Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-307/2023 14.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X3 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh Gədəbəy Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.1-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Beləliklə, X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi üzrə cavabdeh Rzayev X2 Rayon Məhkəməsinin əməkdaşıdır. Belə olan halda qəbul ediləcək yekun məhkəmə aktının ədalətliliyi şübhə altına ala bilər. Ona görə də iddiaçı X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi digər məhkəmədə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Gədəbəy Rayon Məhkəməsinin sədri Marif Kazımovun növbəti əmək məzuniyyətində olmasını və hazırda məhkəmənin təktərkibli məhkəmə kimi fəaliyyət göstərdiyini nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 22, 23; 263-264 və 267-268-ci maddələrinin rəhbər tuttaraq, Q Ə R A R A A L D İ : İddiaçı X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi digər məhkəmədə baxılmağa verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-307/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-307/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver