Məhkəmə qərarları › İş №2(042)-365/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-365/2021

20.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-365/2021 20.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, tərəflər İddiaçı, Cavabdeh, onun nümayəndələri X3 və Vəkil iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən su hovuzuna edilmiş maneələrin aradan qaldırılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Qurudərə kəndində yaşadığım evin yaxınlığında yerləşən, ümumi istifadədə olan su bulağının mənbəyində Cavabdeh tərəfindən tikilmiş hovuzun (baseynin) onun hesabına sökülərək bulaqdan istifadə etməyinə edilən maneələrin Cavabdeh tərəfindən aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı ilkin iddia tələbinin təmin edilməməsi, ona dəymiş mənəvi ziyana görə 10000 manat, məhkəmə prosesində sərf olunan vaxtın itirilməsinə görə 5000 manat, vəkil xidmətlərinə görə 100 manat, cəmi, 15130 manat İddiaçı alınaraq, ona verilməsi və məhkəmə prosesində sərf olunan iş vaxtının itirilməsinə görə 10000 manat pulun İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə ona Gədəbəy rayonunun, Dəyirmandağ kəndində 6994.36 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə X8 kitabında uçota alınmış A № 124413 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsində onun sahəsi fərdi yaşayış evi vardır. Yaşadığı evdən təxminən 300 metr aşağıda, dərənin dibində ümumi istifadədə olan bulaq yerləşir. Hər kəs həmin bulaqdan istifadə edir. Lakin Cavabdeh həmin bulağın mənbəyində hovuz tikərək suyu öz qapısınıa çəkmiş, onun və digər kənd camaatını həmin bulaqdan istifadəsində məhdudiyyətlər yaratmışdır. Bu da onun hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh heç bir maddi və mənəvi ziyanın vurmamışdır. Həmçinin məhkəməyə əsaslı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin vaxtını almamışdır. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onun mən evinin yaxınlığında təqribən 350 m məsafədə yerləşən, yerlə axan və bu səbəbdən əvvəllər insanların istifadə etməsi üçün yarasız vəziyyətdə olan, yalnız mal-qaranın suvarılması üçün istifadə olunan bataqlıqlaşmış yeri abadlaşdırmış, orada toplanan suyu motorla evindəki su bakına vurmaq üçün kiçik bir su hovuz inşa etmiş, qalan suyun axması və sudan digər şəxslərin istifadə edə bilməsi üçün həmin hovuzdan boru qoydurmuşdur. Bundan başqa həmin bulaq sərt enişli dərədə yerləşdiyi üçün İddiaçı həmin bulaqdan deyil, kəndin girişində olan "Qurban bulağı” adlı bulaqdan istifadə edir. İddiaçı ona sudan istifadə ilə bağlı hər hansı maneə yaratmağı ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin ilkin iddia ərizəsi üzrə iddiaçı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək ona maddi və mənəvi ziyan vurmuş, onun vaxtını almışdır. O, İ Qarabağ müharibəsinin iştirakçısı və İ qrup müharibə əlilidir. O, 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında gedən döyüşlərdə başından güllə yarası alaraq ağır yaralanmış və hazırda İ qrup müharibə əlilidir. Müharibədə başından aldığı xəsarətin fəsadı kimi 3 il 7 ay bundan əvvəl beyin insultu keçirmişdir. Həkimlər ona səs-küydən uzaq, sakit bir yerdə yaşamağı dönə-dönə tövsiyyə etmişdir. O, Qurudərə kəndində İİ qrup əmək əlili olan həyat yoldaşı X4 ilə birlikdə yaşayır. O, xəstə həyat yoldaşı və yaşlı qaynanası ilə hər ilin yay-payız aylarında onun Gədəbəy rayonu. Qurudərə kəndində yerləşən ata-baba torpağında tikdiyi öz evlərində keçirirlər. Lakin qonşuluqda yaşayan X1 uzun müddətdir ki, münaqişələr yaradaraq onları rahat yaşamağa və təsərrüfatla məşğul olmağa imkan vermir. Onun böhtan və iftiralarından ona və ailə üzvlərinə maddi və mənəvi zərər dəymişdir. Həmçinin bundan sonra hüquqi yardım üçün vəkilə müraciət etmiş, onunla müqavilə bağlamışdır. Bundan başqa İddiaçı məhkəməyə əsassız iddia ərizəsi ilə müraciət edərək, dövlətin vaxtını xərcləyir. Ona görə də ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndələri Vəkil və X4 eyniməzmunlu izahatlar verərək, ilkin iddia tələbinin təmin edilmməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş bulağın kənarında cavabdeh tərəfindən şəxsi istifadə üçün hovuz inşa edilmişdir və su nasosu ilə su götürülür. Bununla belə bulaqda digər şəxslərin də istifadə etməsi üçün kifayət qədər su toplanır və cavabdeh tərəfindən sudan istifadə edilməsi üçün hər hansı maneə yaradılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi 03 noyabr 2008-ci il tarixli Plenumunun Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının,habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Beləliklə, məhkəmə ilkin iddia tələbinə qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş bulağın kənarında cavabdeh tərəfindən şəxsi istifadə üçün hovuz inşa edilmişdir və su nasosu ilə su götürülür. Bununla belə bulaqda digər şəxslərin də istifadə etməsi üçün kifayət qədər su toplanır və cavabdeh tərəfindən sudan istifadə edilməsi üçün hər hansı maneə yaradılması müəyyən edilməmişdir. Yəni ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə tələblərə ayrı-ayrılıqda qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh mənəvi iztirablar yetirməsi halı sübut edilməmişdir. Məhkəmə həmçinin iddia tələbində göstərilmiş məhkəmə prosesində sərf olunan iş vaxtının itirilməsinə görə 10000 manat pulun İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən vicdansızcasına əsassız iddia verməsi və ya iddiaya qarşı mübahisə etməsi, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi və ya iş vaxtının itirilməsi halı da müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi də təmin edilməmiş, O, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat miqdarında dövlət rüsumunun 05 manat hissəsi X6 alınaraq, X5 verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar