Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-333/2022 02.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı cavabdeh tərəfindən ona məxsus su anbarından istifadəyə edilən maneələrin aradan qaldırılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Gədəbəy rayonu İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə “Hüseyn dərəsi” adlı yerdə yerləşən, Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsi ilə bərpası nəzərdə tutulmuş su anbarına bitişik olaraq tikdiyi və həmin anbardan sağ hissədə yerləşən, cavabdehlər tərəfindən üstü dağıdılıb açılmış su anbarının alt hissəsində qazılmış çalanın doldurularaq bulağın mənbəyindən gələn suyun həmin su anbarına yığılmasını və anbarın üstünün betonla bağlanmasını təmin etməklə anbarın cavabdehlərin hesabına bərpa edilməsi və həmin su anbarına su yığılmasına cavabdehlər tərəfindən yaradılan hər cür müdaxiləyə son qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, 2004-cü ildən etibarən Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidən həyətinə su çəkdirmişdir. Həmin ərazi eyni zamanda “Hüseyn dərəsi” adlanır. Su bulağının mənbəyində öz vəsaiti hesabına su anbarı tikmişdir. Həmin su anbarı üstüörtülü su anbarı idi. Sözügedən bulağın yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu üçün su anbarının tutduğu sahəni İnəkboğan bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən icarəyə götürmüşdür. Bu barədə İnəkboğan bələdiyyəsi ilə aralarında 10 noyabr 2005-ci il tarixli və 08 fevral 2011-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında bulağın yerləşdiyi sahə onun icarəsinə müddətsiz olaraq, verilmiş və o, hər il bələdiyyəyə icarə haqqı ödəyir. Su anbarı cavabdeh tərəfindən dağıdılmış, alt hissəsində çala qazılmışdır. Bundan sonra o, məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsi ilə Gədəbəy rayonu İnkboğan kəndi ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən edilən hər cür maneələrə son qoyulması və dağılmış su anbarının bərpa edilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı icra işləri həyata keçirildi. İcra məmurları qətnamənin icrası ilə əlaqədar həmin üstüörtülü su anbarına bulağın mənbəyindən gələn plastik su borusunu bərpa etsələr də, cavabdehlər həmin üstüörtülü su anbarından 4 metr aralıda bulağın mənbəyinə “Singe” markalı su mühərriki yerləşdirib bütün suyu çəkdiklərinə görə həmin üstüörtülü su anbarına su gəlməmişdir. Bundan sonra o, məcbur olub həmin su anbarının alt hissəsindən həmin su anbarına bitişik vəziyyətdə ikinci su anbarı tikdirmişdir. Hazırda ərazidə üç ədəd su anbarı var. Həmin anbarlardan birincisi Cavabdeh1 məxsusdur. Həmin anbardan sonrakı anbar üstüörtülü olan su anbarıdır ki, Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsi ilə həmin anbarın bərpa edilməsi qət edilmişdir. Üçüncü su anbarı isə məhkəmə qətnaməsi ilə bərpa edilməsi nəzərdə tutulan su anbarına bitişik olan və həmin anbarın sağ hissəində yerləşən, sonradan tikdiyim su anbarıdır. O, tikdirdiyi üçüncü su anbarının da üstünü betonlasa da cavabdehlər anbarın üstünü dağıtmışdır. Hazırda anbarın üstü açıqdır. O, üçüncü anbarı tikdikdən sonra su bərpa olundu və anbara su yığılmağa başladı. Lakin cavabdehlər həmin üstüaçıq su anbarının da alt hissəsini qanunsuz olaraq qazmağa başladılar və orada su çalası yaratdılar. Nəticədə yenə də onun ikinci dəfə tikdiyi su anbarının içərisinə su yığılmadı. Anbara gələn su isə dərəyə axmağa başlamışdır. O, cavabdehdən çalanın doldurlmasını və su anbarının bərpa edilməsini xahiş etsə də, bu mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, həqiqətən orada çala qazılmışdır. Lakin həmin çalanın nə zaman qazılmasını bilmir. Əvvəllər bələdiyyə sədri olmuş, həmin ərazi iddiaçıya icarəyə verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu İnəkboğan kəndi ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən edilən hər cür maneələrə son qoyulması və dağılmış su anbarının bərpa edilməsi qət edilmişdir. İş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan üstü açıq su anbarından çəkilmiş boruda suyun olub-olmaığını müəyyən etmək mümkün olmadı. Həmin su anbarından bir qədər aşağı hissədə qazıntı aparılmış və qazıntı yerindən su çıxır. Həmin su mənbəyindən boru çəkilməmişdir. Cavabdehlər kənd sakinlərinin həmin mənbədən suyu qablarla götürdüklərini bildirdilər. İddiaçı cavabdehlər tərəfindən həmin qazıntı ediləndən sonra istifadə etdiyi su mənbəyindən suyun həmin çalaya axdığını və nəticədə ona məxsus su anbarında suyun olmadığını bildirdi. İddiaçının istifadəsində olan su mənbəyinin yaxınlığında üstüqapaqlı daha bir su mənbəyi var. Qapağın qıfılı var. İddiaçı həmin su mənbəyini istifadə üçün İ qrup əlilliyi olan başqa bir kənd sakininə verdiyini bildirdi. İddiaçıya məxsus su mənbələrindən bir neçə metr aralıda Cavabdeh1 istifadə etdiyi üstü betonlanmış su mənbəyi var. Bundan sonra iddiaçıya məxsus həyətdə üstü bağlanmış su mənbəyinə borudan təmiz suyun gəldiyi müəyyən edildi. İddiaçı həmin suyun çay suyu olduğunu və bir müddətdən sonra kəsiləcəyini bildirsə də, su şəffavdır və müayinə edilən müddətdə axımı kəsilmədi.Həmin su mənbəyinə yığılna su nasosla su çəninə vurulur və çən su ilə doludur. İşdə olan müqavilədən görünür ki, İddiaçı ilə bağlanmış müqavilənin müddəti 5 il uzadılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 164.1-ci maddəsinə əsasən 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan üstü açıq su anbarından çəkilmiş boruda suyun olub-olmaığını müəyyən etmək mümkün deyil. Həmin su anbarından bir qədər aşağı hissədə qazıntı aparılmış və qazıntı yerindən su çıxır. Həmin su mənbəyindən boru çəkilməmişdir. Cavabdehlə kənd sakinlərinin həmin mənbədən suyu qablarla götürdüklərini bildirdilər. İddiaçı cavabdehlə tərəfindən həmin qazıntı ediləndən sonra istifadə etdiyi su mənbəyindən suyun həmin çalaya axdığını və nəticədə ona məxsus su anbarında suyun olmadığını bildirdi. Məhkəmənin qənaətinə görə uzun müddət iddiaçının istifadəsində olan suyun istifadəsinə maneələr aradan qaldırılmalıdır. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Gədəbəy rayonu İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə “Hüseyn dərəsi” adlı yerdə yerləşən, İddiaçı məxsus su anbarının alt hissəsində qazılmış çala doldurulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. Gədəbəy rayonu İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə “Hüseyn dərəsi” adlı yerdə yerləşən, İddiaçı məxsus su anbarının alt hissəsində qazılmış çala doldurulsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-333/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-333/2022
02.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver