Məhkəmə qərarları › İş №2(042)-294/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-294/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-294/2021 07.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən ona vurulan 39600 manat maddi zərərin, hüquqi yardıma görə ödənilmiş 50 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ona Gədəbəy rayonunun Düzyurd bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04 saylı qərarına əsasən kommersiya məqsədilə mülkiyyətinə 0.02 ha torpaq sahəsi verilmişdir. Lakin Cavabdeh 2009-cu il tarixdə ona verilmiş həmin torpaq sahəsinin sərhədində yerləşən vətəndaşlara verilmiş təxminən 2 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahələrini onlardan alaraq, ətrafına daş hasar çəkdirmiş, sonra isə orada torpaqların təyinatına uyğun olmayan şadlıq sarayı inşa etdirmişdir. Həmin vaxt onun torpaq sahəsinin 22 kv.m hissəsini zəbt edərək ona məxsus daş hasarı söküb, yerində özü üçün yeni daş hasar çəkmişdir. O, DƏDRX-dən nümayəndə gətirib tikdirdiyi sahənin kordinatlarmı müəyyən etdirməkdənsə, sənədlərinin saxta olduğunu, bildirmişdir. Onun bu qanunsuz əməlləri barədə davamlı olaraq dövlət orqanlarına etdiyi şikayətlərin nəticəsi olmadığını gördükdə, öz torpaq sahəsinə olan hüquqlarıın müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin 2(042)-717/2017 nömrəli 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh Midiqət oğlunun ona məxsus torpaq sahəsinin zəbt etdiyi 22.kv.m hissəsindən çıxarılması və zəbt etdiyi torpaq sahəsində qanunsuz tikdiyi daş hasarın öz hesabına sökülməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə icra edilmişdir. Cavabdehin bu qanunsuz əməllərinin nəticəsi olaraq, öz torpaq sahədə 2 ədəd 10x5 metr ölçüdə ticarət obyekti tikib oradan gəlir əldə etməkdən məhrum olmuşdur. Yalnız sözügedən məhkəmə qətnaməsi icra edildikdən sonra həmin torpaq sahəsində özünə 2 ədəd obyekin hörgüsünü tikə bilmişdir. Cavabdeh qanunsuz torpaq sahəsini zəbt edib öz torpaq sahəsinə qatmasaydı, o, həmin obyektləri 2009-cu ildən tikmiş olardı, oradan gəlir əldə edib ticarətimi genişləndirərək daha yüksək gəlir əldə edə bilərdi. Hazırda qonşuluğunda fəaliyyət göstərən obyektlərin sahibləri öz obyektlərinin yalnız bir otağını 150-200 manat civarında kirayəyə vermişlər. İki obyektin aylıq gəliri 300 manat hesabı ilə 2009-2020-ci illəri əhatə edən dövrə 39600 manat təşkil edir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 ifadə verərək bildirmişdir ki, 2009-cu il tarixdə İddiaçı usta kimi onları dəvət etmiş, onlar da iki usta bir fəhlə gələrək iki otaq tikmişlər. Bu zaman bələdiyyə və polis əməkdaşları gələrək, onları qovmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X1 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən 0.02 ha torpaq sahəsini xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-717/2017 nömrəli 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilərək Cavabdeh Midiqət oğlunun iddiaçıya məxsus torpaq sahəsinin zəbt etdiyi 22.kv.m hissəsindən çıxarılması və zəbt etdiyi torpaq sahəsində qanunsuz tikdiyi daş hasarın öz hesabına sökülməsi qət edilmişdir. Həmin vaxtadək həmin torpaq sahəsinin kimə məxsus olması müəyyənləşdirilməmişdir. Bundan sonra məhkəmə qətnaməsi icra edilmiş və iddiaçının torpaq sahəsi özünə verilmişdir. Yəni, tərəflər yalnız məhkəmə qətnaməsindən sonra mübahisəli torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmişlər. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin ona 39600 manat miqdarında maddi ziyan vurmasını sübut edə bilməmişdir. Həmçinin iddiaçı hüquqi yardım göstərilməsinə görə 50 manat ödəməsi barədə iş materiallarına sənəd əlavə etməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar