Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-385/2024 17.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2n qarşı ona vurulmuş maddi ziyana görə 470 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizsəi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Mülkiyyətində sahəsi 160.4 kv.m olan fərdi yaşayış evi və onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində 0.2874 ha həyətyanı torpaq sahəsi vardır. Cavabdeh1 onun qonşusudur. Cavabdeh uzun müddətdir ki, ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. O bununla bağlı Gədəbəy Rayon Məhkəməsində cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən torpaq sahəsinin 0.0322 hektaradək hissəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası ilə bağlı Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən 24 noyabr 2023-cü il tarixdə Cavabdeh1 ona məxsus torpaq sahəsindən çıxarılmışdır. Bundan sonra o, torpaq sahəsinin ətrafına metal tor hasar çəkmişdir. Lakin bundan sonra cavabdeh və onun oğlu Cavabdeh2 onlara məxsus torpaq sahəsinin sərhədlərinə çəkilmiş 5 top metal toru və 20 ədəd armaturu sökərək aparmış və qətnamənin icrasını əhəmiyyətsiz etməklə yenidən torpaq sahəsini zəbt etmiş və qanunsuz hərəkətləri ilə yenidən onun mülkiyyət hüquqlarını pozmuşlar.O qətnamənin yenidən icrası üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun 27.11,2023-cü il tarixli qərarından şikayət vermiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi haqqında qərar çıxarılmışdır. O, həmçinin cavabdehlərin torpaq sahəsinin ətrafına çəkdirdiyi 5 top metal toru və 20 ədəd armaturu söküb aparmaları ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış, iş mülki xarakter daşıdığına və cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdehlər torpaq sahəsinin ətrafına çəkdirdiyi 5 top metal toru və 20 ədəd armaturu sökərək aparmaqla ona 470 manat məbləğində maddi ziyan vurmuşlar. Belə ki, o, 5 top metal toru və 20 ədəd armaturu 470 manata almışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyiyerdə olan iki top metal toru və 10 ədəd armaturu o, sökmüşdür. Çünki iddiaçının həmin yerdə torpağı yoxdur. O, uzun müddət istifadəsində olan torpağı iddiaçıya verməyəcəkdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, o, məhkəməyə gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki,iddiaçı və cavabdeh onun qohumlarıdır. Mübahisəli olan torpaq sahəsi bələdiyyənin olmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(042)- 430/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən torpaq sahəsinin 0.0322 hektaradək hissəsindən çıxarılması qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 8(042)- 218/2023 saylı qərardaddan görünür ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli Qayimə Fakturasından görünür ki, 5 top metal torun qiyməti 150 manat, 20 ədəd armaturun qiyməti 320 manat olmaqla, cəmi. 470 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı və Cavabdeh1 izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. və 14.2.6-cı maddlərinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehlər İddiaçı məxsus iki top metal toru və 10 ədəd armaturu sökərək, ona,cəmi,220 manat miqdarında ziyan vurmuşlar. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 220 manat və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 220 manat maddi ziyan və 15 manat məhkəmə xərci, yəni, cəmi, 235 manat alınaraq,İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-385/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-385/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver