Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-406/2022 17.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su çəninin götürülməsi, su mənbəyinin əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlər tərəfindən edilən hər cür müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Miskinli kənd ərazisində olan, qurumuş çay yatağında yerləşən, el arasında “Ehsan bulağı” kimi tanınan bulağın mənbəyinə yerləşdirilmiş su çəninin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməsi, suyun mənbəyinə qoyulmuş və üstü betonla örtülərək həmin su çəninə qoşulmuş su borusunun çıxarılması, su çəninin qoyulduğu çalanın doldurulması və bulağın dağıdılmış əvvəlki beton hissəsinin bərpa edilməsi ilə bulağın əvvəlki vəziyyətinə qaytarılması və həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onlar Gədəbəy rayonu, Miskinli kəndində öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Yaşadıqları kəndin qurumuş çay yatağı var ki, həmin çay yatağında bir ədəd bulaq yerləşir. Bulaq 1959-cu ildə İddiaçı4 atası mərhum Hüseyn Məmmədov tərəfindən çəkilmişdir. Bulaq el arasında “Ehsan bulağı" kimi tanınır. Həmin bulaqdan onlar, o cümlədən xeyli kənd sakini istifadə edir. Bulağın suyundan həm içməli su kimi, həm də kənd sakinlərinin mal-qarasını suvarmaq üçün istifadə olunur. Bulaq heç kimin şəxsi mülkiyyətində olmamaqla ümumi istifadədə olan bulaqdır. Cavabdehlər Cavabdeh1 və onun bacanağı olan Cavabdeh2 da Miskinli kənd sakinləridir. Cavabdehlər bulağın mənbəyində olan beton hissənin bir qismini dağıdaraq özləri istifadə etmək üçün oraya su çəni yerləşdiriblər. Bundan başqa su mühərriki yerləşdirib bulağın suyunu özlərinə çəkmək üçün bulağın yanma elektrik naqilləri çəkmişlər. Eləcə də su borularını hələ ki, yer üstü çəkmişlər və basdırmamışlar. Bir həftə qabaq isə çənin üstünü torpaqla örtmüşlər. 25 fevral 2022-ci il tarixdə isə su çəninin qabaq hissəsinə az miqdarda beton tökmüşlər. Yəni suyun mənbəyinə su borusu (şlank) qoyub üzərinə beton tökməklə bulağın suyunu həmin su çəninə calamışlar. Cavabdehlər tərəfindən aparılmış işləri əks etdirən fotoşəkiləri ərizələrinə əlavə etmişdirlər. Bununla da cavabdehlərin bu qanunsuz hərəkətləri, yəni sözügedən bulağın suyunu yalnız özlərinə çəkməklə onların, kənd sakinlərini həmin sudan mərhum etmişdir. Onlar və həmin sudan istifadə edən digər kənd sakinləri dəfələrlə cavabdehlərə bu qanunsuz əməllərinə son qoymalarını, yəni su çəninin götürülməsini, qazıntının dayandırılmasını tələb etməklə bulağın yanında aparılmış işlərin dayandırılmasını xahiş etsələr də cavabdehlər onların xahişlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirir. Bu isə onların hüquqlarını pozulmasına gətirib çıxarmışdır. Ona görə də, məhkəməyə müraciət etmiş olmuşdurlar. Odur ki, Gədəbəy rayonu, Miskinli kənd ərazisində olan, qurumuş çay yatağında yerləşən, el arasında “Ehsan bulağı” kimi tanınan bulağın mənbəyinə yerləşdirilmiş su çəninin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməsi, suyun mənbəyinə qoyulmuş və üstü betonla örtülərək həmin su çəninə qoşulmuş su borusunun çıxarılması, su çəninin qoyulduğu çalanın doldurulması və bulağın dağıdılmış əvvəlki beton hissəsinin bərpa edilməsi ilə bulağın əvvəlki vəziyyətinə qaytarılması, həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını istəyirlər. Digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasında İddiaçı3 ilə eyni məzmunlu izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, onlar Gədəbəy rayonu, Miskinli kəndində yaşayırlar. Yaşadıqları kəndin qurumuş çay yatağında bir ədəd bulaq yerləşir. Həmin bulaq heç kimə məxsus deyildir. Həmin bulaq digər Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında yerləşir. Həmin bulaqdan istifadə üçün onlar tərəfindən bulağın yanına su çəni qoyulmuşdur. Həmin su çəninə həftə ərzində 600 litr su vurulur. Əgər sudan normal şəkildə istifadə edilərsə, həmin su iddiaçıların eləcə də digər kənd camaatının istifadəsinə kifayət edər. Həmin su çənini o sudan istifadə etmək üçün qoymuşdur. Onlar heç bir su mənbəyini dağıtmamışdır. Su çəninin qoyulması iddiaçıların, eləcə də kənd camaatının bulaqdan istifadəsinə heç bir maneə yaratmır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında digər Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RİHB-nin Miskinli kənd İƏD üzrə nümayəndə vəzifəsində işləyir. Miskinli kənd sakini İddiaçı4 nümayəndəliyə müraciət edərək kənd ərazisində yerləşən “Ehsan bulağı” kimi istifadə olunan bulağa cavabdehlər tərəfindən müdaxilə olduğunu bildirmiş və Gədəbəy rayon Miskinli Bələdiyyəsinin sədri X8 ilə birlikdə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, cavabdehlər tərəfindən Ehsan bulağının yaxınlığında, təxminən 3-4 metr yaxınlığında su çəni yerə bastırılmış və həmin bulaqdan boru vasitəsi ilə həmin çənə su çəkilmişdir. Baxış keçirilən zaman Ehsan bulağından su axırdı, su çəni isə dolu vəziyyətdə olmuş və həmin bulaqdan iddiaçıların və ya digər şəxslərin istifadəsinə hər hansı maneə olması aşkar eilməmişdir. Həmçinin Ehsan bulağından mal-qaranın su içməsinə də heç bir maneə yoxdur. Şahid Gədəbəy rayon Miskinli Bələdiyyəsinin sədri X8 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vermiş arayışlardan görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Əliyev X3 rayonu, Miskinli kəndində yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçılar iddia ərizəsində qeyd etdiyi mübahisələndirilən su obyektindən istifadə etmək hüquqları olmalıdır və bu hüquqdan istifadə etməsinə cavabdehlər tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Miskinli kənd ərazisində olan, qurumuş çay yatağında yerləşən “Ehsan bulağı” kimi tanınan bulağın mənbəyinə su mühərriki yerləşdirərək cavabdehlər tərəfindən qoyulmuş su çəninə suyu çəkməklə su mənbəyindən onların istifadəsinə maneə yaradıldığına görə həmin bulağın mənbəyinə yerləşdirilmiş su çəninin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına götürülməsi, suyun mənbəyinə qoyulmuş və üstü betonla örtülərək həmin su çəninə qoşulmuş su borusunun çıxarılması, su çəninin qoyulduğu çalanın doldurulması və bulağın dağıdılmış əvvəlki beton hissəsinin bərpa edilməsi ilə bulağın əvvəlki vəziyyətinə qaytarılması və həmin bulağa cavabdehlər tərəfindən edilən hər cür müdaxiləyə son qoyulması xahiş etmişdirlər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər Gədəbəy RİHB-nin Miskinli kənd İƏD üzrə nümayəndə X5 və Gədəbəy rayon Miskinli Bələdiyyəsinin sədri X1 rayonu, Miskinli kəndində yerləşən “Ehsan bulağı” kimi tanınan bulaqdan cavabdehlər tərəfindən qoyulmuş su çəninin iddiaçıların istifadəsindəsinə heç bir maneə yaratmadığını və bulağın yerləşdiyi ərazinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunu bildirdilər. Cavabdehlər də izahatlarında bu halı təkzib etdilər. Həmçinin iddiaçılar iddia tələblərini əsaslandıran hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim etmədilər. İddiaçılar tərəfindən təqdim edilmiş foto şəkillərə qiymət verərək məhkəmə onu qeyd edir ki, bu foto şəkillərdə sadəcə çənin qoyulması təsvir olunmuş, cavabdehlər tərəfindən iddiaçıların “Ehsan bulağı” kimi adlanan su mənbəyindən istifadəsinə hər hansı maneə törədilməsi görülmür. Belə olan halda, su mənbəyinə cavabdehlər tərəfindən su mənbəyinə qoyulmuş su çənin iddiaçıların həmin su mənbəyindən istifadəsinə hər hansı maneə yaratması işdə olan sübutlarla, eləcə işdə iştirak edən şəxslərin izahatları ilə təsdiqini tapmır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli su mənbəyinə hər hansı subyektiv hüquqlarının olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək, yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasım və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri bələdiyyənin səlahiyyətlərinə aid etmişdir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadənin əsas məqsədi aşağıdakılardır; bələdiyyə ərazisindəki su ehtiyatlarından səmərəli istifadənin təmin olunması; suyun dəqiq uçotunun aparılması; su təchizatına yönəldilmiş xərclərin ödənilməsi; suvarma və su kəmərləri sistemlərinin yeni avadanlıqlarla təchiz olunmasının yaxşılaşdırılması; yeni su mənbələrinin yaradılması. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin dispozitiv şərtlərinin qanuni əsası olmadığından iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi rədd olunduğundan iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su çəninin götürülməsi, su mənbəyinin əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlər tərəfindən edilən hər cür müdaxilələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-406/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-406/2022
17.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver