Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-390/2021 11.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini konkret və aydın göstərməmiş, iddia ərizəsinə öz tələbini əsaslandırdığı halları təsdiq edən sənədlər əlavə etməmişdir. Eləcədə iddia ərizə imzalamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.0-cı maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; 150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; 150.0.6. onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni; 150.0.7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-390/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-390/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver