərək ağacların kütlələrini apardığına görə mərkəzin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli və inzibati protokol tərtib edilmişdir. Beləliklə, Gədəbəy rayonu, Poladlı kəndində yaşayan Cavabdeh Dövlət meşə fonduna 109.86 manat məbləğində ziyan vurmuşdur. Ona görə də iddi tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul edir. Meşə fonduna vurulmuş ziyanı ödəməyə hazırdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 15 noyabr 2022-ci il tarixli aktın həcm-qiymətəndirmə cədvəlindən görünür ki, Şəmkir Regional X5nə 109.86 manat maddi zərər yetirilmişdir. İşdə olan Şəmkir Regional X5nin əməkdaşlarının iştirakları ilə 15 noyabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, cavabdeh X10 X1 meşəbəyliyinin 7 saylı dolayısından köküstə yaş halda fısdıq cinsindən 28 sm 1 ədət,36 sm 1 ədət,48 sm 1 ədət,cəmi 3 ədət ümumi həcmi 4.54 metr kub olan yaş ağacları kəsərək dorğadığı aşkar edilmişdir. İşdə olan X9 protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Məcəllənin 64-cü maddəsinə əsasən,meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə cavabdehin təqsirli olması, yəni xx.xx.2022-ci il tarixdə X10 X1 Meşəbəyliyinin 7 Saylı Dolayısında köküstə yaş halda fısdıq cinsindən , cəmi 3 ədəd , ümumi həcmi 4.5 metr kub olan yaş ağacları kəsərək və dövlət meşə fonduna 109.86 manat ziyan vurması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh 109.86 manat alınaraq, Şəmkir Regional X5nin hesablaşma hesabına ödənilsin. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 109.86 manat alınaraq, Şəmkir Regional X5nin hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-246/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-246/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver