Məhkəmə qərarları › İş №2(042)-253/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-253/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-253/2023 13.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı Şəmkir Regional X6nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Şəmkir Regional X6nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Şəmkir Regional X6 Cavabdeh qarşı dövlət meşə fonduna vurduğu 981.31 manat maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Şəmkir Regional X6nin nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh Şəmkir Regional X4 meşə gözətçisi vəzifəsində işləmiş, əmək müqaviləsinə əsasən tam maddi məsuliyyət daşıyan şəxs olmuşdur. Şəmkir Regional X6nin əməkdaşları Şəmkir RMTM-nin Şınıx meşəbəyliyinin 9 saylı meşə dolayısının meşə gözətçisi işləmiş Cavabdeh mühafizəsi altında olan meşə ərazisində müxtəlif vaxtlarda köküstə yaş ağacların kəsilməsi faktları aşkar etmiş və bu faktları aktlarla sənədləşdirmişlər. Cavabdeh əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsinə əsasən bu kəsintilər barəsində xəbər verməli olduğu halda, X5 heç bir məlumat verməmiş, öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməmişdir. Ağacların kəsilməsi ilə, iddiaçıya 981.31 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh bu barədə iddiaçıya məlumat vermədiyi üçün, dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıml qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan aktların həcm-qiymətəndirmə cədvəlindən görünür ki, cavabdeh Şəmkir Regional X5 ümumillikdə 981.31 manat maddi zərər yetirmişdir. İşdə olan Şəmkir Regional X6nin əməkdaşlarının iştirakları ilə tərtib edilmiş aktlardan görünür ki, X9 X2 meşəbəyliyinin 9 saylı dolayısından köküstə yaş halda 8.90 m3 həcmində 12 ədəd, 29.48 m3 həcmində 13 ədəd, 9.21m3 həcmində 14 ədəd, 3.40 m3 həcmində quru halda 29 ədəd, 3.15 m3 həcmində yaş halda 4 ədəd, 12.70m3 həcmində yaş halda 12 ədəd olan ağacın müxtəlif vaxtlarda kəsilərək aparılması aşkar edilmişdir. İşdə olan Cədvəllərin surətlərindən görünür ki, iddiaçıya 981,31 manat zərər vurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Məcəllənin 64-cü maddəsinə əsasən,meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 196-cı maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə cavabdehin vəzifə təlimatı ilə müəyyən edilmiş meşə gözətçisinə aid vəzifə borcunu layiqincə yerinə yetirməməsi, yəni, meşə gözətçisi işlədiyi dövrdə ona həvalə edilmiş X8 X2 Meşəbəyliyinin 9 saylı dolayısında kök üstə yaş halda 8.90 m3 həcmində 12 ədəd, 29.48 m3 həcmində 13 ədəd, 9.21m3 həcmində 14 ədəd, 3.40 m3 həcmində quru halda 29 ədəd, 3.15 m3 həcmində yaş halda 4 ədəd, 12.70m3 həcmində yaş halda 12 ədəd ağacın kəsilərək aparılması və dövlət meşə fonduna ümumillikdə 981.31 manat ziyan vurulması müəyyən edilmişdir. Cavabdeh əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirmədiyi və buna görə onun məsuliyyəti nəzərdə tutulduğu üçün iddia tələbi təmin edilməli, Cavabdeh 981.31 manat alınaraq, Şəmkir Regional X6nin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 981.31 manat alınaraq, Şəmkir Regional X6nin hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar