Məhkəmə qərarları › İş №2(042)-3/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-3/2024

27.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-3/2024 27.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı “qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi, avtomobil yolunun açılması və açılacaq yola cavabdeh tərəfindən müdaxilələrə son qoyulması” tələbinə dair ilk iddiası və Cavabdeh iddiaçı X3 qarşı “mənəvi zərərə və digər xərclərə görə pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş (açar sözlər: tikilinin sökülməsi, avtomobil yolunun açılması, müdaxilələrə son qoyulması, mənəvi zərərin ödənilməsi və digər xərclərə görə pul) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (arvadı) X4 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi, avtomobil yolunun açılması və açılacaq yola cavabdeh tərəfindən müdaxilələrə son qoyulması” tələbinə dair ilk iddiası və Cavabdeh iddiaçı X3 qarşı “mənəvi zərərə və digər xərclərə görə pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı X5 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən, X10 kitabında uçota alınmış A № 124413 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona məxsus olan 6994.36 kv.m həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi, ona məxsus olan həmin torpaq sahəsinə və fərdi yaşayış evinə gedən avtomobil yolunun Cavabdeh tərəfindən açılaraq həmin yola edilən müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh hazırki mülki iş üzrə məhkəmədə qarşılıqlı iddia qaldıraraq, ilk iddia üzrə İddiaçı ona qarşı “tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə iddia ərizəsinin təmin edilməməsi, ona dəymiş mənəvi ziyana görə 10.000 manat, məhkəmə prosesinə sərf olunan vaxtın itirilməsinə görə 5.000 manat, vəkil xidmətlərinə görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 15.130 manat pul vəsaitinin İddiaçı tutulub ona ödənilməsinə, məhkəmə prosesinə sərf olunan iş vaxtının itirilməsinə görə 10.000 manat pulun İddiaçı tutulub dövlətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X5 ilk iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə ona Gədəbəy rayonu, Dəyirmandağ kəndində 6994.36 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə X10 kitabında uçota alınmış A № 124413 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsində onun sahəsi 30 kv.m olan fərdi yaşayış evi vardır. Evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh qanunsuz hərəkətlərinə görə onun mülkiyyət hüquqları pozulmuşdur və qanuni yoldan istifadə edə bilmir. Belə ki cavabdeh onun torpaq sahəsində qeyri-qanuni şəkildə ev tikmiş, onun evinə və həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunu zəncir çəkərək kəsmişdir. Dəfələrlə cavabdehə bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin tikdiyi ev onun torpaq sahəsinə düşür, eləcə də torpaq sahəsinə və evinə gedən yolu bağlamışdır. Cavabdeh ona öz mülkiyyətindən rahat istifadə etməsinə imkan vermir. Ona görə də cavabdehin apardığı qanunsuz tikilinin sökülərək onun həyətyanı torpaq sahəsinə və evinə gedən yola etdiyi müdaxilələrə son qoyulmasını istəyir.

4. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “tikilinin sökülməsi və maneələrin aradan qaldırılması” tələbi ilə bağlı İddiaçı qarşı qarşılıqlı iddia qaldırılmasını zəruri hesab edir. İddiaçı ona qarşı iddia tələbini qəbul etmir və aşağıdakılara əsasən ona etiraz edir. İddiaçı “öz evi və həyətyanı torpaq sahəsi” kimi təqdim etdiyi ev və torpaq sahəsi ilə bağlı sənədlər natamam və ziddiyyətlidir. İddiaçı iddia tələblərindən birini “ona məxsus olan torpaq sahəsinə və fərdi yaşayış evinə gedən avtomobil yolunun mənim tərəfimdən açılaraq həmin yola edilən müdaxilələrə son qoyulması” təşkil etsə də İddiaçı hər hansı torpaq sahəsinin və ya fərdi yaşayış evinin ona məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, o, öz evi və həyətyanı torpaq sahəsi ilə bağlı məhkəməyə nə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, nə də hər hansı digər qanuni hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Belə olduğu təqdirdə isə İddiaçı Gədəbəy rayonu, Qurudərə kəndində fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin olması faktı müəyyən olunmur. İddiaçı iddia ərizəsində ona Dəyirmandağ kəndində 6.994,36 kv.m torpaq sahəsi verildiyini qeyd edilmişdir. Lakin onun faktiki yaşadığı və onun evi ilə qonşuluqda yerləşən fərdi yaşayış evi Dəyirmandağı kəndində deyil, Qurudərə kəndindədir. Gədəbəy rayon Dövlət Arxivindən alınmış xx.xx.2020-ci il tarixli, 83 saylı arxiv arayışından isə görünür ki, İddiaçı adma harada yerləşdiyi göstərilməməklə cəmi 0,25 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü adlı sənədində qeyd edilmişdir ki, İddiaçı adına Gədəbəy rayonu, Dəyirmandağ kəndində 6994,36 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı bu sənəd tərtib olunmuşdur. Göründüyü kimi iş materialları arasında İddiaçı Gədəbəy rayonu, Qurudərə kəndində hər hansı torpaq sahəsinin və ya fərdi yaşayış evinin olması ilə bağlı mötəbər sübut yoxdur. Buradan belə qənaətə gəlmək olar ki, İddiaçı ona qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmçinin İddiaçı iddia tələblərindən birini ‘‘ona məxsus olan torpaq sahəsinə və fərdi yaşayış evinə gedən avtomobil yolunun Cavabdeh tərəfindən açılaraq həmin yola edilən müdaxilələrə son qoyulması” İddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi onun Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən sahəsi 30 kv.m olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmamışdır. Onun da Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən və xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə ümumi kəndarası yoldan piyada və avtomobil üçün giriş-çıxış imkanı yolu nəzərdə tutulmuşdur. Onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə və İddiaçı faktiki yaşadığı fərdi yaşayış evinə ümumi kəndarası yoldan ayrılan giriş-çıxış yolu (piyada və avtomobil yolu) biribirindən təqribən 30 metr məsafədə olmaqla ayrılıqda yerləşib və hətta əraziyə təbii qaz boru xəttinin çəkilməsi zamanı bu nəzərə alınmışdır (həyətyanı sahəyə giriş çıxış yerlərində qaz boru xətti təqribən 3 metr yuxarıdan/hündürlükdən çəkilməklə piyada və avtomobillə həyətə giriş-çıxış imkanı yaradılmışdır). Əraziyə yerli baxış keçirməklə və sadə vizual müşahidə aparmaqla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faktiki yaşadığı evə və onun ətrafında yerləşən həyətyanı torpaq sahəsinə piyada və avtomobil üçün fərdi girişçıxış yolunun olmasını müəyyən etmək olar. Lakin, İddiaçı iddia ərizəsindən məlum olur ki, o, faktiki yaşadığı evə getmək üçün onun fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üçün ayrılmış giriş - çıxış yerindən istifadə etmək istəyir. Lakin iddia ərizəsində bunun səbəbini bildirmir. Bundan başqa İddiaçı iddia ərizəsində onun tərəfimdən “yola hansı müdaxilələrin edilməsinə də” aydınlıq gətirməyib, habelə cavabdehin həyətyanı torpaq sahəsinə onun tərəfindən ümumiyyətlə hər hansı müdaxilə edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin Gədəbəy rayonu Qurudərə kəndindəki fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun xüsusi mülkiyyətindədir. Buna görə də İddiaçı həmin evin sökülməsi barədə iddia tələbini də əsassız hesab edir. Onun qarşılıqlı iddia tələbinin hüquqi əsasları bundan ibarətdir. O, ali təhsilli müəlimdir. Uzun müddət, təqribən 32 il Bakı şəhərinin 281 saylı orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətlə məşğul olaraq riyaziyyat fənnindən dərs demişdir. Eyni zamanda o, İ Qarabağ müharibəsinin iştirakçısı və İ qrup müharibə əlildir. O, 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında gedən döyüşlərdə başından güllə yarası alaraq ağır yaralanmışdır və hazırda İ qrup müharibə əlildir. Müharibədə başından aldığı xəsarətin fəsadı kimi 3 il 7 ay bundan əvvəl beyin insultu keçirmişdir. Uzun müalicələrdən sonra çətinliklə yenidən həyata qayıtmışdır. Həkimlər ona səs-küydən uzaq, sakit bir yerdə yaşamağı tövsiyyə ediblər. O, Qurudərə kəndində İİ qrup əmək əlili olan həyat yoldaşı X7 ilə birlikdə yaşayır. Cavabdeh Bakı şəhərində dərman preparatları zavodunda işləyib və İ Qarabağ müharibəsi vaxtı zavodda cəbhəyə zəruri dərmanların, sarğı materiallarının hazırlanması üçün gecə-gündüz çalışmışdır. Elə həmin zavodda 1994-cü ildə əmək zədəsi alaraq İİ qrup əlil olmuşdur. Hazırda hər ikisi mütəmadi olaraq müalicə alır. Eyni zamanda, yüz yaşlı qaynanası Quliyeva Bəsti isa qızı da onun himayəsindədir və onunla birlikdə yaşayır. Beləliklə, o, xəstə həyat yoldaşı və yaşlı qaynanası hər ilin yay-payız aylarında onun Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən ata-baba torpağında tikdikləri öz evlərində yaşayırlar. Evləri əvvəllər həmin ərazidə mövcud 2 otaqlı köhnə tikilinin yerində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin (Reyestr nömrəsi: **********17-10301) xx.xx.2015-ci il tarixində fərdi yaşayış evi üçün ayrılmış 0.05 ha torpaq sahəsində və 11 saylı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş fərdi yaşayış evinin planına (Texniki pasportun surəti iddia ərizəsinə əlavə edilib) uyğun inşa edilmişdir. Lakin qonşuluqda yaşayan İddiaçı uzun müddətdir ki, münaqişələr yaradaraq nə onları rahat yaşamağa, nə də təsərrüfatla məşğul olmağa imkan vermir. Onun böhtan və iftiralarından ən çox zərər ona və ailə üzvlərinə dəymişdir. Belə ki, İddiaçı, onları gah torpağını zəbt etməkdə, gah ona xəsarət yetirməkdə ittiham edərək DİN-in 102 xidmətinə zəng edib şər-böhtan və yalan sözlərlə polis çağırtdırır. Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları onun şikayətlərini araşdırdıqdan sonra həmin şikayətlərin əsassız olduğunu müəyyən etsələr də, İddiaçı barəsində heç bir tədbir görülmür. AR İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ondan dəfələrlə Gədəbəy rayon prokurorluğuna və Gədəbəy rayon Polis şöbəsinə əsassız şikayətlər etmişdir. O, 03 may 2016-cı ildə onun evinin İddiaçı torpaq sahəsində tikildiyini əsas gətirərək onun sökülməsi ilə bağlı Gədəbəy rayon Prokurorluğuna müraciət etmişdir. Onun bu şikayəti əsassız olduğu üçün təmin edilməmişdir. Bundan başqa o, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək onun İddiaçı evini ələ keçirdiyini, bu məsələ ilə bağlı səlahiyyətli dövlət orqanlarının ona köməklik etmədiyini və 24 avqust 2018-ci ildə Gədəbəy rayon Polis Şöbəsinin qarşısında özünü yandıracağını bildirmişdir. Həmin müraciət əsasında aparılan ilkin yoxlama nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı 28 avqust 2020-ci ildə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək onun və həyat yoldaşının bıçaqla İddiaçı üzərinə hüqum etdiklərini bildirmişdir. Həmin müraciət əsasında aparılan ilkin yoxlama nəticəsində cinayət işinin "başlanması rədd edilmişdir. Ombudsman aparatının məktubundan görünür ki, baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısını vaxtında almaq üçün İddiaçı, o və onun həyat yoldaşım Gədəbəy rayon Polis Şöbəsində “münaqişəli tərəflər” kimi profilaktiki qeydiyyata alınmışdır. Lakin təəssüf ki, ötən müddət ərzində Gədəbəy rayon Polis şöbəsi tərəfindən heç bir profilaktik tədbirlər görülməmişdir. Hal -hazırda İddiaçı ona qarşı daha bir əsassız iddia qaldırmışdır. Onun “hovuzun sökülməsi və maneələrə son qoyulması" barədə iddiası ilə bağlı 2(042)-367/2021 saylı mülki işə Gədəbəy rayon Məhkəməsində hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə baxılır. İddiaçı hətta polisə şikayət etmək üçün əsas tapmadığı vaxtlarda belə, hər dəfə yolunu onların qapısından salaraq, onu və ya ailə üzvlərini həyətlərində gördükdə onları nalayiq ifadələrlə təhqir edir, azyaşlı nəvələrini öz həyətlərində oynamağa qoymur, onlara daş atır və onlara qarşı ləyaqətsiz ifadələr işlədir. O, hətta bir dəfə İddiaçı cinsiyyət orqanını göstərərək, "Qarabağda döyüşmüsən əlil olmusan gəl filan yerimi ye" deyərək, onu təhqir etmişdir. Onu və digər ailə üzvlərini demək olar ki, hər gün əsəbiləşdirir. Həyat yoldaşının qardaşı oğlu X8 02 noyabr 2020-ci il tarixində Vətən müharibəsi gedişində Füzuli rayonu uğrunda gedən döyüşlərdə dövləti, xalqı uğrunda şəhid olmuşdur. Şəhidin yas mərasiminin səhəri İddiaçı həyat yoldaşına müraciətlə onun şəhid ruhuna lənət yağdıraraq, "şəhid olan qardaşın oğlunun gorunu belə-belə edim" deyərək, əxlaqsız sözlər ilə təhqir etmişdir. Belə görünür ki, İddiaçı üçün müqəddəs olan heç nə yoxdur. Bundan əlavə, İddiaçı həyat yoldaşının 2019-2020-ci illərdə, təqribən bir il ərzində rəhmətə getmiş iki qardaşının ruhlarına nalayiq söyüşlər yağdırır. İddiaçı, yoldaşının şəhid qardaşı oğlu və dünyasını dəyişmiş qardaşlarını təhqir etməsi yaşlı qaynanasına pis təsir göstərir. Bu səbəbdən yaşlı və zəif qaynanasının səhhəti tez-tez pisləşir. İddiaçı qanunsuz olaraq Qurudərə kəndində təqribən 7 hektar biçənək ərazini zəbt edərək hər il oranın otunu biçdirir və satır. 7 hektar torpaq sahəsini istifadə etməsinə baxmayaraq dövlətə heç bir vergi ödəmir. İddiaçı, hətta zəbt etdiyi ərazilər ilə kifayətlənməyərək onların evə, həyətlərinə müdaxilə edir və həmin ərazinin də otunu biçdirmək istəyir. Bununla əlaqədar dəfələrlə aralarında münaqişə olmuşdur. İddiaçı tək onunla deyil bütün qonşularla dalaşır, səs küy salır, qışqıraraq onları əxlaqsız sözlər ilə təhqir edir. Münaqişələrlə son qoymaq məqsədilə cavabdeh ilə öz evləri arasında hasar çəkilməsi üçün dəvət olunmuş bələdiyyə nümayəndələrini təhqir etmiş və daş ataraq onları ərazidən qovmuşdur. Deyir o heç kəsdən qorxmur və heç bir dövlət nümayəndəsi tanımır. Bununla bağlı Kiçik Qaramurad kənd bələdiyyəsi tərəfindən 20 may 2020-ci il tarixində Akt tərtib edilmişdir. İddiaçı tərəfindən ona qarşı hazırkı əsassız iddianın qaldırılması, habelə uzun müddət ona və onun iştirakı ilə ailə üzvlərinə qarşı ləyaqətsiz ifadələr işlətməsi, öz həyətində normal yaşamasına imkan verməməsi nəticəsində uzun müddət psixi sarsıntı və mənəvi iztirablar keçirmişdir. Bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Ona dəyən mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir. Bundan başqa hesab edir ki, məhkəmədə əsassız iddia qaldırılması ilə bağlı vaxtın itirilməsi ilə bağlı onun xeyrinə 5.000 manat, dövlətin xeyrinə isə 10.000 manat pul məbləği tutulmalıdır. Bundan başqa ödədiyi 30 manat dövlət rüsumu və vəkilə ödədiyi 100 manat hüquqi xidmət haqqı da İddiaçı tutulub ona ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X5 məhkəmə iclasında ilk iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (arvadı) X7 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

10. Belə ki, işdə materiallarında olan; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, Dəyirmandağ kəndində 6994,36 kv.m torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən ümumi sahəsi 80.2 kv.m olan fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə verilmiş 06 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - yerində müayinə protokolundan görünür ki, avtomobil yolunun açılması tələb edilən mübahisəli ərazi Gədəbəy rayonu, Dəyimandağ İƏD-nin Qurudərə kəndində yerləşir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus torpaq sahələri həmsərhəddir, hər birinin torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus fərdi yaşayış evlərinə işlək avtomobil yolları mövcuddur. Həmin avtomobil yollarından istifadəyə hər hansı maneələrin yaradılması müşahidə edilmir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı avtomobil yolunun açılmasını tələb etdiyi ərazi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh fərdi yaşayış evinin həyətinə düşür və həmin yerdən heç vaxt avtomobil yolu olmamışdır.

11. Məhkəmə ilk iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsini aşağıdakılar ilə əsaslandırır.

12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

16. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı Gədəbəy rayonu, Dəyirmandağ (Qurudərə) kəndində 6994,36 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.09 ha torpaq sahəsi, 0.05 ha torpaq sahəsi və ümumi sahəsi 80.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona ayrılmış torpaq sahəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən inşa edilmiş tikilinin sökülməsini, ona ayrılmış torpaq sahəsinə olan avtomobil yolunun cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən açılmasını və açılacaq avtomobil yoluna ediləcək müdaxilələrə son qoyulması tələb etmişdir.

17. Məhkəmə qeyd edir ki, Cavabdeh iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsi tərəfindən mütəxəssis cəlb edilmiş və11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi qeyd edilmişdir. Həmçinin yerində müayinə iclası zamanı İddiaçı ayrılmış torpaq sahəsinə (fərdi yaşayış evinə) işlək avtomobil yolunun olması, həmin yoldan İddiaçı istifadəsinə hər hansı maneənin olmaması və İddiaçı avtomobil yolunun açılmasını tələb etdiyi ərazinin Cavabdeh məxsus fərdi yaşayış evinin həyətindən keçməsi və həmin ərazidən heç vaxt yol olmaması müəyyən edilmişdir.

18. Göründüyü kimi, ilk iddia tələbi üzrə İddiaçı ayrılmış torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılması, avtomobil yolunun açılmasını tələb etdiyi ərazinin qanunla nəzərdə tutulmuş avtomobil yolu olması iş materialları ilə təsdiqini tapmır.

19. Məhkəmə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlməsini aşağıdakıları ilə əsaslandırır.

20. Qarşılıqlı iddia tələbinin mənəvi zərərə görə 10000 manat məbləğində pulun iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən) tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

22. Yuxarıda qeyd olunan hallar, yəni cavabdehin (qarşılıqlı iddia üzrə cavabdehin) fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların iddiaçının (qarşılıqlı iddia üzrə qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə bu hissədə qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi.

23. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin iş vaxtını itirməyə görə məbləğin tutulması hissəsi ilə bağlı qeyd edir ki, MPM-in 120-ci maddəsinə əsasən Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

24. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Hazır ki ilk iddianın iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) tərəfindən vicdansızcasına verilmiş iddia hesab edilməsinə əsas verən hallar yoxdur, eləcə də, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) tərəfindən maneçilik törədilməsi məhkəmədə müəyyən edilmir. İddiaçı qanunvericiliyin ona vermiş olduğu hüquqlardan istifadə etməklə məhkəmədə iddia qaldırmışdır. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi iş vaxtını itirməyə görə məbləğin tutulması hissəsində də təmin edilməməlidir.

26. İş materiallarından görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 manat dövlət rüsumu, cavabdeh (qarşıqlılı iddia tələbi üzrə cavabdeh) məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etdiyi zaman 100 manat məbləğində vəkilə ximdət haqqı və 30 manat dövlət rüsumu ödənilmişdir.

27. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissəyə münasibətdə qismən təmin edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş vəkil xidmət haqqı və dövlət rüsumu X1 alınaraq Cavabdeh verilməlidir. iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ödənilmiş dövlət rüsumu isə ona aid edilməlidir.

V. Nəticə:

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub,

qət etdi:

İddiaçı X2 Cavabdeh qarşı “qeyri-qanuni tikilinin cavabdehin hesabına sökülməsi, avtomobil yolunun açılması və açılacaq yola cavabdeh tərəfindən müdaxilələrə son qoyulması” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X3 aid edilsin. Cavabdeh iddiaçı X3 qarşı “mənəvi zərərə və digər xərclərə görə pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat vəkil xidmət haqqının və 30 manat dövlət rüsumunun əvəzi X1 alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar