Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-291/2021 02.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən evinə gedən avtomaşın yoluna cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və onların edəcək olduqları müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh və ailə üzvləri tərəfindən onun evinə gedən avtomaşın yoluna edilən maneələrin aradan qaldırılması və onların edəcək olduqları müdaxilələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyinin Toplar kəndində yaşayır. Cavabdeh ilə qonşudur. Cavabdehlə onlar arasında mübahisə olmuş, cavabdeh ona qarşı evinə gedən avtomaşın yolunun açılması tələbinə dair Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli qərardadı ilə Cavabdeh iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdeh qonşunun torpaq sahəsindən keçən yolu qazaraq çala yaratmış, onun avtomaşın yolunu bərbad hala salmışdır. O, cavabdehə bu barədə xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymamışdır. Ona görə də Cavabdeh tərəfindən onun evinə gedən avtomaşın yoluna etmiş olduğu maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, iddiaçı onun qonşusudur. İddiaçı onun yolunu kəsmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli, 21 saylı arayışdan görünür ki, X1 Qaramurad kənd İƏD üzrə nümayəndəliyin Topular kəndində yaşayır, qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş, X9 kitabında 05.01.2009-cu il tarixdə 170 nömrə ilə uçota alınmış A № 105422 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 Gədəbəy şəhərində 733.39 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2(042)-519/2020 saylı qərardadından görünür ki, iddiaçı Cavabdehlər X3 və X2 qarşı “avtomobil yolunun açılması” tələbinə dair iddiadan imtinası qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, 11/M-061 №-li mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu Böyük Qaramurad kəndi “H Aslanov” Təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsinə əsasən İddiaçı yaşadığı fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmamışdır. Lakin yol kimi istifadə edilən torpaq sahəsinin 3 kv.m hissəsi Cavabdeh tərəfindən qazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsindən iddiaçıya avtomaşın yolu nəzərdə tutulmalı və avtomaşın yoluna cavabdeh tərəfindən maneə yaradılması sübuta yetirilməlidir. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə tərəflərin izahatı, mütəxəssis rəyi və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə X9 kitabında 05.01.2009-cu il tarixdə 170 nömrə ilə uçota alınmış A № 105422 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X4 Gədəbəy şəhərində 733.39 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçının qonşusudur. İddiaçı məhkəmədə iddia qaldıraraq evinə gedən avtomaşın yoluna cavabdeh tərəfindən qanunsuz olaraq maneələr yaradıldığını iddia edir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, Gədəbəy rayonu Böyük Qaramurad kəndi “H Aslanov” Təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsinə əsasən İddiaçı yaşadığı fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmamışdır. Lakin yol kimi istifadə edilən torpaq sahəsinin 3 kv.m hissəsi Cavabdeh tərəfindən qazılmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, yol kimi istifadə edilən torpaq sahəsinin 3 kv.m hissəsi Cavabdeh tərəfindən qazılmasına baxmayaraq İddiaçı yaşadığı fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmadığından iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 311 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “cavabdeh tərəfindən evinə gedən avtomaşın yoluna cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və onların edəcək olduqları müdaxilələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 311 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-291/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-291/2021
02.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver