Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-265/2025 04.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrə son qoyulması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, ona məxsus olan, ümumi sahəsi 117 kv.m olan ikimərtəbəli fərdi yaşayış evindən rahat və maneəsiz şəkildə istifadə etməyə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin, o cümlədən evin darvazasının açarının ona verilməsinə və həmin evdə yaşadığı otağın istiliyinin təmin edilməsi üçün soba yerləşdirməsinə yaradılan maneələrin aradan qaldırılmasına tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 1947-ci ildə doğuluşdur. Hazırda 78 yaşı var. O, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Həmin ünvanda ona məxsus 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 117 kvm olan fərdi yaşayış evi vardır. Ev ikimərtəbəlidir. Cavabdeh onun gəlinidir. X1 18 oktyabr 2024-cü ildə vəfat etmişdir. Cavabdeh Qurbanın ölümündən sonra ona öz evində rahat yaşamağa imkan vermir, evdən istifadə etməsinə çətinliklər yaradır. Cavabdeh evin açarını alıb və ona vermir. O, evdən çıxıb geri qayıdanda qapının bağlı olduğunu görür və evinə daxil ola bilmir. Bundan başqa cavabdeh sobanı gizlətmişdir və ona evdə istiliyin təmin edilməsi üçün maneələr yaradır. Cavabdeh və onun anası Zərgül dəfələrlə onu döymüşlər. Ona görə də cavabdeh tərəfindən edilən maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələlərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon İcra Hakimyyətinin Qoşabulaq İƏD-ə Nümayəndəliyin arayışından görünür ki, İddiaçı adına 0.31 ha həyətyanı torpaq sahəsi və 117 kvm olan yaşayış evi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı sahibliyində 0.31 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsnin üzərində yerləşən 117 kvm sahəsi olan yaşayış evi var. Cavabdeh iddiaçının gəlinidir və iddiaçının bildirməsinə görə onun evdən istifadə etməsinə çətinliklər yaradır. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı yaşayış evindən rahat və maneəsiz şəkildə istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr qadağan edilməli, darvazanın açarının iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və iddiaçının yaşadığı otağın istiliyinin təmin edilməsi üçün soba yerləşdirməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı yaşayış evindən rahat və maneəsiz şəkildə istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr qadağan edilsin, darvazanın açarının İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun və İddiaçı yaşadığı otağın istiliyinin təmin edilməsi üçün soba yerləşdirməsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-265/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-265/2025
04.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver