Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-33/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı və ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğluna və Cavabdeh3 qarşı “avtomaşın yoluna edilən maneələrin aradan qaldırılması, avtomaşın yolunun əvvəlki vəziyyətinə qaytarılması, yolun genişləndirilməsi və avtomaşın yolunun kənarına çəkilmiş tor setkanın götürülməsi” tələbinə dair iddiası və Cavabdeh1 İddiaçı qarşı “avtomaşın yolunun genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 5 metr enində ümumi istifadədə olan avtomaşın yoluna cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu və Cavabdeh3 tərəfindən hər hansı formada edilən manelərin aradan qaldırılması, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması, yolun genişləndirilməsi və həmin avtomaşın yolunun kənarına çəkilmiş tor setkanın götrülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(042)-464/2021 saylı qərardadı ilə, Cavabdeh1 vəkili X2 vəsatəti təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğluna və Cavabdeh3 qarşı “avtomaşın yoluna edilən maneələrin aradan qaldırılması, avtomaşın yolunun əvvəlki vəziyyətinə qaytarılması, yolun genişləndirilməsi və avtomaşın yolunun kənarına çəkilmiş tor setkanın götürülməsi” tələbinə dair 2(042)-464/2021 saylı mülki işin icraatına “avtomaşın yoluna edilən maneələrin aradan qaldırılması və avtomaşın yolunun kənarına çəkilmiş tor setkanın götürülməsi” tələbinə dair hissəsində xitam verilməsi qərar alınmışdır. Cavabdeh1 məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, fərdi yaşayış evinə gedən, avtomaşın yolu kimi nəzərdə tutulmuş, Gədəbəy rayonu Qoşabulaq Bələdiyyəsinin balansında olub, həmin kənd sakinlərinin ümumi istifadəsinə verilmiş kənd ara yolunun qarşılıqlı cavabdeh İddiaçı tərəfindən özbaşına tikdiyi daş hasarın sökülməsi ilə genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə İddiaçı (qarşılıqlı cavabdeh) məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onun Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır və özünə məxsus fərdi yaşayış evi vardır. Cavabdehlərlə yaxın qonşudur. Cavabdehlərlə onun torpaq sahələri arasında meşə istiqamətinə ümumi şəkildə avtomaşın yolu olmuşdur və hal-hazırda da mövcuddur. Lakin həmin avtomaşın yolunu cavabdehlər tərəfindən tor setka çəklərək 2 metr enində yol saxlamışlar. Buda həmin yoldan maşınların gediş-gəlişinə maneçilik törədir. Belə ki, kənd arası yolların ən azı eni 5 metrdən az olmamaq şərti ilə müəyyən edilmişdir. O, cavabdehlərə qarşı evinə gedən avtomaşın yolunun açılması və edilən maneələrin ardan qaldırılması tələbinə dair Gədəbəy rayon Məhkəməsinə 2018-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, həmin mülki işə Gədəbəy rayon Məhkəməsinin hakimi M.Kazımov tərəfindən xx.xx.2018-ci il tarixdə baxılaraq iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin hakimi A.Hüseynzadənin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə baxılaraq apellyasiya şikayəti təmin edilmişdir. Həmin qətnamədən o kasassiya şikayəti vermiş, həmin mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə xx.xx.2019-cu il tarixdə baxılaraq onun ilkin iddiası qüvvəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru S.Hüseynovun iştirakı ilə yerində həll edilməsi üçün cavabdehlərə bildirilsə də, cavabdehlər yolun genişləndirilməsi barədə heç bir tədbir görməmişlər. İcra məmuru bunu onunla əsaslandırmışdır ki, hakim tərəfindən çıxmış qətnamədə edilən maneələrin aradan götürülməsi qeyd edilmişdir. Lakin setkanın götrülməsi barədə məhkəmə qərarında hər hansı bir qeyd aparılmamışdır. Bu səbəbdən də qətnamənin icrası mümkün olmamışdır. Cavabdehlər onu və onun ailəsimi söyüb təhqir edirlər. Hal-hazırda o məcburiyyət qarşısında qalaraq məhkəmədə iddia qaldırmalı olmuşdur. Həmin avtomaşın yolunun foto şəkillərini iddia ərizəmə əlavə edir. Müraciət etdiyi orqanlar tərəfindən onu rəsmi cavablar verilmişdir ki, yol mübahisəsi ilə bağlı Gədəbəy rayon Məhkəməsinə müraciət etsin. Sözü gedən avtomaşın yolunun kəndin orto foto deyilən kartasında 5 metr yol nəzərdə tutulmuşdur və qeyd edilmişdir. Lakin cavabdehlər bunlara məhəl qoymadan öz çirkin əməllərindən əl çəkmək istəmir. Həmin yol barədə Qoşabulaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 24 saylı məktubunda qeyd edilir ki, mübahisəli avtomaşın yolunun əvvəllər eni 6-7 metr olmuş, lakin hal-hazırda cavabdehlər tərəfindən həmin yol kəsilərək 2 metr enində qalmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, İddiaçı həmkəndlisi və qonşusudur. İddiaçının iddia ərizəsində qeyd olunan halların heç biri reallığı əks etdirmir. Belə ki, Gədəbəy rayonu Qoşabulaq kəndinin mərkəzi kənd yolundan onun evinə doğru gələn ara yolu-döngə yolunda onun evindən əvvəl Lətif Məmmədov adlı qonşunun və İddiaçı evləri və həyətyanı torpaq sahələri yerləşir. Onun evindən sonra heç bir ev yoxdur, kənd sakinləri yaşamırlar. Yalnız onun evinin qarşısından keçən yolla kəndin kənarında yerləşən meşəyə gedilir və meşəyə də avtomaşın işləmir. Çünki, avtomaşın yolu mövcud deyildir. Yalnız piyada yolu kimi istifadə olunur və mal-qaranı həmin yolla meşəyə örüşə aparırlar. O, Əvəz Rüstəmovun yolunu bağlamamış və daraltmamışdır. Qüvvədə olan və preyudisial xarakter daşıyan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-1035/2019 saylı qətnaməsi ilə də müəyyən edilmişdir ki, hər iki həyətyanı torpaq sahələri arasındakı yol İddiaçı istifadə etdiyi həyətyanı torpaq sahəsindən tərəfdən bir hissəsi təxminən 1 metrə yaxın hündürlükdə daşla hörülərək hasar kimi, bir hissəsi isə məftil tor setka çəkilməklə, Cavabdeh1 istifadə etdiyi həyətyanı torpaq sahəsi tərəfdən isə ağac dirəklər basıdırılmaqla və məftil tor setka çəkilməklə ayrılmışdır. İddiaçı Cavabdeh1 yol ilə istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında sərhəd kimi çəkdiyi məftil tor setkanın sökülməsini tələb etmişdir. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən çəkilmiş məftil tor setkanın İddiaçı yoldan istifadəsinə hər hansı bir maneə yaratmadığı müəyyən edilmişdir. Belə ki, qeyd olunan yol əsasən mal-qara aparılması üçün istifadə olunmaqla, kifayət qədər enində olmaqla (ən dar hissəsi təxminən 3 metr en ətrafında olmaqla), həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün də yetrəlidir. Lakin, həmin yoldan nəqliyyat vasitəsi ilə istifadə etmək mümkün deyildir. Belə ki, həmin yolla meşə istiqamətinə getməklə, meşəyə çatdıqca yolun meşə ətrafı yolla birləşdiyi hissə sel suları nəticəsində dərin arxa çevrilmişdir ki, nəqliyyat vasitəsinin həmin yoldan meşə ətrafı yola keçməsi mümkünsüzdür. Nəqliyyat vasitəsinin meşə ətrafı yola keçməsi üçün arxın üzərindən keçidin (körpü) olması zəruridir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Cavabdeh1 tərəfindən çəkilmiş məftil tor seka əvvəllərdən mövcud olmuş yol tərəfə çəkilməməklə çəkilmişdir. Belə ki, bu fakt Cavabdeh1 istifadəsində olan həyətyanı torpaq sahəsi ilə yol arasında mövcud olmuş və qurumuş ağacların kəsilmiş vəziyyətdə olan kötükləri ilə də təsdiqlənmişdir. X8 və onun ailəsi mərkəzi kənd yoluna gedib-gələn ara yolundan avtomaşınla istifadə etmək imkanından onu məhrum etmişdir. Belə ki, mərkəzi kənd yolundan onun evinə istiqamətlənən ara yolu-döngə yolunun eni uzun müddətdir ki, 4,5 metr enində olmuşdur. İddiaçı 2016-cı ilin payızında həmin ara yolunun onun evinin qarşısından keçən hissəsinin onun həyətyanı torpağına tərəf olan hissəsinin yol kənarında bitmiş 1 illik yaşlan olan 8 ədəd Göyrüş, 3 ədəd Yemişan adlı ağacları özbaşına kəsərək, yolun eninin təxmin 3 metr hissəsini zəbt etməklə daş hasar çəkdirmişdir ki, nəticədə mərkəzi ara yolundan onun evinə gələn avtomaşın yolu kəsilmişdir. Eyni zamanda cavabdeh kəndin mərkəzi yolundan evinə doğru gələn ara yolun öz evinin qarşısında olan hissəsinə hüquqi əsası olmadan özünün istifadə etdiyi, traktoru, onun qoşqu avadanlıqları saxlamaqla həmin ara yolundan avtomaşınların onun evin gediş-gəlişini kəsmişdir (bu barədə Ali Məhkəmənin qərarı olsa da, İddiaçı yenə də həmin traktoru və qoşquları yoldan götürməyərək qərarı qərəzli şəkildə icra etmir İddiaçı Gədəbəy rayonu, Qoşabulaq Bələdiyyəsinin balansında olub, həmin kənd sakinlərinin ümumi istifadəsinə verilmiş kənd ara yolunun kənarında bitmiş uzun illik ağacları cavabdeh tərəfindən kəsilməsi ilə küçənin evinin qarşısından keçən hissəsini 3 metr enində zəbt edib özbaşına daş hasar inşa etdirərək yolu daraltmışdır. Ona görə də o fərdi yaşayış evinə gedən avtomaşın yolu kimi nəzərdə tutulmuş, Gədəbəy rayonu Qoşabulaq Bələdiyyəsinin balansında olub həmin kənd sakinlərinin ümumi istifadəsinə verilmiş kənd ara yolunun İddiaçı tərəfindən özbaşına tikdiyi daş hasarın sökülməsi ilə genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılmasını istəyir. Ona görə də, bu barədə qarşılıqlı iddia qaldırmalı olmuşdur. Odur ki, ilkin iddia tələbinin rədd edilməsin, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Fəzail oğluna və Cavabdeh3 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 105 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, İcra Hakimiyyət başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyində 07 nömrəli təsərrüfatbaşına kitabın 36-cı səhifəsində 498 nömrəli şəxsi hesaba əsasən, Gədəbəy RİH başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Hal-hazırda Totuqlu kəndində yaşayır. İşdə olan Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 08 may 2017-ci il tarixli, Q-23-052 nömrəli məktubun surətindən görünür ki, ona yol üzərində yaranan mübahisə ilə bağlı aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(042)-18/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbinin təmin edilməsi, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Fəzail oğlu tərəfindən tərəfindən açılsın və həmin yola çəkilmiş metal tor hasar cavabdehlər tərəfindən sökülərək edilən maneələr aradan qaldırılması və Cavabdeh1 İddiaçı qarşı “fərdi yaşayış evinə gedən kənd ara yolunun avtomaşınla gediş üçün açılması, özbaşına inşa edilmiş daş hasarın sökülməsi, yoldan istifadəyə mane olan traktorun və qoşquların yolda saxlanmasına qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-1035/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(042)-18/2018 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(042)-18/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 Fəzail oğluna qarşı “avtomaşın yolunun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 evinə tərəf gələn əsas kənd yolunu bağlaması (traktor və qoşqular saxlamaqla və ya digər vasitələrlə) qadağan edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(104)-5917/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-1035/2019 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Fəzail oğluna qarşı avtomaşın yolunun açılması və maneələrin aradan qaldırılması" barədə ilkin iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın qismən təmin edilməsi, İddiaçı torpaq sahələri arasından meşəyə gedən yoldan istifadəyə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Fəzail oğluna qadağan edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı həyətyanı torpaq sahəsi ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 həyətyanı torpaq sahəsi arasından keçən yol nəzərdə tutulmuşdur və həmin yolun eni kompleks yerquruluşu xəritəsində müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr təşkil edir. Həmin yolun 242.14 kv.m hissəsi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 tərəfindən istifadə olunduğu üçün daralmışdır. İşdə olan Azərbaycan Respublıkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 10/1951 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Tovuz LTİ-nin mütəxəssis rəyinə əsasən, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı həyətyanı torpaq sahəsi ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 həyətyanı torpaq sahəsi arasından keçən yol nəzərdə tutulmuşdur və həmin yolun eni kompleks yerquruluşu xəritəsində müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr təşkil etdiyi və həmin yolun 242.14 kv.m hissəsi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 tərəfindən istifadə olunduğu üçün daraldığı müəyyən olundu. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, mübahisəli ərazi Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşir. İddiaçı torpaq sahəsi ilə Cavabdeh1 torpaq sahələri həmsərhəddir və iki torpaq sahəsinin arasından mübahisəli avtomaşın yolu keçir. Yerində müayinə zamanı avtomaşın yolunun ekspert və mütəxəssis rəylərindən qeyd edilən və kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmuş müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr ölçüdə olmadığı müəyyən edilmişdir. Eləcə də, qarşılıqlı iddia üzrə genişləndirilməsi tələb edilən yolda hər hansı maneələrin olmadığı və həmin yolda hər hansı daralmanın olmaması aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən avtomaşın yolunun əvvəlki vəziyyətinə qaytarılması və genişləndirilməsi tələb edilən avtomaşın yolu cavabdehlər tərəfindən daraldılmalı həmçinin, qarşılıqlı iddia tələbi üzrə qarşılıqlı iddiaçı tərəfindən genişləndirilməsi tələb edilən avtomaşın yolunda İddiaçı tərəfindən daş hasar tikilərək yolu daraltmalı və bu hərəkətlər qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatları, mütəxəssis və ekspert rəyləri və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayırlar. Hər iki tərəfin istifadəsində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. İddiaçı öz evinə gedən avtomaşın yoluna ilkin iddia tələbi üzrə cavabdehlər tərəfindən avtomaşın yolunun cavabdehlər tərəfindən daraldılmasını iddia edir. Həmçinin, Cavabdeh1 məhkəmədə qarşılıqlı iddia qaldıraraq, kənd sakinlərinin ümumi istifadəsində olan yolun ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən daş hasar çəkilərək daraldıldığını iddia edir. İş materiallarında əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı həyətyanı torpaq sahəsi ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 həyətyanı torpaq sahəsi arasından keçən yol nəzərdə tutulmuşdur və həmin yolun eni kompleks yerquruluşu xəritəsində müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr təşkil edir. Həmin yolun 242.14 kv.m hissəsi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 tərəfindən istifadə olunduğu üçün daralmışdır. Həmçinin yerində müayinə iclası zamanı avtomaşın yolunun ekspert və mütəxəssis rəylərindən qeyd edilən və kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmuş müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr ölçüdə olmadığı müəyyən edilmişdir. Eləcə də, qarşılıqlı iddia üzrə genişləndirilməsi tələb edilən yolda hər hansı maneələrin olmadığı və həmin yolda hər hansı daralmanın olmaması aşkar edilmişdir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, ilkin iddia tələbi üzrə İddiaçı Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən ümumi istifadədə olan mübahisəli avtomaşın yolunun kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmuş müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr ölçüdə olmaqla genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə ilkin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən ümumi istifadədə olan mübahisəli avtomaşın yolunun ilkin iddia tələbi üzrə İddiaçı daş hasar tikilərək daraldılması işdə olan ekspert və mütəxəssis rəyləri, eləcə də, işdə olan sübutlarla müəyyən edilmir. Belə olan halda, məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən ümumi istifadədə olan ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu və Cavabdeh3 tərəfindən daraldılmış mübahisəli avtomaşın yolu kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmuş müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr ölçüdə olmaqla genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli və Cavabdeh1 İddiaçı qarşı “avtomaşın yolunun genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq müəyyən edilmiş 406 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənilmiş, eləcə də, ekspertiza tədqiqatının dəyəri olan 50 təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən və qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu, hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc və ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən ümumi istifadədə olan kompleks yerquruluşu xəritəsində nəzərdə tutulmuş, sonradan ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu və Cavabdeh3 tərəfindən daraldılmış mübahisəli avtomaşın yolu müxtəlif məsafələrdə 5.17, 8.79, 6.13, 4.75 metr ölçüdə olmaqla genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı “avtomaşın yolunun genişləndirilərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlundan və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilsin. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 406 manat məbləğində pul vəsaiti ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlundan və Cavabdeh3 müştərək qaydada alınıb ilkin iddia tələbi üzrə İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-33/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-33/2022
20.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver