Məhkəmə qərarları › İş №2(042)-32/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-32/2024

08.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-32/2024 08.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********45-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsinin ətrafına daş hasar çəkməsinə Cavabdeh yaratdığı maneələrə son qoyulması və ödənilmiş dovlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak X3 yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən tərdi yaşayış evi və 0.0352 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq adına qeydiyyata alınmışdır. Torpaq sahəsinə faktiki sahibliyi də o, həyata keçirir və torpaq sahəsinin ətrafına daş hasar çəkmək istəyir. Bunun üçün torpaq sahəsinə tikinti materialları gətirmişdir. Lakin qonşu olan Cavabdeh ona öz torpaq sahəsinin ətrafına hasar çəkməyə imkan vermir. Hər dəfə iş görməyə başlayanda cavabdeh onu və ailə üzvlərimi söyüb təhqir edir, hücum edir, azyaşlı nəvələrinin üstünə gələrək, onları ölümlə hədələyir, daş-kəsək atıb xəsarət yetirir. Bu barədə Gədəbəy Rayon Polis Şöbəsinə də şikayət etmişlər. Şikayətlə əlaqədar araşdırma aparılmış və məsələ mulkı xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Cavabdeh ona mülkiyyətindən istifadə etməsinə və mülkiyyət hüquqlarını maneəsiz şəkildə həyata keçirməsinə imkan vermir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı qonşusudur. Torpaq sahəsi və ev onun atasına məxsusdur. Atası torpaq sahəsini və evi ona bağışlamışdır. İddiaçının torpaq sahəsinə olan sənədi saxtadır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində yerləşən evə İddiaçı mülkiyyət hüququ 23 yanvar 2014-cü il tarixdə qeydə alınmışdır. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03 saylı 2009-cu il tarixli Qərarı ilə X1 verilmiş 499.64 kvm həyətyanı torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə edilmir. İddiaçı inşa etdirmək istədiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən işə məhkəmədə baxılması və mütəxəssis rəyinin verilməsi üçün cəmi, 158 manat məhkəmə xərci çəkilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilsin. “İnsan hüquqları və X2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində hasar inşa etdirmək istəyir. Cavabdeh torpaq sahsəinin ona məxsus olduğunu, iddiaçının torpaq sahəsinə hüququnun olmadığını, ona verilmiş sənədin saxta olduğunu bildirərək, hasarın tikilməsinə maneə yaradır. Məhkəmənin qənaətinə görə iddiaçının mülkiyyət hüququnun reyestrdəki qeydinin həqiqiliyi prezumpsiyası nəzərə alınmaqla iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdirmək istədiyi hasarın tikilməsinə edilən maneələrə qadağa qoyulmalı və iddiaçı tərəfindən çəkilmiş, cəmi, 158 manat məhkəmə xərci cavabdehdən alımaraq, iddaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa etdirmək istədiyi hasarın tikilməsinə Cavabdeh tərəfindən maneələr edilməsinə qadağa qoyulsun. İddiaçı tərəfindən çəkilmiş, cəmi, 158 manat məhkəmə xərci Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar