Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-427/2024 02.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12700 manat məbləğində borcunun, ödənilmiş 128.10 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 36 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 500 manat məbləğində pulun, cəmi 13364.10 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Gədəbəy rayon sakini olaraq tanışlıqları olmuşdur. İddiaçı cavabdehlərlə həmkəndlidir. İddiaçı Rusiyada ticarətlə məşğul olur. 2019-cu ilin may ayının sonlarında cavabdehlər ondan iş qurmaq üçün 15000 manat borc pul istəmişlər. Cavabdehlər həmin pulu iddiaçıya 2-3 ilə qaytacarağına söz vermişlər. İddiaçı cavabdehlərlə eyni kənddən olduğuna və onları tanıdığına görə 2019-cu ilin may ayının 27-də 4000 ABŞ dolları, may ayının 29-da isə 5000 ABŞ dolları göndərmişdir. Qeyd edir ki, həmin vaxt 9000 ABŞ dolları Azərbaycan manatı ilə 15300 manat etmişdir. Cavabdehlər iddiaçıya X3 şəxsiyyət vəsiqəsini göndərərək, pulu qohumları olan Gərgər kənd sakini X3 adına göndərməsini xahiş etmişlər. İddiaçı “FORA-BANK” X6 Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə 4000 ABŞ dollarını öz adından X3 adına köçürmüşdür. xx.xx.2019-cu il tarixdə isə iddiaçı Rusiyada işçisi olan X2 adından “FORA-BANK” X6 Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə 5000 ABŞ dolları X3 adına köçürmüşdür. 9000 ABŞ dolları pul vəsaitinin hamısı iddiaçı məxsus olmuşdur. “Zolotoya Korona” sistemi üzrə köçürmələrdə limit olduğundan pul vəsaiti iki dəfəyə göndərilməli olmuşdur. Bu səbəbdən vəsaitin 5000 ABŞ dolları hissəsi X2 adından köçürülmüşdür. Pul vəsaitinin həqiqətən iddiaçıya məxsus olmasını və onun xahişi ilə X3 adına köçürüldüyünü təsdiq etmək üçün X8 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Kaluqa Notariat dairəsində bu barədə notarial ərizə vermişdir. Pul vəsaiti X3 adına göndərildikdən sonra X9 cavadehlərlə birlikdə "xxxx" ASC-nin Gədəbəy rayon filialına yaxınlaşaraq həmin pul vəsaitini çıxarmış və cavabdehlərə vermişdir. Belə ki, iddiaçının X9 ilə arasında heç bir borc münasibəti yaranmamış, sadəcə cavabdehlərin xahişinə əsasən iddiaçı həmin pulu X3 adına göndərmişdir. Bundan sonra iddiaçı cavabdehlərlə mütamadi olaraq əlaqə saxlayıb borcu nə vaxt qaytaracaqları ilə maraqlanmış, cavabderhlərdən Cavabdeh2 hər dəfə onlara bir az vaxt verməsini, pulu qaytaracaqlarını bildirmişdir. İddiaçı isə cavabdehlərlə həmkəndli olduğu üçün onları gözələmək məcburiyyətinə qalmışdır. Lakin bu günədək cavabdehlər iddiaçıya olan borcdan cəmi, 2300 manat qaytarmış, qalan 12700 manat borcu isə boyun qaçırmışlar. İddiaçı dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, cavabdehlər pulu vermir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. İddiaçı və cavabdehləri tanıyır. Cavabdehlərlə uzaq qohumluq əlaqəsi vardır. 2019-cu ilin may ayının sonunda cavabdehlərdən Həmzəyev X5 onun adına “Zolotoya Korona” sistemi vasitəsilə 9000 ABŞ dolları pul göndərildiyini, həmin pulu "xxxx" ASC-nin Gədəbəy filialından alıb ona verməsini xahiş etmişdir. O da Cavabdeh1lə birlikdə banka yaxınlaşaraq, 9000 ABŞ dollarını çıxarıb Elmara vermişdir. Həmin pulun iddiaçı tərəfindən cavabdehlərə nə üçün göndərildiyini, onlar arasında nə kimi danışıqların olmasından məlumatı olmamışdır. Sonradan öyrənmişdir ki, iddiaçı cavabdehlərə borc vermişdir. Lakin pulu bankdan götürərkən onun bu barədə məlumatı olmamışdır. İddiaçı onunla telefon əlaqəsi saxlayarkən o, bankdan onun adına gödərilmiş 9000 ABŞ dollarını götürərək, Cavabdeh1 verdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan FORA-BANK” X6 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 95 nömrəli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adından “Zolotoya Korona” sistemi üzrə X7 4000 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. İşdə olan FORA-BANK” X6 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 101 nömrəli arayışın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X2 adından “Zolotoya Korona” sistemi üzrə X7 5000 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. İşdə olan Kaluqa şəhər Notariat dairəsində X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 40/11-H/40-2024-7-170 nömrə ilə qeyd edilmiş ərizənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X8 həmin ərizə ilə 29 may 2019-cu il tarixdə Rusiya Federasiyasının Kaluqa vilayəti, Babıninsk rayonu, Vorotınsk qəsəbəsində yerləşən SKBnın “FORA-BANK” (SC) şöbəsində transfer xidməti "Zolotaya Korona" ödənişdən istifadə edərək, Azərbaycan Respublikası X4 adına 5000 ABŞ dolları göndərdiyini, həmin vəsaitin İddiaçı Göyçə oğluna məxsus olduğunu, onun xahişi ilə qeyd olunan köçürməni həyata keçirdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2019-cu ilin may ayının sonunda cavabdehlərə 15000 manat məbləğində borc pul vermiş, yəni, iddiaçı cavabdehlərin xahişi ilə FORA-BANK” X6 (səhmdar Cəmiyyətinin) Kaluqa şəhərindəki filialından “Zolotoya Korona” sistemi üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 4000 ABŞ dolları və 5000 ABŞ doları olmaqla, ümumilikdə 9000 ABŞ dolları şəklində iki dəfəyə X3 adına göndərmişdir. X9 pul vəsaitini bankdan çıxararaq cavabdehlərdən Cavabdeh1 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, bu halı təsdiq etmişdir. Cavabdehlər həmin borcu 2-3 il müddətinə qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehlər həmin borcdan 2300 manat qaytarmış, qalan 12700 manat borcu isə müddət bitməsinə baxmayaraq qaytarmamışlar. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12700 manat məbləğində borc alınaraq, İddiaçı verilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı məhkəmədə idida qaldırmaq üçün 128.10 manat dövlət rüsumu ödəmiş, nümayəndə üçün 36 manat, vəkil üçün 500 manat xərc çəkmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, nümayəndə və vəkil üçün çəkilmiş xərclər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və АzərbаycаnRеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12700 (on iki min yeddi yüz) manat məbləğində borc alınaraq, İddiaçı verilsin. Ödənilmiş 128.10 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 36 manat və vəkil üçün çəkilmiş 500 manat məbləğində məhkəmə xərcinin əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-427/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-427/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver