Məhkəmə qərarları › İş №2(042)-435/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-435/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-435/2024 25.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci doğum tarixli X3 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-808/2023 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 50 manat, cəmi 100 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla iki uşaq üçün cəmi 470 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 ilə 16 oktyabr 2010-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar, sonradan rəsmi nikaha daxil olmuşlar. Birgə yaşadıqları dövrdə xx.xx.2011-ci doğum tarixli X7 və xx.xx.2014-cü il doğum tarixli X6 adında iki övladıları olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar və aralarında olan nikah Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tariuxli qətnaməsi ilə pozulmuş, uşaqları onun himayəsində saxlanılmışdır. Bundan sonra o aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-808/2023 saylı qətnaməsi ilə hər bir uşaq üçün 50 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində cəmi 100 manat aliment müəyyən edilmişdir. Hazırda o həmin məbləğlə uşaqlarına baxmaqda çətinlik çəkir. Rəsmi iş yeri yoxdur, maddi imkanı çox aşağıdır. 50 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun təhsil, qida, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. X1 ona heç bir əlavə yardım göstərmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Alimentin artırılması üçün kifayət qədər əsaslar vardır. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, bununla əlaqədar xx.xx.2024-cü il tarixdə mediator tərəfindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər bir uşaq üçün 50 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində cəmi 100 manat aliment müəyyən edilmişdir. Uşağı xəstə olduğu üçün həkimə aparır və müalicə xərcləri var. Uşaqlardan biri xəstəliyə görə 300 manat pensiya alır. O, Gədəbəy rayonu, Slavyanka kədində bərbər işləyir. O, müəyyən edilmiş aliment ilə uşağa baxmaqda çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, təxminən bir ildir ki, iddiaçıdan ayrılmışdır. Başqa şəxslə ailə qurmuşdur. Ona məxsus bütün qızıl əşyaları iddiaçının evində qalmışdır. Uşaqlardan biri xəstəliyə görə 400 manata yaxın pensiya alır. O, heç bir yerdə işləmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara rədd edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə, X6 xx.xx.2014-cü il tarixdə doğulmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-808/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla cəmi, 100 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-808/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla cəmi, 100 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmə iddia qaldıraraq qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, alimentin miqdarının artırılması qanunda nəzərdə tutulmuş bir sıra hallarla şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı o halda artırıla bilər ki, ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun və bu dəyişiklik alimentin miqdarı müəyyən olunduqdan sonra yaransın. İddiaçı cavabdehdən onun xeyrinə aliment təyin edildikdən sonra hər hansı dəyişiklik olmasını təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin iddiaçı izahatında bərbər fəaliyyəti ilə məğul olduğunu bildirmişdir. Cavabdeh isə heç bir yerdə işləmədiyini bildirmişdir. Cavabdehin hər hansı rəsmi iş yerinin olması da məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa uşaqlarını saxlamaq ananın borcu olduğu kimi həm də atanın da valideynlik vəzifələrinə aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin artırılması üçün gətirdiyi arqument və əsaslar Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-808/2023 saylı qətnaməsi qəbul edilən zaman nəzərə alınmış və aliment təyin edilmişdir. İddiaçı qətnamə ilə təyin edilmiş alimentin məbləğinin artırılması ilə əlaqədar tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında iddiaçı və cavabdehin bərabər məsuliyyət daşımalarını nəzərə alaraq, bir uşağa görə təyin edilmiş 50 manat, iki uşaq üçün cəmi 100 manat məbləğində alimenti yetərli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar