Məhkəmə qərarları › İş №2(042)-251/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-251/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-251/2023 28.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 13 avqust 2014-cü il təvəllüdlü X5, 30 iyun 2017-ci il təvəllüdlü X3 və 21 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşağa 220 manat məbləğində aliment ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ildə nikah bağlamışdır. Birgə nikahdan 13 avqust 2014-cü il tarixdə X5, 30 iyun 2017-ci il tarixdə X6 və 21 may 2021-ci il tarixdə X4 doğulmuşlar. Ailə münasibətləri pozulduqdan sonra ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsilə övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit miqdarda alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda istehlak mallarının qiymətləri və uşaqların saxlanılması xərcləri artmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaхtı və yеri barədə lazımi qayda məlumatlandırılmasına baхmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdеh Cavabdeh iştirakı оlmadan işə baхılmasını mümkün hеsab еtmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 25 oktybar 2022-ci il tarixli Qətnaməsindən görünür ki, azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 120 manat sabit miqdarda alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi mümkünlüyünü nəzərdə tutan 112.1-ci maddəsinin dispozisiyasından görünür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarını dəyişə bilər. Gədəbəy Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli Qətnaməsindən görünür ki, tərəflərin üç azyaşlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh 120 manat sabit miqdarda alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə gündəlik istehlak mallarının bahalaşmasını üç azyaşlı uşaq saxlayan iddiaçının maddi vəziyyətinin pisləşməsi kimi qiymətləndirir və cavabdehin maddi vəziyyəti barədə məlumatların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 13 avqust 2014-cü il tarixdə doğulmuş X5, 30 iyun 2017-ci il tarixdə doğulmuş X6 və 21 may 2021ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırilaraq, hər ay 130 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. 13 avqust 2014-cü il tarixdə doğulmuş X5, 30 iyun 2017-ci il tarixdə doğulmuş X6 və 21 may 2021-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşağa görə 130 manat miqdarında müəyyən edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar