Məhkəmə qərarları › İş №2(042)-292/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-292/2024

14.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-292/2024 14.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı maneələrin aradan qaldırırması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonunun Çobankənd kəndində mərhum X4 mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 36 kvm olan fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair Çıxarış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əmlaka müayinə baxışına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Çobankənd kəndində mərhum atası X3 adına 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 1962-ci ildə inşa edilmiş fərdi yaşayış evi var. Atası 15 may 2015-ci il tarixdə vəfat etmişdir.Bundan sonra atasından qalmış miras əmlakın qəbul edilməsi və Çıxarışın verilməsi üçün üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Üçüncü şəxsin əməkdaşları ölçmə işləri aparmaq üçün əraziyə gəlmiş, lakin cavabdeh ölçmə işlərinin aparılmasına şərait yaratmamış, həyətə cavabdeh tərəfindən qoyulmuş darvazanı açmamış, üçüncü şəxsin əməkdaşları ölçmə işlərini apara bilməmişlər. Bu isə onun və digər vərəsələrin əmlaka gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də həmin əmlakın yerləşdiyi ərazidə ölçmə işləri aparılmasına cavabdeh tərəfindən edilən maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, hazırda iddaçının iddia etdiyi torpaq sahəsini 15 il əvvəl alğı-satqı yolu ilə əldə etmiş, həmin torpaq sahəsində ev tikmişdir. Alğı-satqı müqaviləsi şifahi formada bağlanılmışdır. Torpağın digər hissəsində də başqa bir şəxs ev tikmişdir. Ölçmə işlərinin öz adına keçirilməsinə etiraz etmir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və 2 yeri barəsəində məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə bildirşinin alınması haqqında xəbərnamə məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə lazımı qaydada məlumat verilmiş, lakin nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə baxış iclasının üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X15 ifadə verərək, bildirmişdir ki, cavabdeh onun qardaşını həyat yoldaşıdır. İddiaçının atası həmin torpaq sahəsini əvvəlcə şifahi formada ona satımışdı. Sonra onun pulunu qaytarıb, cavabdehə satıblar. Cavabdeh həmin torpaq sahəsində ev tikib. Həmin torpaq sahəsində başqa bir şəxs də ev tikib. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, cavabdeh onun bacısıdır. İddiaçının atası isə qardaşı olmuşdur.Orada 1937-ci ildə tikilmiş ev olmuşdur. Torpağı Rasim qonşuya satmışdı. Sonra pul qaytarıblar. Pulu o, qaytarıb. Torpaqda onun da payı var. Amma iddiaçının atası onun payını verməyib. Məhkəmə iclasında şahid kimi dindirilmiş X16 ifadə verərək, bildirmişdir ki, həmin torpaq sahəsində iddiaçının valideynlərinin köhnə uçuq tikilisi olub. Tikili 15-20 il əvvəl sökülüb. İşdə olan X9 surətindən görünür ki, X6 15 may 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Arxiv Arayışından görünür ki, Gədəbəy rayonu, Çobankənd kəndində X4 adına olan təsərrüfatın torpaq qrafasında 0.14 ha torpaq sahəsi və tikili qrafasında 1962-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 36 kvm olan ev qeyd olunmuşdur. İşdə olan Arxiv Arayışından görünür ki, Gədəbəy rayonu, Çobankənd kəndində 1996- 2000-ci illərə dair Təsərrüfatbaşına X2 adına təsərrüfat qeyd edilmişdir. Ailə başçısı X6, arvadı X7, oğlu İsgəndərov Rasim, oğlu İsgəndərov Qoşqar, qızı İsgəndərova Könül, oğlu İddiaçı, nəvəsi X10, qızı İsgəndərova Nüşabədir. İşdə olan X8 surətindən görünür ki, İddiaçı Fərman oğlu xx xxxxx 1992-ci il tarixdə doğulmuşdur. Onun atası qrafasında X6, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli Məktubdan görünür ki, sözügedən torpaq sahəsinin darvazasının bağlı olduğu üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən mübahisəli əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının atası X1 olmuş Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 36 kvm fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun gösləntisi var və bu hüququnun həyata keçirilməsi üçün həmin əmlakın müayinə edilməsinə şərait yaradılmalıdır. Cavabdeh mübahisəli əmlakı alğı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirsə də, bu halı təsdiq edən qanunda nəzərdə tutulmuş formada tərtib edilmiş hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə ölçmə işləri texniki prosedur olaraq, hər hansı bir şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən mərhum X1 olmuş 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 36 kvm olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar müayinəsinin keçirilməsinə edilən maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq,İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar