Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-401/2021 26.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 19.05.2011-ci il tarixdə doğulmuş X4, 04.06.2014-cü il tarixdə doğulmuş X5 və 11.01.2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)-561/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçüm 150 manat, cəmi, 450 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi, 600 manat məbləğində müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər 2010-cu il tarixdə nikah bağlayaraq, ailə qurmuşlar. Birgə ailə münasibətlərindən 19.05.2011-ci il tarixdə X8, 04.06.2014-cü il tarixdə X9 və 11.01.2018-ci il tarixdə X10 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)- 561/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat miqdarında aliment təyin edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh azyaşlı uşağın saxlanılması üçün təyin edilmiş aliment uşaqların artan xərclərini ödəmir. Azyaşlı uşaqlardan ikisi orta məktəbdə oxuyur. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2020-ci il tarixdə iddiaçı ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat miqdarında aliment təyin edilmişdir. Aliment təyin edildikdən sonra onun maddi vəziyyətində yaxşılaşma müəyyən edilməmiş, əksinə pandemiya ilə əlaqədar maddi vəziyyəti pisləşmişdir. İddiaçı onun maddi vəziyyətinin yaxşılaşması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)-561/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsinə verilmiş, 19.05.2011-ci il tarixdə doğulmuş X4, 04.06.2014-cü il tarixdə doğulmuş X5 və 11.01.2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X2 surətindən görünür ki, tərəflərin birgə nikahlarından 19.05.2011-ci il tarixdə X8, 04.06.2014-cü il tarixdə X9 və 11.01.2018-ci il tarixdə X10 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2010-cu il tarixdə nikah bağlamışlar. Birgə nikah münasibətlərindən 19.05.2011-ci il tarixdə X8, 04.06.2014-cü il tarixdə X9 və 11.01.2018-ci il tarixdə X10 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)-561/2020 saylı qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat miqdarında aliment təyin edilmişdir. Lakin təyin edilmiş aliment azyaşlı uşaqların artan xərclərini ödəmir. Bununla belə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdehin yüksək qazanc əldə etməsini sübut etməmişdir. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların böyüdükcə xərclərinin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 19.05.2011-ci il tarixdə doğulmuş X4, 04.06.2014-cü il tarixdə doğulmuş X5 və 11.01.2018-ci il tarixdə doğulmuş X1 üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)-561/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi, 480 miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. 19.05.2011-ci il tarixdə doğulmuş X4, 04.06.2014-cü il tarixdə doğulmuş X5 və 11.01.2018-ci il tarixdə doğulmuş X1 üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(008)-561/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 150 manat, cəmi, 450 manat alimentin miqdarı artırilaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi, 480 miqdarında müəyyən edilsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-401/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-401/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver