Məhkəmə qərarları › İş №2(042)-30/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-30/2021

12.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-30/2021 12.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əşrəf qızınun iştirakları ilə İddiaçı Cavabdeh Əşrəf qızına qarşı avtomobil yolunun açılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əşrəf qızına qarşı ona məxsus Gədəbəy rayonunun Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yolunun Cavabdeh Əşrəf qızı tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonunun Poladlı kəndində özünə məxsus fərdi yaşayış evi və Gədəbəy rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 saylı qərarı əsasında 0,53 ha həyətyanı torpaq sahəsi var. Onun fərdi yaşayış evinə gedən avtomaşın yolu cavabdehin həyətyanı torpaq sahəsindən keçir. Onun evinə gedən avtomaşın yolu cavabdehin həyətinə gələn yolla eynidir. Evinə gedən avtomaşın yolunu Cavabdeh Əşrəf qızı metal setka ilə darvaza qoyaraq bağlamışdır. O, evinə gedən avtomaşın yolunun açılması ilə bağlı Gədəbəy rayonunun Poladlı kənd İƏD-Üzrə nümayəndəliyinə, Qaraməmmədli Bələdiyyəsinə müraciətlər etmiş, lakin onlar heç bir köməklik göstərilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Əşrəf qızı iddia tələblərinə etiraz etmiş izahat verərək bildirmişdir ki, o, iddiaçının fərdi yaşayış evinə gedən avtomobil yolunu tutmamışdır. İddiaçının qeyd etdiyi avtomobil yolu onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yoldan iddiaçının istifadəsinə heç bir maneə yaratmır. O, həmin darvazanı ona görə qoymuşdur ki, qonuşunun toyuq-cücəsi və mal-qarası ona məxsus əkin sahəsinə ziyan vurmasın. İddiaçı əgər həmin yoldan istifadə etmək istəyərsə darvazanı açıb istifadə edə bilər. Ona görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarına əsasən X1 onun ailə üzvlərinə 0.53 ha torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis baxışının nəticələrinə dair tərtib edilmiş Rəydən görünür ki, mübahisələndirilən ərazidə çöl ölçmə işləri aparılmış, lakin kameral şəraitdə dəqiqləşdirmə aparılarkən torpaq sahəsinin naturadakı vəziyyəti ilə təqdim edilmiş, hüquqmüəyyənedici sənədin koordinantları arasında uyğunsuzluqlar aşkar olunduğuna görə qərardadda qoyulmuş suallar cavablandırmaq mümkün olmamışdır. İş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yolun üzərində cavabdeh tərəfindən bağlama cəftəsi və qıfıl olmayan darvaza qoyulmuşdur. Yol cavabdehə məxsus həyətyanı sahə ilə cavabdehə məxsus yaşayış evinin qapısından 3.5 m məsafədə keçərək iddiaçının həyətinə doğru gedir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, iş üzrə təyin edilmiş mütəxəssis baxışının nəticələrinə dair tərtib edilmiş Rəylə müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə çöl ölçmə işləri aparılmış, lakin kameral şəraitdə dəqiqləşdirmə aparılarkən torpaq sahəsinin naturadakı vəziyyəti ilə təqdim edilmiş, hüquqmüəyyənedici sənədin koordinantları arasında uyğunsuzluqlar aşkar olunduğuna görə qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. İş üzrə yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yolun üzərində cavabdeh tərəfindən bağlama cəftəsi və qıfılı olmayan darvaza qoyulmuşdur. Yol cavabdehə məxsus həyətyanı sahə ilə cavabdehə məxsus yaşayış evinin qapısından 3.5 m məsafədə keçərək iddiaçının həyətinə doğru gedir. Yəni, iddiaçının qeyd etdiyi avtomobil yolu cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir. Həmin yoldan iddiaçının istifadəsinə heç bir maneə yaradılmır. Cavabdeh həmin darvazanı qonuşunun toyuq-cücəsi və mal-qarası ona məxsus əkin sahəsinə ziyan vurmaması üçün qoymuşdur. Yəni, iddiaçı həmin darvazanı açıb-bağlamaqla yoldan istifadə edə bilər. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar