Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-289/2024 28.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçınə qarşı “qanunsuz yazılmış borcun silinməsi” və İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələblərinə dair iddia ərizələri üzrə 2(042)-231/2024 və 2(042)-289/2024 saylı mülki işlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-231/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdeh İddiaçınə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-289/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan 2(042)-231/2024 və 2(042)- 289/2024 saylı mülki işlər üzrə tərəflər eyni şəxslər olduğuna və hər iki mülki iş üzrə tərəflərin bir-birinə qarşı olan tələbləri eyni növlü olduğuna görə həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə hesab edir ki, 2(042)-231/2024 saylı mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan mülki iş üzrə icraat həmin nömrə ilə davam etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gədəbəy Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair 2(042)-231/2024 saylı və iddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair 2(042)-289/2024 saylı mülki işlər bir icraatda birləşdirilsin. Hər iki mülki iş üzrə icraat 2(042)-231/2024 nömrə ilə davam etdirilsin. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-289/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-289/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver