Məhkəmə qərarları › İş №2(042)-409/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-409/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-409/2021 17.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1049.43 manat miqdarında pulun və 30 manat ödənilmiş dövlət rüsumun alınaraq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” ASC ilə 005CASA1720007 saylı 19 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 28 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Sonradan Cavabdeh həmin krediti vaxtında ödəmədiyi üçün “xxxx” ASC məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(042)-150/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 19 sentyabr 2017-ci il tarixli 005CASA1720007 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ondan müştərək qaydada 1762.55 manat əsas kredit borcu, 160.72 manat kreditdən istifadəyə görə faiz borcu, 6.55 manat penya olmaqla, cəmi, 1929.65 manat borc və 30 manat məhkəmə xərclərinin alınaraq, “xxxx” ASC-ə verilməsi qət edilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi onun əmək haqqına yönəltmə etmiş, 1048.43 manat miqdarında borc onun əmək haqqından tutulmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(042)- 150/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 19 sentyabr 2017-ci il tarixli 005CASA1720007 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı müştərək qaydada 1762.55 manat əsas kredit borcu, 160.72 manat kreditdən istifadəyə görə faiz borcu, 6.55 manat penya olmaqla, cəmi, 1929.65 manat borc və 30 manat məhkəmə xərclərinin alınaraq, “xxxx” ASC-ə verilməsi qət edilmişdir. İşdə olan Məktubun surətindən görünür ki, İddiaçı əmək haqqından 1049.43 manat “xxxx” ASC-nin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 005CASA1720007 saylı 19 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 28 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin krediti vaxtında ödəmədiyi üçün “xxxx” ASC məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(042)-150/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 19 sentyabr 2017-ci il tarixli 005CASA1720007 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı müştərək qaydada 1762.55 manat əsas kredit borcu, 160.72 manat kreditdən istifadəyə görə faiz borcu, 6.55 manat penya olmaqla, cəmi, 1929.65 manat borc və 30 manat məhkəmə xərclərinin alınaraq, “xxxx” ASC-ə verilməsi qət edilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi İddiaçı əmək haqqına yönəltmə etmiş, 1048.43 manat miqdarında borc onun əmək haqqından tutulmuşdur. Bununla da iddiaçının cavabdehə qarşı reqress qaydasında pul tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh 1048.43 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1048.43 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar