Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-255/2024 22.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Gər-Gər Bələdiyyəsinin sədri X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində olan, kəndin yuxarı hissəsində çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn, hazırda cavabdehlər tərəfindən dağıdılmış su xəttinin tərəfindən bərpa edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı hər cür müdaxiləyə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Şəkərbəy kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. 35 il bundan əvvəl yaşadığı kənddən təxminən 350- 400 metr məsafədə yerləşən bulaqdan yaşadığı evə su boruları ilə su çəkdirmişdir. 2023cü ilin noyabr ayının 14-də həmkəndliləri olan cavabdehlər bulağın mənbəyini dağıdaraq onun evinə gedən su borularını kəsmişlər. Nəticədə evinə gedən su kəsilmişdir. O dəfələrlə su xəttini bərpa etməyə çalışsa da, cavabdehlər ona imkan verməmiş, onu hədələmişlər. Aralarındakı olan narazılıqla bağlı kənd bələdiyyəsinə və polisə müraciət etsə də, mübahisənin həlli ilə bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Hesab edir ki, bulaqdan onun fərdi yaşayış evimə gedən, hazırda cavabdehlər tərəfindən dağıdılmış su xətinin bərpa edilməsinə cavabdehlər tərəfindən yaradılan hər cür maneələrə son qoyulmalıdır. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz etmiş,izahat verərək, bildirmişdir ki, digər cavabdelə birlikdə şəhid oğlu Mahir Hüseynov və bütün şəhidlərin şərəfinə kəndin girişində bulaq inşa etdirəcək. İstifadə edəcəyi su mənbəyi iddiaçıya məxsus deyildir. İddiaçı yaşadığı evə digər yerlərdə yerləşən su mənbələrindən su çəkmişdir və hazırda istifadə edir. Ona görə də, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 eyniməzmunlu izahat verərərk, iddia tələbinin təmin edilməməsi haqqıında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Gər-Gər Bələdiyyəsinin sədri X4 izahat verərək, bildirmişdir ki, nə iddiaçı, nə də cavabdehlər bələdiyyənin mülkiyyətində olan ərazidə yerləşən su mənbəyindən istifadə ilə əlaqədar müqavilələr bağlamamış, sudan qanunsuz istifadə etmişlər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində çay yatağında yerləşən bulağın mənbəyindən iddiaçının yaşadığı evə gedən su xətti kəsilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin məhkəmə müdafiə hüququ var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da nümayiş etdirilmiş və qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlərini müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən su mənbəyindən istifadə edilməsi ilə əlaqədar Gədəbəy Rayon Gər-Gər Bələdiyyəsi ilə heç bir müqavilə bağlamamışdır və onun su mənbəyindən istifadə ilə əlaqədar cavabdehlərə qarşı iddia tələbi ilə müraciət etmək üçün sybyektiv hüququ yaranmamışdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-255/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-255/2024
22.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver