Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-396/2024 04.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz əməllərinə son qoyulması və istifadəsində olan torpaq sahəsinə edilən hər cür maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonun, Düzrəsullu kəndində yerləşən və onun sahibliyində olan 0.17 ha həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş, Cavabdeh tərəfindən sökülmüş tor setkanın və dəmir boruların qaytarılması, həmin torpaq sahəsində əkin və səpin işləri üçün istifadə edilən texnikanın hərəkətinə(giriş və çıxışına), eləcə də həmin torpaq sahəsindən onun sərbəst şəkildə istifadəsinə edəcək maneələrə son qoyulması və belə hərəkətlərinə son qoyulması tələblərinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki,onun mərhum atası X2 Gədəbəy rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 N-li qərarı əsasında Gədəbəy rayonu, Düzrəsullu kəndində 4396.94 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Mərhum atası özünə məxsus olan həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsini notarat kontorunda vəsiyyətnamə əsasında ona vəsiyyət etmiş və qalan vərəsələri vərəsəlik hüququndan mərhum etmişlər. Atası xx.xx.2021-ci il tarixdə ölmüşdür. Atası ölməmişdən öncə həmin torpaq sahəsinin ətrafını o, metal torla çəpərləmiş və həmin torpaq sahəsinə 50 ədəd müxtəlif cinisli meyvə ağacları əkmişdir. Atası vəfat edikdən sonra cavabdeh,yəni, qardaşı Cavabdeh ona verilmiş torpaq sahəsinin ətrafına çəkmiş olduğu toru və 50 ədəd dəmir borunu çıxarıb aparmışdır. Bir sözlə cavabdeh onu həmin torpaq sahəsinə buraxmamışdır. O, bu barədə Düzrəsullu Kənd İƏD-dairəsi üzrə Nümayəndəliyə və eləcə də X6 rəsmi müraciətlər etsə də, bir müsbət nəticə əldə olunmamışdır. O məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, həm atasından miras qalmış evdən və həyətyanı torpaq sahəsindən məcburi pay tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin tərəfindən xx.xx.2021-ci il tarixdə mülki işə baxılaraq iddiası təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Ali Məhkəmənin xx.xx.2023-cit il tarixli qərarları ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin bunlara baxmayaraq, cavabdeh torpaq sahəsinə onu buraxmaq istəmir. O, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin qanunsuz əməllərinə son qoyulması, ona məxsus olan 0,17 ha həyətyanı torpaq sahəsinin ətrafına çəkilmiş torun bərpa edilməsi, həmin torpaq sahəsinə əkin və səpin üçün istifadə edilən texnikanın giriş və çıxışına ediləcək manelərə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonun, Düzrəsullu kəndində yerləşən 0.4396 ha həyətyanı torpaq sahəsinin tərkibində olan 0,173282 hissəsi və torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin 1/6 hissəsinə İddiaçı, torpaq sahəsi və evin digər hissələrinə Cavabdeh, X4, X3, X5 və X1 paylı mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən 0,4396 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsinin nüzərində yerləşən evə iddiaçı, cavabdeh və digər şəxslərin paylı mülkiyyət hüquqları qeydə alınmış, lakin paylar ayrılmamışdır. Yəni, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edib etmədiyini müəyyən etmək mümkün deyildir. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-396/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-396/2024
04.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver