Məhkəmə qərarları › İş №2(042)-403/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-403/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-403/2022 23.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 21500 ABŞ dolları əsas borcun, vəkilə ödənilmiş 1905 manat və dövlət rüsumu üçün ödənilmiş 200 manat olmaqla, cəmi 21500 ABŞ dollarının və 2105 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Alhammadi X2 vətəndaşıdır. İddiaçı 2019-cu ilin əvvəllərində Bakı şəhərinə gəldiyi zaman Azərbaycan Respublikası vətəndaşı Cavabdeh ilə tanış olmuş və qısa vaxt ərzində aralarında yoldaşlıq münasibəti yaranmışdır. İddiaçı Cavabdehla onun istifadə etdiyi ***-***-**-** nömrəsi ilə həm zənglər vasitəsi ilə həmdə WhatsApp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Cavabdeh iddiaçıya biznes fəaliyyəti ilə məşğul olmaq üçün ona pul lazım olduğunu bildirmişdir. 13 aprel 2019cu il tarixdə öz imzası ilə təsdiq etdiyi əlyazma vərəqdə olan qeyd əsasında Cavabdeh ilkin olaraq iddiaçıdan 5000 ABŞ dolları pul almış, daha sonra Cavabdeh iddiaçıdan 7500 ABŞ dolları almışdır. 05 oktyabr 2019-cu ilə qədər Cavabdehla cəmi 12500 ABŞ dolları pul ödəmişdir. 22 oktyabr 2019-cu ildə Cavabdeh Gürcüstandan mal alınması üçün 5500 ABŞ dolları istəmiş və iddiaçı Cavabdeh 5500 ABŞ dolları vermişdir. Nəticə etibarı ilə bu dövrə qədər verdiyi pulların ümumi məbləği 18000 ABŞ dolları etmişdir. Qarşılıqlı razılıq əsasında 01 noyabr 2019-cu il tarixdə Cavabdeh bir ildən sonra qaytarması şərti ilə iddiaçı ilə 18000 ABŞ dolları pul verdiyini təsdiq edən əlyazma sənəd yazmış və Cavabdeh bunu öz imzası ilə təsdiq etmişdir. Bundan bir müddət sonra Cavabdeh yenə pul lazım olduğunu bildirmiş və 02 iyul 2020-ci il tarixdə iddiaçı cavabdehə pul köçürmə xidməti vasitəsi ilə 3500 ABŞ dolları pul göndərmişdir. Həmçinin 29 aprel 2019-cu ildə Araz Nəsbov iddiaçıya 55 ABŞ dolları, 04 oktyabr 2019-cu ildə 400 ABŞ dolları, 07 oktyabr 2019-cu ildə isə 200 ABŞ dolları göndərmişdir. 13 iyun 2021-ci il tarixdə iddiaçının Cavabdeh ilə əlaqə kəsilmişdir. Hazırda Cavabdeh iddiaçının qaytarmalı olduğu məbləğ 21500 ABŞ dollarıdır və bu günə qədər iddiaçıya qaytarmamışdır. Ona görə də, 21500 ABŞ dolları əsas borc, vəkilə ödənilmiş 1905 manat və dövlət rüsumu üçün ödənilmiş 200 manat olmaqla, cəmi 21500 ABŞ dollarının və 2105 manat pulun Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus pasportun tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Dubay şəhərində anadan olmuşdur. X2 vətəndaşıdır. İşdə olan DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəsibov X4 rayonu, Çanaqçı kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy RİHB-nın Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2022-c il tarixli, 31 saylı arayışdan görünür ki, Nəsibov X4 rayonu, Çanaqçı kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ərazidə yoxdur. İşdə olan ödəniş təyinatları “587MUQAVİLE” olan “eManat” terminal qəbzlərindən görünür ki, ******************** nömrəli hesaba 1910 manat məbləğində pul köçürülmüşdür. İşdə olan Cavabdeh tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli, yazılı iltizamın tərcüməsindən görünür ki, Cavabdeh biznes məqsədilə borc olaraq BƏƏ vətəndaşı İddiaçı 18000 ABŞ dolları aldığını və bir il müddətində qeyd edilən borcu qaytaracağını, bundan əlavə o 50 faiz mənffətdən əldə etdiyi faizi də ödəyəcəyini bildirmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş 13 aprel 2019-cu il tarixli, yazılı iltizamın tərcüməsindən görünür ki, Cavabdeh borc olaraq Dubay vətəndaşından İddiaçı 5000 ABŞ dolları aldığını bildirmişdir. İşdə olan 02 iyun 2020-ci il tarixli “X5” pul köçürülməsi barədə qəbzin tərcüməsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 3500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İşdə olan “WhatsApp” proqramı vasitəsi ilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmaların tərcüməsindən görünür ki, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə məşğul olmaq üçün mağazasının açılması barədə və həmin mağazanın açılması məqsədi ilə İddiaçı müxtəlif vaxtlarda, 12500 ABŞ dollarının, 5500 ABŞ dollarının və 3500 ABŞ dollarının Cavabdeh göndərilməsi barədə yazışmalar aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ona 21500 ABŞ dolları borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdığını sübut etməlidir. Üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəliyə görə 21500 ABŞ dolları pulu cavabdehdən tələb etməkdə haqlı olduğunu sübut etdi. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi şübhə doğurmayan sübutlarla müəyyən edildi ki, Cavabdeh müxtəlif vaxtlarda ticarət mağazası açmaq məqsədi ilə iddiaçıdan borc olaraq 21500 ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh qeyd edilən məbləği almasına baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh tərəfindən verilmiş 13 aprel 2019-cu il tarixli yazılı iltizama əsasən, 18000 ABŞ dolları məbləğində pulu iddiaçıdan aldığını və həmin pulu qaytarmalı olduğunu etiraf etmiş, həmçinin 02 iyul 2020-ci il tarixli qəbzə əsasən, iddiaçı tərəfindən Cavabdeh hesabına 3500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Bundan sonra iddiaçının 13 iyun 2021-ci il tarixdən cavabdehlə əlaqəsi kəsilmişdir. Beləliklə, cavabdeh iddiaçıdan 21500 ABŞ dolları pul borc almış, öhdəliyini icra etməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin iddia tələbi təmin edildiyindən, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1905 manat məbləğində pul cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 200 manat dövlət rüsumu ödəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarının izahına əsasən Mülki Məcəllənin 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 21500 ABŞ dolları əsas borcu, vəkilə ödənilmiş 1905 manat və dövlət rüsumu üçün ödənilmiş 200 manat olmaqla, cəmi 21500 ABŞ dolları qətnamənin icra olunduğu günə manata olan məzənnə hesabı ilə və 2105 manat pul Cavabdeh alınaraq İddiaçı Alhammadiyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 21500 ABŞ dolları, vəkil xərci olaraq 1905 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 200 manat, cəmi 21500 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə və 2105 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar