Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-346/2025 10.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən X4 və anası X3 miras qalmış JN490D KOD 50526018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.18 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər cürə müdaxiləsinə son qoyulması və məhkəmənin hesabına ödədiyi 100 manatın cavabdehlərdən alınıb, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, O, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır.X4 və anası X6 mülkiyyətinə həmin kənddə 0.18 ha torpaq sahəsi verilmişdir. X4 xx.xx.2008-ci il tarixdə, anası X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər.Hər iki valideyni vəfat etdikdən sonra həmin evdə o, yaşamış, əmlakı miras kimi qəbul etmişdir. Notariat Kontoru tərəfindən sənədləri hazırlanaraq, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir ərazi idarəsinə göndərilmişdir.DƏDRX-nin əməkdaşları miras qalmış torpaq sahəsində ölçmə işləri aparan zaman Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən maneəçilik törədilmişdir. Bu səbəbdən DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarının pozmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndinə yerləşən iddiaçıya məxsus torpaq sahəsində obyektiv ölçmə işlərinin aparılmasına etiraz etmir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 eyniməzmunlu izahat vermişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN-490D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə X11 və X7 Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X5 surətindən görünür ki, X11 31 avqust 2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan X5 surətindən görünür ki, X9 10 fevral 2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan X2 görünür ki, atası X1 Gülxar Əli qızının anası, X9 anasıdır. İşdə olan Gədəbəy rayonu Notariat ofisi tərəfində verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki,İddiaçı, X11 və X6 qanun üzrə vərəsəsi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi İddiaçı valdeyinləri X11 və X7 məxsus olmuşdur. İddiaçının valideynləri vəfat etmiş və o, onlardan qalmış əmlakı miras kimi qəbul etmişdir. Onun həmin əmlaka olan hüqiuqlarının qeydiyyata alınması üçün ölçmə işləri aparılmalıdır. Ona görə də cavabdehlər tərəfindən iddiaçının vərəsəlik hüququ yaranmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən miras əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ölçmə işlərinə maneələr yaratmaları qadağan edilməlidir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat miqdarında dövıət rüsumu cavabdehlərə alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı vərəsəlik hüququ yaranmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən miras əmlakının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ölçmə işlərinə maneələr yaratmaları qadağan edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-346/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-346/2025
10.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver