Məhkəmə qərarları › İş №2(042)-370/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-370/2021

20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-370/2021 20.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2013-cü il tarixdə doğulmuş oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(042)-488/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində bir uşaq üçün 200 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2012-ci ilin sentyabr ayında qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadığımız dövrdə onların xx.xx.2013-cü il təvəllüdlü X3 adında bir övladları dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Ayrıldıqdan sonra o uşağın atalığının müəyyən edilməsi və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə uşağının atalığı müəyyən edilmiş və aliment təyin edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(042)- 488/2017 saylı qətnaməsinə əsasən, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X1 atasının Cavabdeh olması faktı müəyyən edilmiş, xx xxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxxxx 2013-cü il doğum tarixli Tünarın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda o həmin məbləğlə uşağına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və maddi imkanı çox aşağıdır. 100 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun qiyda, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. Cavabdeh ona heç bir əlavə yardım göstərmir. Uşağı xəstədir, damarında qan yığılması və özündən getmə var. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh onda olan məlumata görə Ağstafa rayonunda meşə mühafizəçisi vəzifəsində işləyir. Bundan başqa cavabdeh hər ay təxminən 300 manatdan çox pensiya alır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə İddiaçı iddia ərizəsinə dair etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı “alimentin miqdarının artırlması” tələbinə dair iddia ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(042)-488/2017 saylı qətnaməsi ilə ondan tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia ərizə ilə tanış olmuşdur və iddia tələbini qəbul etmir. iddiaçı guya onun 300 manatdan artıq pensiya almasını qeyd etmişdir. Bu bir yalan və iftiradır. O, 3-cü qrup əlilliyə görə qismən əməyə qadir olmadığı üçün 110 manat məbləğində sosial müavinət alır. Bundan başqa o meşə mühafizəçisi vəzifəsində deyil "xxxx" MMC-də V dərəcəli xətti fəhlə işləməklə 343 manat maaş alır. İddiaçı iddia tələbinin təmin olunması üçün bir çox yalan və böhtanlara əl atmış hətta məhkəməni belə aldatmağa çalışmışdır. Bundan başqa o artıq yenidən ailə qurmuşdur və X6 adlı şəxslə birgə rəsmi nikahlarından X4 adlı bir övladları dünyaya gəlmişdir. Hazırda başqa bir şəxsdən, heç bir yerdən ailəyə qazanc daxil olmur. Onun iddiaçının tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. O əgər iddiaçının tələb etdiyi aliment təmin edilərsə yedindən qurduğu ailənin dağılmaq təhlükəsi yaranacaqdır. Ona görə də qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 70 saylı arayışdan görünür ki, İddiaçı Böyük Qaramurad kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan AZ-İİİ № 178687 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(042)-488/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2 atasının Cavabdeh olması faktı müəyyən edilməsi və xx xxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxxxx 2013-cü il doğum tarixli Tunarın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı RƏF Ağstafa rayon Qəbul şöbəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Ağstafa rayonu, Köçvəlli kəndində qeydiyyatda olan Cavabdeh 3-cü qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət alır. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xxxx” MMC-də V dərəcəli xətti fəhlə işləyir, aylıq əmək haqqı 343 manatdır. İşdə olan AZ-İ № 976896 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Cavabdeh nikahlarını xx xxxxx 2015-ci il tarixdə Ağstafa rayonu Köçvəlili kənd İƏD üzrə nümayəndəlikdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şəmsiyev, arvada Şəmsiyeva soyadı verilmişdir. İşdə olan AZ-İİİ № 666986 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X7 qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2012 ildə qeyri-rəsmi olaraq evlənmişlər. Aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların bir uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(042)-488/2017 saylı qətnaməsinə əsasən, İddiaçı xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X2 atasının Cavabdeh olması faktı müəyyən edilməsi və xx xxxxx 2017-ci il tarixdən başlayaraq, xx xxxxxx 2013-cü il doğum tarixli Tunarın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 100 manat alimentin artırılaraq 160 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(042)-488/2017 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 100 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 160 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar