Məhkəmə qərarları › İş №2(042)-347/2021

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-347/2021

21.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-347/2021 21.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reysterindən RX seriyalı ******* saylı Çıxarışa əsasən, ümumi birgə müllkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evindən və 0.25 ha torpaq sahəsindən istifadə etməsinə Cavabdeh yaratdığı maneələrə son qoyulması və gələcəkdə bu cür hərəkətlərin qarşısının alınması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X1, onun və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hazırda o, evdə tək yaşayır. X4 onun qızı olmaqla halhazırda ünvan 3 ünvanında yaşayır. X6 onun oğludur və 2019-cu ilin noyabr ayında vəfat etmişdir. Cavabdeh olan Cavabdeh onun baldızıdır və hal-hazırda qızı Pərvanə ilə birlikdə yaşayır. Cavabdeh onu öz evində yaşamağa imkan vermir. Dəfələrlə onu evdən çıxarmaq istəyir. Həmçinin, Cavabdeh ona həyətyanı torpaq sahəsini əkib-becərməyə imkan vermir. Hər il o, torpaq sahəsini əkmək istəyəndə cavabdeh dava-dalaş salaraq problem yaradır. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddia tələbi əsassız olduğundan iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında ərizə verərək, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X2 ifadə verərək bildirmişdir ki, Cavabdeh İddiaçı qızının yaşadığı evə gələrək onu rahat yaşamağa imkan vermir və ona təzyiqlər göstərir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X1, İddiaçı və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının, X1 və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Cavabdeh həmin evə və həyətyanı torpaq sahəsinə hər hansı bir mülkiyyət hüququnun olması müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evindən və 0.25 ha torpaq sahəsindən İddiaçı istifadə etməsinə yaradılan maneələrə son qoyulmalı və gələcəkdə bu cür hərəkətlərin qarşısı alınmalıdır. İddia ərizəsi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evindən və 0.25 ha torpaq sahəsindən İddiaçı istifadə etməsinə yaradılan maneələrə son qoyulmalı və gələcəkdə bu cür hərəkətlərin qarşısı alınsın. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar