Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-382/2023 03.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, 19 mart 2011-ci il təvəllüdlü X6,04 iyun 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 220 manat olmaqla 660 manat miqdarında alimentin, mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 18 noyabr 2010-cu il tarixdə nikah bağlamışdır. Ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə X11, xx.xx.2014-cü il tarixdə X12 və xx.xx.2018-ci il tarixdə X13 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat miqdarında müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment azyaşlı uşaqların saxlanılma xərclərini ödəmir. Cavabdehin mülkiyyətində Hidromek traktoru və Kamaz 65115 markalı nəqliyyat vasitələri var. O, kifayət qədər yüksək qazanc əldə edir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, iddiaçı ilə nikahı pozulduqdan sonra yeni ailə qurmuşdur. Yeni ailədə 19 mart 2021-ci tarixdə Ümid adlı övladı doğulmuşdur. Onun traktoru yoxdur. Lakin fəhlə kimi ekskavatorda işıləyir və iş olursa, ayda təxminən 700 manata qazanc əldə edir. Qazancları daimi deyil və sifarişin olub-olmamasından asılıdır. O, həm iddiaçı ilə nikah münasibətlərindən doğulmuş üç uşağı, həm də yeni ailədə doğulmuş uşağı saxlayır. İddiaçıya hazırkı alimenti də ödəməkdə çətinlik çəkir. Bundan başqa, onun Bakı şəhərində yerləşən evindən iddiaçı istifadə edir. O, evi ayda 340 manata kirayə vermişdir. Özü isə atasının evində yaşayır. Yəni, iddiaçının maddi vəziyyəti, onun maddi vəziyyətindən yaxşıdır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X13 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsindən görünür ki, təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 mart 2011-ci il təvəllüdlü X6,04 iyun 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, 480 manat miqdarında müəyyən edilmişdir. İşdə olan X4 sürətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2021-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamışlar. İşdə olan X5 sürətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2021-ci il tarixdə X14 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşlarına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşaqların zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 18 noyabr 2010-cu il tarixdə ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə X11, xx.xx.2014-cü il tarixdə X12 və xx.xx.2018-ci il tarixdə X13 doğulmuşlar . Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə həm iddiaçının, həm də cavabdehin himayəsində olan azyaşlı uşaqların saxlanılması xərclərinin artmasını və bununla əlaqədar iddiaçı ilə bərabər, cavabdehin də maddi vəziyyətinin dəyişməsini, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X6,xx.xx.2014-cü iltəvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün təyin edilmiş, hər ay hər uşaq üçün 160 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşaq üçün 170 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X6,xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)- 401/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi, 510 manat miqdarında müəyyən edilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-382/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-382/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver