Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-41/2023 27.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Edgar) Eldəniz oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010cu il doğum tarixli X3 və xx.xx.2012-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(041)-75/2013 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 10 manat, cəmi 20 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 193 manat olmaqla iki uşaq üçün cəmi 386 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh (Edgar) Eldəniz oğlu ilə 2009-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar, nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il doğum tarixli X5 və xx.xx.2012-ci il doğum tarixli X4 adında iki övladları olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Ayrıldıqdan sonra o nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(041)-75/2013 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və Cavabdeh (Edgar) Eldəniz oğlundan hər bir uşaq üçün 10 manat olmaqla iki uşaq üçün cəmi 20 manat aliment təyin edilmişdir. Hazırda o həmin məbləğlə uşaqlarına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və maddi imkanı çox aşağıdır. 10 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun təhsil, qiyda, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. Cavabdeh (Edgar) Eldəniz oğlu ona heç bir əlavə yardım göstərmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Alimentin artırılması üçün kifayət qədər əsaslar vardır. Cavabdehin maddi imkanı olduqca yüksəkdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh (Edgar) Eldəniz oğlunun qeydiyyatda olduğu yer üzrə Gürcüstan Respublikasının səlahiyyətli məhkəməsinə sənədlərin təqdim edilməsi və ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsinə dair məhkəmə tapşırığı göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvanda olmaması səbəbindən tapşırığın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0. və 443.0.4-cü maddəsinə əsasən, aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda işlərə baxmağa haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehin ailə münasibətləri olmuş, nikahlarını Azərbaycan Respublikasında bağlamışlar, onların ailə münasibətlərindən iki övladı olmuş və həmin uşaqların atasının Cavabdeh (Edgar) Eldəniz oğlu olması məhkəmə qətnaməsi ilə müəyyən olmuşdur. Görünüdüyü kimi cavabdehin Azərbaycan Respublikasında adətən gəldiyi yer olmuşdur. Eləcə də, iddiaçının tələbi alimentin alınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmə İddiaçı Cavabdeh (Edgar) Eldəniz oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Gədəbəy rayon Məhkəməsində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə, X5 xx.xx.2010-cu il tarixdə doğulmuşlar, ataları qrafasında Cavabdeh (Edgar) Eldəniz oğlu, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 27 may 2013-cü il tarixli, 2(041)-375/ 2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 may 2011-ci ildə Gədəbəy rayonu İHB-nın Parakənd İƏD üzrə nümayəndəliyində bağlanmış, 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması, X2 2010-cu il dekabrın 07-də doğulmuş Nicatinin və 2012-ci il iyunun 16-da doğulmuş Yağmurun atasının Cavabdeh olmasının müəyyən edilməsi, Cavabdeh 01 aprel 2013-cü il tarixdən başlayaraq, 2010-cu il dekabrın 07-də doğulmuş Nicatinin və 2012-ci il iyunun 16-da doğulmuş Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 10 manat miqdarında aliment tutularaq Şahnaz Kərəm qızı (Zeynalovaya) Hüseynovaya verilməsi qət edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2022-ci tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh (Edgar) Eldəniz oğlu ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, Cavabdeh (Edgar) Eldəniz oğlu və İddiaçı ilə nikahlarını 01 may 2011-ci il tarixdə Gədəbəy rayon İHB-nin Parakənd kənd İƏD üzrə nümanyəndəliyində bağlamışlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adında iki övladları olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin 27 may 2013-cü il tarixli, 2(041)-375/ 2013 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 01 may 2011-ci ildə Gədəbəy rayonu İHB-nın Parakənd İƏD üzrə nümayəndəliyində bağlanmış, 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması, X2 2010-cu il dekabrın 07-də doğulmuş Nicatinin və 2012-ci il iyunun 16-da doğulmuş Yağmurun atasının Cavabdeh olmasının müəyyən edilməsi, Cavabdeh 01 aprel 2013-cü il tarixdən başlayaraq, 2010-cu il dekabrın 07-də doğulmuş Nicatinin və 2012-ci il iyunun 16-da doğulmuş Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 10 manat miqdarında aliment tutularaq Şahnaz Kərəm qızı (Zeynalovaya) Hüseynovaya verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında və təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşaq üçün müəyyən edilmiş 10 manat alimentin artırılaraq 193 manat olmaqla, iki uşaq üçün cəmi 386 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşaqların mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (Edgar) Eldəniz oğlundan 63.92 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 27 may 2013-cü il tarixli, 2(041)-375/ 2013 saylı qətnaməsi ilə – 16 iyun 2012-ci il təvəllüdlü X1 və 07 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh (Edgar) Eldəniz oğlundan İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 10 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 193 manat olmaqla, iki uşaq üçün cəmi 386 manat məbləğində aliment Cavabdeh (Edgar) Eldəniz oğlundan alınaraq İddiaçı verilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh (Edgar) Eldəniz oğlundan alınaraq İddiaçı verilsin. Cavabdeh (Edgar) Eldəniz oğlundan 63.92 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-41/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-41/2023
27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver