Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-408/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Sədullah oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sədullah oğlu Cavabdeh qarşı Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(042)-968/2017 saylı qətnaməsinin qəbul edildiyi 11 avqust 2017ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 4 il 6 ay müddətində hər il üçün 276,5 (iki yüz yetmiş altı manat beş qəpik) olmaqla 1271,9 (min iki yüz yetmiş bir manat doxsan qəpik) (5530 Azn/100%=55,3 x 5%=276,5 Azn, 276,5 Azn x 4 il 6 ay = 1271,9 Azn) manat məbləğində əsas borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1304,9 (min üç yüz dörd manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin alınaraq alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(042)-968/2017 saylı qətnaməsi ilə Cavabdeh cəmi 5530 (beş min beş yüz otuz) manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Gədəbəy Rayon İcra Şöbəsinə göndərilib. Lakin Gədəbəy rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Gədəbəy Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş üzrə cavabdeh məhkəmə qərarını icra etməmiş, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onu pulundan fayda əldə etməkdən məhrum etmişdir. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 1216,6 (min iki yüz on altı manat altmış qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır, Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Sədullah oğlu məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsnə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(042)- 968/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh cəmi 5530 (beş min beş yüz otuz) manat pul alınaraq, İddiaçı Sadullah oğluna verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(042)- 968/2017 saylı qətnaməsi ilə Cavabdeh cəmi 5530 manat pul alınaraq, İddiaçı Sadullah oğluna verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək, yəni, 4 il 6 ay müddətə borclu Cavabdeh borcunu ödəməmişdir. Bundan başqa icra məmuru borclunun yerini müəyyən edə bilmədiyi üçün məcburi icra tədbirləri həyata keçirə bilməmişdir. Məhkəmə borc məbləğinin illik 5 faizini və bir il üçün müəyyən edilmiş borc miqdarının yarısını, yəni, (5530 manat *5/100 = 276.5 manat *4.6 = 1244.25 manat) hesablayır və həmin məbləğin 1244.25 manat olması qənaətinə gəlir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 1244.25 manat borc və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 1277.25 manat alınaraq, İddiaçı Sadullah oğluna verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1244.25 manat borc və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 1277.25 manat alınaraq, İddiaçı Sadullah oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-408/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-408/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver