Məhkəmə qərarları › İş №2(042)-260/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-260/2022

14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-260/2022 14.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı Şəmkir Regional X6nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Şəmkir Regional X6nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəmkir Regional X6 Cavabdeh qarşı dövlət meşə fonduna vurduğu 422.76 manat maddi ziyanın ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Şəmkir Regional X6nin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəni müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X8 X3 meşəbəyliyinin 5 saylı meşə dolayısında Şəmkir RMTM-nin əməkdaşları tərəfindən yerində araşdırma aparılarkən Gədəbəy rayonu, İnəkboğan kənd sakini Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda Vələs cinsindən 12 sm 2 ədət, 16 sm 1 ədəd, 20 sm 1 ədəd, 28 sm 1 ədəd, 32 sm 1 ədəd, Palıd cinsindən 32 sm 2 ədət, 36 sm 1 ədəd, 56 sm 1 ədəd, ağcaqayın cinsindən 20 sm 3 ədət, 24 sm 1 ədəd, 36 sm 1 ədəd. Armud cinsindən 40 sm 1 ədət, meşə gilası cinsindən 44 sm 1 ədəd ümumilikdə 17 ədəd ağacı kəsərək dorğadığı aşkar edilmiş və mərkəzin əməkdaşları tərəfindən tutularaq barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli və inzibati protokol tərtib edilmişdir. Bununla da Cavabdeh Əmrah oğlu oğlu Dövlət meşə fonduna 422.76 manat məbləğində ziyan vurmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 13.10.2021-ci il tarixli aktın həcm-qiymətəndirmə cədvəlindən görünür ki, Şəmkir Regional X6nə 422.76 manat maddi zərər yetirilmişdir. İşdə olan Şəmkir Regional X6nin əməkdaşlarının iştirakları ilə 04.06.2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin aktda X8 X1 meşəbəyliyinin 5 saylı dolayısından köküstə yaş halda Vələs cinsindən 12 sm 2 ədət, 16 sm 1 ədəd, 20 sm 1 ədəd, 28 sm 1 ədəd, 32 sm 1 ədəd, Palıd cinsindən 32 sm 2 ədət, 36 sm 1 ədəd, 56 sm 1 ədəd, ağcaqayın cinsindən 20 sm 3 ədət, 24 sm 1 ədəd, 36 sm 1 ədəd. Armud cinsindən 40 sm 1 ədət, meşə gilası cinsindən 44 sm 1 ədəd ümumilikdə 17 ədəd ağacı kəsərək dorğadığı aşkar edilmişdir. İşdə olan inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 700 manat miqdarında inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən,meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, 13.10.2021-ci il tarixdə Cavabdeh X8 X1 meşəbəyliyinin 6 saylı dolayısından köküstə yaş halda Vələs cinsindən 12 sm 2 ədət, 16 sm 1 ədəd, 20 sm 1 ədəd, 28 sm 1 ədəd, 32 sm 1 ədəd, Palıd cinsindən 32 sm 2 ədət, 36 sm 1 ədəd, 56 sm 1 ədəd, ağcaqayın cinsindən 20 sm 3 ədət, 24 sm 1 ədəd, 36 sm 1 ədəd. Armud cinsindən 40 sm 1 ədət, meşə gilası cinsindən 44 sm 1 ədəd ümumilikdə 17 ədəd ağacı kəsərək doğramış və dövlət meşə fonduna 422.76 manat ziyan vurmuşdur. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh dövlət meşə fonduna vurduğu 422.76 manat maddi ziyan alınaraq, Şəmkir Regional X6nin hesablaşma hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dövlət meşə fonduna vurduğu 422.76 manat maddi ziyan alınaraq, Şəmkir Regional X6nin hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar