Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-286/2022 27.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Gədəbəy Rayon Daryurd kənd tam orta məktəbinə qarşı yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Gədəbəy Rayon Daryurd kənd tam orta məktəbinə qarşı yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.11-cı maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, belə olan halda ərizə baxılmamış saxlanmalıdır. Həmçinin tərəflərə izah edilməlidir ki, MPM-in 26*.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 26*, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Gədəbəy Rayon Daryurd kənd tam orta məktəbinə qarşı yolun açılması tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ödənilmiş 1** manat dövlət rüsumunun qaytarılması hüququ izah edilsin. Tərəflərə izah edilsin ki, MPM-in 26*.4-cü maddəsinin tələbinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi verildiyi gündən 1* (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-286/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-286/2022
27.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver