Məhkəmə qərarları › İş №2(042)-318/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-318/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-318/2025 12.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən eti: İddiaçı Cavabdeh qarşı Cavabdehq oğlundan ona məxsus “X1” markalı **-LF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurduğu maddi ziyana görə 480 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 50 manat vəkil xərcinin əvəzinin alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ona məxsus olan “X2” markalı **-LF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “BC”‘ kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobilə mülkiyyət hüququ ona məxsus olmasa da, nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə ilə həmin avtomobil faktiki olaraq onun sahibliyində və istifadəsindədir.15 dekabr 2024-cü il tarixdə təxminən saat 13 radələrində Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində hərəkətdə olarkən dönmə əməliyyatını yerinə yetirən zaman arxadan gələn, Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq, ona məxsus avtomobilin arxa sol qapısını və arxa buferin sol tərəfini vurmuşdur. Hadisə yerinə Gədəbəy rRPŞ-nin əməkdaşlrı gəlmiş, baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılmış, hadisənin baş verməsində Cavabdeh təqsirli bilinmişdir. Ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə təyin edilmişdir. Eyni zamanda “VAZ-21063” markalı **-BJ-*** dövlət qeydiyyta nişanlı nəqliyyat vasitəsinin hadisə baş verən vaxt sığortası olmadığına görə ona dəymiş ziyanın sığorta orqanı tərəfindən ödənilməsi mümkün olmamişdir. Bundan sonra o, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona vurduğu ziyanı ödəməkdən boyun qaçırmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus olan "X1” markalı **-LF- ***5 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə cəmi, 480 manat maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Şəmkir Avrtoservis ATSC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, İddiaçı məxsus X1 markalı **-LF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumillikdə, 480 manat ziyan dəymişdir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsinin DYPB tərəfindən Cavabdehq oğlunun barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmiş, vəkilə hüquqi yardım üçün 50 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya 480 manat maddi ziyan vurulmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 480 manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan, cəmi, 80 manat alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 480 manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan 80 manat, cəmi, 560 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar