Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-410/2023 16.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyyən etdi : İddiaçı Cavabdeh qarşı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il, 2(104)- 2140/2020 saylı qətnaməsi ilə onun xeyrinə tutulan 170 manat sabit pul məbləğində alimentin artırılaraq, 220 manat miqdarında müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, onun cavabdehlə birgə ailə həyatı müddətində xx.xx.2018-ci il təvəllüdlü uşağı X9 doğulmuşdur. Onlar bir müddət normal ailə münasibətində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. O, alimentin müəyyən edilməsi üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onun övladı Əlinin saxlanılması üçün cavabdehdən hər ay qazancının ¼ hissəsi miqdarında və hər ay sabit pul məbləğində 30 manat alimentin tutulub ona verilməsini qət edilmişdir. Daha sonra isə o, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020 ci il tarixli, 2(042)-257/2020 saylı qətnaməsi ləğv edilmiş və xx.xx.2018-ci il doğum tarixli Əlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 manat sabit pul məbləğində alimentin alınaraq, ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşağının ayağında problem var və cavabdehin 170 manat ödədiyi aliment uşağının tələbatlarını ödəmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır.Cavabdeh qızıl şirkətində işləməklə yanaşı, ticarətlə də məşğuldur. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, O, Mədəndə mühafizəçi işləyir və 555 manat əmək haqqı alır. O, İddiaçı ilə boşanandan sonra ikinci ailə həyatı qurmuş və yeni ailədə bir uşağı olmuşdur. Meyvətərəvəz ticarəti ilə onun atası məşğul olur və o, vaxtı olanda atasına kömək edir. İddiaçı müəllimə işləyir və onun anası da bazarda işləyir. Maddi durumları yaxşıdır. Hazırda o, 185 manat kredit və 170 manat aliment ödəyir.Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qızıdır.İddiaçı ilə cavabdeh aralarında olan narazılığa görə ayrılmışlar. İddiaçının maddi vəziyyəti yaxşıdır.İddiaçı Mədəndə işləyir və meyvə-tərəvəz ticarəti ilə də məşğul olur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli Qətnaməsindən görünür ki, 27 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 170 manat miqdarında aliment müəyyən edilmişdir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh Azərbaycan İnterneşl Mayninq Kompani Limited Şirkıtində mühafizəçi işləyir və orta aylıq əməkhaqqı 555 manatdır. İşdə olan X3 surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2020-ci il tarixində nikah bağlamışdır. İşdə olan X2 surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X5 doğulmuşdur. İşdə olan digər X2 surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X9 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi mümkünlüyünü nəzərdə tutan 112.1-ci maddəsinin dispozisiyasından görünür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarını dəyişə bilər. Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli Qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı 170 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə gündəlik istehlak mallarının bahalaşması ilə iddiaçının maddi vəziyyətinin pisləşməsini, cavabdehin qazanclarını eyni zamanda, himayəsində bir azyaşlı uşağın olmasını nəzərə alır və belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 27 sentyabr 2018-ci il tarixdə doğulmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli Qətnaməsi ilə təyin edilmiş 170 manat alimentin miqdarı artırilaraq, hər ay 200 manat miqdarında müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də mediasiya prosesində iştirak etmə ilə bağlı 50 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. 27 sentyabr 2018-ci il tarixdə doğulmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli Qətnaməsi ilə təyin edilmiş 170 manat alimentin miqdarı artırılaraq, hər ay 200 manat miqdarında müəyyən edilsin. Cavabdeh 50 manat mediasiya xərci tutularaq, İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-410/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-410/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver