Məhkəmə qərarları › İş №2(042)-358/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-358/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-358/2023 24.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya onun dəyəri tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ona məxsus 1 illik, yerli cins, ağ rəngli 8 baş dişi qoyun, 1 il 6 aylıq, yerli cins, ağ rəngli 1 baş dişi qoyun, 3 illik, yerli cins, ağ rəngli 5 baş dişi qoyun olmaqla, ümumillikdə 14 baş xırdabuynuzlu heyvanların, onlardan hansı birinin naturada qaytarılması mümkün olmadıqda dəyərinin Cavabdeh alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş izahat verərək bildirmişdir ki, o, ailəsini dolandırmaq üçün çoban işləyir. 2021-ci ilin iyul ayının 19-dan 2022-ci ilin avqust ayının 29-a qədər cavabdeh Gədəbəy rayonu, Əlinağılar kənd sakini Cavabdeh xırda və iribuynuzlu heyvanlarına çobanlıq edərək, Gədəbəy rayon ərazisində yaylaqda otarmışdır. Aralarında olan şıfahi razılaşmaya əsasən çobanlıq etdiyi müddətdə cavabdeh hər ay ona 450 manat əməkhaqqı verməli idi. 29 avqust 2022-ci il tarixdə cavabdehlə aralarında mübahisə yaranmış və o, işdən çıxmışdır. O, cavabdehdən çobanlıq etdiyi müddət üçün zəhməthaqqısını verilməsini xahiş etdikdə, cavabdeh zəhməthaqqısını aya 350 manat hesablamışdır. O, cavabdehə çobanlıq etməyə gedərəkən özünə məxsus birillik, yerli cins, ağ rəngli səkkiz baş dişi qoyun, bir il altı aylıq, yerli cins, ağ rəngli bir baş dişi qoyun, üçillik, yerli cins, ağ rəngli beş baş dişi qoyun olmaqla, cəmi, on dörd baş xırdabuynuzlu heyvanları da aparmışdır. Cavabdehlə aralarında yaranmış narazılığa işdən çıxarkən, ona məxsus heyvanlar cavabdehin heyvanları ilə qalmışdır. O, heyvanlarını cavabdehdən tələb etsə də, cavabdeh heyvanları qaytarmaqdan imtina etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə aralarında onun heyanlarına çobanlıq edəcəyi ilə əlaqədar şifahi razılama olmuşdur. İddiaçı özünə məxsus xırdabuynuzlu heyvanları onun heyvanları ilə birlikdə otarmışdır. Lakin daha sonra aralarında narazılıq yaranmış,iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, işdən çıxmışdır. İddiaçının aylıq əməkhaqqını yemək və digər xərcləri çıxdıqdan sonra hesablayaraq, ona vermişdir. İddiaçı işdən çıxarkən, heyvanları onun heyvanlarının arasında qalmışdır. O, bir neçə də iddiaçıdan tələb etmişdir ki, heyvanlarını aparsın, lakin o, heyvanlarını aparmadığı üçün, özü maşın tutaraq, 13 baş heyvanı iddiaçıya göndərmişdir. Bir baş heyvanı isə iddiaçı özü qurbanlıq olaraq, kəsmişdir.Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, Cavabdeh tanıyır. İddiaçı cavabdehin yanında 2021-ci ildən çoban işləmişdir. Sonradan onların aralarında narazılıqlar baş vermiş və iddiaçı çobanlıqdan çıxmışdır. İddiaçının 13 baş xırdabuynuzlu heyvanlarını o, özü apararaq, iddiaçıya təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 eyniməzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahid ifadələrinicvə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka(əşyaya) öz isədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərrəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin əsası kimi istinad eydiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddia tələbinə etirazının əsasları kimi istinad etdiyi halları isə şahidlər təsdiq etmişlər. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar