Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-438/2020 12.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə gedən avtomaşın yolunun genişləndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə iddia qaldıraraq fərdi yaşayış evinə gedən avtomaşın yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən açılmasına (genişləndirilməsinə və metal setkanın götürülməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onun fərdi yaşayış evi Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində yerləşir. Həmin evin yerləşdiyi torpaq sahəsinə dair Gədəbəy rayon X4 xx.xx.1997-ci il tarixli 15 saylı qərarı əsasında JN-062B KOD 50522028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Onun fərdi yaşayış evinə gedən avtomaşın yolunun cavabdehlər daraltmışdır. O, cavabdehlərə yolun genişləndirilməsini və çəkilmiş metal setkanın götürülməsini tələb etsə də cavabdehlər buna məhəl qoymamışdır. O, bu barədə aidiyyəti üzrə Gədəbəy rayon İcra Hakimiyyətinə, Nərimankənd Bələdiyyəsinə və digər aidiyyəti təşkilatlara müraciət etsə də müsbət bir nəticə əldə edə bilməmişdir. Bu barədə Nərimankənd Bələdiyyəsinin iştirakı ilə sözügedən sahəyə baxış keçirilmiş və məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun evinə gedən avtomaşın yolu kəsilmişdir. Onun fərdi yaşayış evinə gedəcək başqa yol yoxdur. Fərdi yaşayış evinə gedən yoldan böyük maşınlar keçə bilmir. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, iddia tələbini tamamilə əsasız hesab edir. Belə ki, onun çəkdiyi hasar iddiaçının evininin tikilməsindən əvvəl mövcud olmuşdur. İddiaçı evini tikərkən hazırkı yoldan istifadə etmişdir. Böyük maşınlar, traktorlar həmin yolla hərəkət etmişdir. O, yola hər hansı müdaxilə etməmişdir. İddiaçının evinə gedən yolun eni beş metrdir. O, hətta setkanın iç üzündən iddiaçının qaz xətti çəkməsinə razı olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 106 saylı arayışdan görünür ki, Quliyev X1 qeydiyyatdadır və yaşayır. İşdə olan Nərimankənd bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş xx xxx 2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, Çanaqçı kəndində yerləşən İddiaçı evinə gedən yol qonşuları tərəfindən daraldılmışdır. Nərimankənd bələdiyyəsi tərəfindən onun qonşuları ilə yolun genişləndirilməsinə dair profilaktik söhbətlər aparılmasına baxmayaraq heç bir qonşu yolun genişləndirilməsinə razılıq verməmişdir. Ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-062B KOD ********* seriyalı Şəhadətnamənın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu X4 xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Gədəbəy rayonu, Ağamalı kəndində X3 və onun ailə üzvlərinin mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi yol kompleks yerquruluşu xəritəsində müəyyən ölçülərdə mövcuddur, lakin kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluq aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən avtomobil yolunun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsindən iddiaçıya avtomaşın yolu nəzərdə tutulmalı və avtomaşın yolunun cavabdeh tərəfindən daraldılması sübuta yetirilməlidir. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonu, Çanaqçı kəndində iddiaçının və onun ailə üzvlərinin birgə mülkiyyətində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı onun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən yolun cavabdehlər tərəfindən daraldıldığını iddia etmişdir. Mütəxəssis rəyi ilə də müəyyən olunmuşdur ki, iddiaçının evinə yol nəzərdə tutulmuşdur. Lakin iddiaçı yolun cavabdehlər tərəfindən daraldılması və müdaxilələr olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında aydın oldu ki, iddiaçının fərdi yaşayış evinə gedən avtomaşın yolu yetərincə genişdir. Belə olan halda avtomaşın yolunun genişləndirilməsinə heç bir ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 225.70 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə gedən avtomaşın yolunun genişləndirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 225 (iki yüz iyirmi beş) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-438/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-438/2020
12.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver