Məhkəmə qərarları › İş №2(042)-30/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-30/2023

10.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-30/2023 10.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qazıntı və tikinti işlərinin aparılmasına qadağa qoyulması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonun Slavyanka kəndində yerləşən onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz qazıntı və tikinti işləri aparmasına qadağa qoyulması barədə qətnamə çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 2021-ci ildə onun mülkiyyətində olan yaşayış evinin arxa hissəsində torpaq sahəsini özbaşına qazaraq orada tikinti işləri aparmışdır. O, dəfələrlə cavabdehə məxsus torpaq sahəsindən çıxması və qazıntı və tikinti işləri dayandırması barədə xəbərdarlıq etmiş, lakin cavabdeh onun mülkiyyət hüququnu pozaraq qanunsuz hərəkətləri davam etdirmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahəsi ona məxsusdur. O, öz torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaxşılaşdırma işləri aparır. Verilmiş mütəxəssis rəyi ilə razı deyil. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, İddiaçı Gədəbəy rayonun Slavyanka kəndində 0.22 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan Mütəxəssis rəyindən görünür ki, İddiaçı evinin arxa hissəsində ona məxsus olduğunu iddia etdiyi və Cavabdeh sellik kimi istifadə etdiyi və daş hasar inşa etdirdiyi 0.0125 ha torpaq sahəsinin 0.0036 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən verilmiş **********65-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbinə etiraz etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı evinin arxa hissəsində ona məxsus olduğunu iddia etdiyi və Cavabdeh sellik kimi istifadə etdiyi və daş hasar inşa etdirdiyi 0.0125 ha torpaq sahəsinin 0.0036 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən verilmiş **********65-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. Yəni, İddiaçı məxsus torpaq sahəsinin 0.0036 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin zəbt etdiyi 0.0036 ha hissəsində qazıntı və tikinti işləri aparması qadağan edilməlidir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödənilmiş, eləcə də rəy verilməsi üçün 95 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin zəbt etdiyi 0.0036 ha hissəsində qazıntı və tikinti işləri aparması qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və rəy verilməsi üçün ödənilmiş 95 manat xərcin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar